Məhkəmə qərarları › İş №2(039)-106/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-106/2025

07.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-106/2025 07.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və onun vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qarşı əmlak və məhkəmə məsrəflərinin müştərək qaydada cavabdehlərdən tutulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı əmlak və məhkəmə məsrəflərinin müştərək qaydada cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7000 (yeddi min) manat dəyərində 50 qram çəkidə mafioz formalı qızıl boyunbağının özünün, özü olmadıqda dəyərinin, 90 (doxsan) manat dövlət rüsumunun və 320 (üç yüz iyirmi) manat vəkilə ödənilən haqqın cavabdehlərdən müştərək qaydada alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun (iddiaçının) mərhum bacısı Həqiqətin həyat yoldaşıdır, eyni zamanda qonşudurlar. Digər Cavabdeh2 isə onun (iddiaçının) bacısıdır.Onun xüsusi mülkiyyətinə daxil olan, hazırkı bazar qiyməti 7000 (yeddi min) manat olan 50 qram çəkidə qızıl mafioz formalı boyunbağı Cavabdeh1 tərəfindən banka girov qoyulmuşdur. Daha sonra isə həmin boyunbağı Cavabdeh1 tərəfindən girovdan çıxarılmış və digər Cavabdeh2 ilə həmin byunbağını satmışlar. Onun (iddiaçının) əmlakı girovdan çıxarıldığı halda hansı səbəbdən özünə qaytarılmadığını bilmir. Cavabdehlər onun (iddiaçının) ağır xəstə və çox imkansız olmasından istifadə edərək əmlakını mənimsəmişlər. O (iddiaçı) xüsusi mülkiyyətinə daxil olan 50 qram çəkidə qızıl, mafioz formalı boyunbağını, daha sonra isə fantaziya formalı qızıl sırğa-üzük dəstini qardaşı X2 vermişdir ki, banka girov qoyub pul götürsün və çox yerə olan borcunu bağlayıb bir yerə ödəniş etsin. X6 fantaziya dəstinin üçüyünü ona (iddiaçıya) qaytarmış, sırğanı isə qaytaracağına söz vermişdir. O (iddiaçı) 2021-ci ildə Yevlax Rayon Məhkəməsində qardaşı X2 qarşı əmlak tələbinə dair iddia qaldıraraq ondan fantaziya formalı qızıl dəsti (sırba və üzük) və hazırda iddianın predmetini təşkil edən mafioz formalı 50 qram çəkidə qızıl boyunbağını tələb etmişdir. Həmin vaxd o Covid xəstəsi olmuş və məhkəmə iclasında normal iştirak edə bilməmişdir. Habelə, məhz həmin iclasda ona aydın olmuşdur ki, qızıllar kimin adına girov qoyulub, pulu kim götürüb, kim xərcləyib və daha sonra bank öhdəliklərini kim ödəyib və qızılları kim satmışdır. Cavabdeh1 özü etiraf edir ki, həmin qızılı o banka girov qoymuş və girovdan çıxarıb digər Cavabdeh2 vermiş, sonuncu isə həmin qızılı satmışdır. Ona məxsus 50 qram çəkidə mafioz formalı qızıl boyunbağı Cavabdeh1 tərəfindən banka girov qoyulmuş, onun əmlakı girovdan çıxarıldıqdan sonra ona deyil, Cavabdeh2 təhvil verilmiş, sonuncu da həmin əmlakı satdığına görə tələbini hər iki cavabdehə qarşı yönəltmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı və iş üzrə digər Cavabdeh2 onun (cavabdehin) mərhum arvadının bacılarıdırlar. Mərhum qaynanası Zülfinaz ona zəng etmiş, oğlunun adına gecikmə olduğuna görə oğluna kredit verilmədiyini bildirmiş və onun (cavabdehin) adına girova qızıl qoyaraq müalicəsi üçün pul götürməsini xahiş etmişdir. Qaynanası ilə razılaşmış, banka gedərək onun (cavabdehin) adına girova qızıl qoymuşlar və pul götürmüşlər. Girov qoyulan zaman qızılın kimə məxsus olduğunu bilməmişdir. Həmin qızıl 48 qramlıq boyunbağıdan ibarət olmuşdur. Bankda kredit müqaviləsi onun (cavabdehin) adına rəsmiləşdirilmiş və krediti götürdükdən sonra pulu mərhum qaynanasına vermişdir. Qaynanası həmin qızıl boyunbağının ona məxsus olduğunu bildirmişdir. Qaynanası rəhmətə gedəndən sonra bankdan ona zəng gəlmiş və pul ödənilmədiyinə görə qızılın satılacağı bildirilmişlir. O da qaynı Rəhmana zəng etmiş, girov qoyulmuş qızılın satılacağını bildirmiş və banka ödəniş edərək qızılın girovdan çıxarılmasını təklif etmişdir. Rəhmanla birlikdə bank getmişlər, lakin ödəniş etmək lazım olduğundan qızılı girovdan çıxara bilməmişlər. Qaynı Rəhman bacısı Cavabdeh2 zəng etmiş, Kifayətə qızılın satılacağını bildirmiş, həmin qızılın girovdan çıxarılaraq satılmasını, satış pulundan anasına baş daşı qoyulmasını və Kifayətə olan borcunu (Rəhmanın) ödəməsini təklif etmişdir. Bundan sonra birlikdə banka gedərək, qızılı girovdan çıxartmışlar. Qızıl boyunbağını girovdan çıxartdıqdan sonra o həmin boyunbağını bankdan götürərək, dərhal Kifayət və Rəhmana vermişdir. Həmin qızıl boyunbağı Kifayət və Rəhmana verildikdən sonra boyunbağı satılmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, mərhum anasının ölümündən təxminən bir il sonra qardaşı Rəhman ona zəng edərək, banka 300 (üç yüz) manat borcunun olduğunu və həmin borcu ödəməsə qızıl boyunbağının satılacağını bildirmişdir. Qardaşı Rəhman ona kömək etməsini xahiş etmiş, qardaşı Rəhmanın ona 400-500 manat borcu olduğuna görə onunla razılaşmış və birlikdə banka gedərək həmin borcu, yəni 300 (üç yüz) manatı ödəmiş və qızılı girovdan çıxartmışlar. Həmin qızıl boyunbağı girovdan çıxarıldıqdan sonra Rəhmana verilmiş və sonra kim tərəfindən satıldığını bilməmişdir. Təxminən 1 ay sonra qardaşı Rəhman gətirib ona 300 (üç yüz) manat pul vermişdir. Həmin qızıl boyunbağı mərhum anasına məxsus olmuşdur. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfin vəsatət əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun anasıdır. Dayısı Rəhman anası Gülümnaza məxsus qızıl boyunbağını onun yanında anası Gülümnazdan almış və həmin qızıl boyunbağı mərhum xalasının əri Cavabdeh1 adına banka girov qoyulmuşdur. Həmin qızıl 50 qramlıq mafioz boyunbağıdan ibarət olmuş və mərhum nənəsi tərəfindən onun (şahidin) anası Gülümnaza hədiyyə edilmişdir. Sonradan eşitmişdir ki, həmin qızıl boyunbağı Cavabdeh1 tərəfindən bankadan girovdan çıxarılaraq, dayısı Rəhmana və xalası Kifayətə verilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, mərhum anası xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Anasının özünə məxsus mafioz boyunbağısı olmuşdur. Onun (şahidin) adına bankda gecikmə olduğuna görə kredit götürə bilməmişdir. Buna görə də, həmin qızıl boyunbağını bacısının əri Cavabdeh1 adına girov qoyaraq, kredit götürmüşlər və anasının müalicəsinə xərcləmişlər. Anası rəhmədə getdikdən sonra krediti ödəyə bilməmişlər. Buna görə bankdan Cavabdeh1 zəng gəlmiş və İlham bu barədə ona məlumat vermişdir. O (şahid) bacısı Kifayətə qızılın bankda satılacağını bildirmiş və qızılın bankdan çıxarılmasını xahiş etmişdir. Birlikdə banka getmişlər və bacısı Kifayət banka olan borcu ödəmiş və həmin qızıl boyunbağı girovdan çıxarılmışdır. Sonra həmin qızıl boyunbağını satmaq üçün bacısı Kifayətlə birlikdə bazara getmişlər və bacısı Kifyət həmin qızıl boyunbağını satmışdır. Əldə edilən vəsaitdən bacısı Kifayət borcunu götürmüş və bir hissəsi də anasının yas mərasimindən yaranmış borcun ödənilməsinə sərf olunmuşdur. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-1980/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh X2 qarşı qızıl-zinət əşyası tələbinə dair iddası əsassız olduğundan təmin edilməmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 99 saylı rəydən görünür ki, mofioz formalı, 50 qramlıq, 585 əyarlı Rusiya istehsalı olan qızıl boyunbağının qiyməti 5000 (beş min) manat təşkil etmişdir. İşdə olan fotoşəkildən görünür ki, İddiaçı boynunda 1 ədəd qızıl boyunbağı əks olunmuşdur. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən idda ərizəsinin verilməsi üçün 90 (doxsan) manat dövlət rüsumu ödənilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Yevlax şəhər Vəkil Bürosunun hesabına 320 (üç yüz iyirmi) manat ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus 50 qramlıq mofioz formalı 1 ədəd qızıl boyunbağı Cavabdeh1 adına banka girov qoyulmuş, həmin qızıl boyunbağı bankın girovluğundan çıxarıldıqdan sonra Cavabdeh1 tərəfindən iş üzrə digər Cavabdeh2 verilmiş və Kifayət Allahverdiyev iddiaçıya məxsus həmin qızıl boyunbağını satmışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, həmin əşya ona qaytarılmamış, nə də dəyəri ödənilməmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin hazırlanması və məhkəməyə verilməsi üçün 90 (doxsan) manat dövlət rüsumu və vəkil üçün 320 (üç yüz iyirmi) manat vəsait ödəmişdir. Məhkəmə iclasında cavabdehlər mübahisəli qızıl boyunbağının mərhum analarına məxsus olduğunu göstərsələr də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdirlər. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkildən isə müəyyən edilir ki, həmin qızıl boyunbağı iddiaçının istifadəsində olmuşdur. Həmin qızıl boyunbağının iddaçı məxsus olmasını istisna edən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə iclasında həmin fotoşəkilə cavabdehlər tərəfindən baxış keçirilmiş və cavabdehlər fotoşəkildə olan boyunbağının mübahisəli qızıl boyunbağı olduğunu təsdiq etmişdirlər. Bundan başqa, məhkəmə iclasında cavabdehlər tərəfindən həmin qızıl boyunbağının çəkisi, dəyəri və əyarı mübahsələndirilməmişdir, lakin iddiaçı tərəfindən təqdim edilmiş rəydən müəyyən edilir ki, həmin qızıl boyunbağının dəyəri 5000 (beş min) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-1980/2021 saylı qətnaməsindən müəyyən edilir ki, həmin işə baxılan zaman İddiaçı tərəfindən cavabdeh X2 qızıl-zinət əşyaları verməsi öz təsdiqini tapmadığından iddia rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iclasında iddiaçı cavabdeh X2 münasibətdə iddianın əsaslılığını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında tərəflərin izahatlarından, həmçinin şahid ifadələrindən də müəyyən edilir ki, Cavabdeh1 həmin qızıl boyunbağını bankdan götürdükdən sonra Cavabdeh2 vermiş və boyunbağının satılmasında iştirak etməmişdir. Məhkəmə iclasında həmin qızıl boyunbağının iddiaçıya məxsus olması öz təsdiqini tapsa da, iddiaçının boyunbağını Cavabdeh1 verməsi, həmçinin Cavabdeh1 hərəkəti nəticəsində iddiaçının öz əmlakından məhrum olması öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia cavabde Cavabdeh1 münasibətdə əsassızdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən tələb edilən qızıl boyunbağı satıldığından və hazırda cavabdehdə olmadığından həmin boyunbağının dəyəri cavabdehdən tutula bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilərək, Cavabdeh2 50 qramlıq mofioz formalı qızıl boyunbağının dəyəri olan 5000 (beş min) manat pulun, 90 (doxsan) manat dövlət rüsumunun və 320 (üç yüz iyirmi) manat vəkil üçün ödənilmiş vəsaitin alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 50 qramlıq mofioz formalı qızıl boyunbağının dəyəri olan 5000 (beş min) manat pul, 90 (doxsan) manat dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat vəkil üçün ödənilmiş vəsait alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar