Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-107/2024 17.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyaları» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aşağıda sadalanan qızıl-zinət əşyalarını və ya onların dəyərinin, həmçinin qiymətləndirilmə üçün ödənilmiş 150 manat məbləğində pulun alınaraq ona ödənilməsi (“Eyfel” modelli, 585 əyarlı, 30 qram çəkidə, Türkiyə istahsalı olan fianit qaşlarla bəzədilmiş qadın üçün qızıl komplekt dəsti (boyunbağı, qolbağlı, sırğa və üzük) – 3200 manat; “Eyfel” modelli, 583 əyarlı, 5.3 qram çəkidə, Rusiya istahsalı olan fianit qaşlarla bəzədilmiş qadın üçün qızıl nişan üzüyü – 560 manat; sadə dördkünc formasında 583 əyarlı 3.7 qram çəkidə, Rusiya istahsalı olan xırda fianit qaşlarla bəzədilmiş qadın üçün qızıl üzük - 340 manat; sadə gül formasında, 750 əyarlı, 4 qram çəkidə, İtaliya istahsalı olan fianit qaşlarla bəzədilmiş qadın üçün qızıl üzük – 410 manat) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, o, Cavabdeh ilə 2021-ci ildə ailə həyatı qurmuşlar. Birgə nikahlarından bir övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Toy vaxtı ona qızıllar hədiyyə olunmuşdur. Qızıllar ona məxsus cavabdehin evində yerləşən sandıqda saxlanılırdı. Cavabdehlə aralarında mübahisələr olduğundan tez-tez ata evinə gedib, sonradan barışıb əri evinə qayıdırdı. Sonuncu dəfə evdən çıxandan sonra ər evinə əmlaklarını aparmağa gəlmişdir. Həmin vaxt qayınanası evdə idi. Əmlaklarını arapıb getmişdir. Həmin vaxt qızılların qutusunu da götürmüşdür. Lakin evə çatanda qutuların boş olduğunu və qızılların olmamasını görüb geri qayıtmışdır. Polisə müraiət etmiş, lakin Nicat qızılı qaytaracağını bildirdiyindən ərizə ilə müraciət etməmiş və araşdırma aparılmamışdır. Nicat qızılları satdığını və alıb qaytaracağını vəd etmişdir. Lakin vədinə əməl etmədi. Sadə dördkünc üzüyün mövcudluğuna dair sübutu yoxdur. Həmin üzük ona toydan sonra nənəsi hədiyyə etmişdir. Digər qızıllar toy diskində var. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izah etdi ki, toy olub və qızıllar hədiyyə edilmişdir. Dördkünc üzük görməmişdir. Digər üç adda qızıl olmuşdur. Fəhlə işləyir və 30 qram qızıl almağa maddi imkanı olmayıb. Bir neçə dəfə ayırılıb barışıblar. Qızıllar Qaragilənin özündə olub. O heç vaxt qızıl satmamışdır. Polisə iddiaçı döyülməsi ilə bağlı müraciət etmişdir. Lakin o Qaragiləni heç vaxt vurmamışdır. Qızılla bağlı polisdə araşdırma aparılmamışdır. Hər dəfə dalaşanda iddiaçı beş çanta ilə gedirdi. Geri qayıdanda isə bir çanta ilə gəlirdi. Son dəfə iddiaçı evdən çıxanda o Bakı şəhərində olmuşdur. Əşyalarını götürəndə belə evdə olmamışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, iddiaçı onun qızıdır. Qızıllar keçən ildən yoxdur. Nicat dedi ki, qızılları Bərdəyə verəcək, Yevlaxda qızılı ucuz alıllar. Qızının əşyalarını aparanda, qızıl qutuları boş olması aşkar olundu. Geri qayıdıb 102 xidmətinə zəng etmişlər. Lakin ərizə ilə müraciət etmədiklərindən polisdə qızılla bağlı araşdırma aparılmamışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, iddiaçı onun qızıdır. Qızını evə gətirəndə gördülər ki, qızılların qutusu boşdur. Ona görə geri qayıtdılar. Qudası dedi ki, qızılları Nicat aparıb. Qızı 102 xidmətinə zəng etdi. Sonradan barışdılar və polisə gedərək ərizə vermədilər. Oğlan üçün alınan üzüyü satıb uşağa yemək almışlar. Qızının qızılının satdığı üçün Nicat ona alınan nişan üzüyünü ona vermişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərdi ki, cavabdeh onun oğludur. Qızın atası gəldi ki, qızı aparır. Qız hazır idi və balkondan atasına əşyalarını yığdığını və hazır olduğunu bildirdi. Qız hər əşyasını yığıb atası ilə çıxıb getdi. Sonradan qız qayıtdı ki, qızılların qutusu boşdur. Lakin qızıllar qızın özündə idi. Oğluna hədiyyə edilmiş nişan üzüyünü belə qeri qaytarmışlar. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA 446968 saylı məcburi köçkün vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür və Yevlax rayonunda məskunlaşmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 21 avqust 2023-cü il tarixli MŞY/MT034/2023-00185 saylı arayışdan məlum olur ki, İddiaçı əmlak tələbi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 02 avqust 2023-cü il tarixli 476 saylı arayışdan məlum olur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Yevlax şəhəri, Yeni qəsəbə 3/7 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 avqust 2022-ci il tarixli kassa mədaxil orderindən məlum olur ki, İddiaçı "xxxx" MMC-yə 150 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 12 avqust 2022-ci il tarixli ƏQ-209/2022 saylı rəyindən məlum olur ki, “Eyfel” modelli (sırğaüzük, boyunbağı, qolbağ, fianit qaşlarla bəzədilmiş) Türkiyə istehsalı 585 əyyarlı 30 qram qızıl komplekt dəsti - 3200 manat, “Eyfel” modelli (fianit qaşlarla bəzədilmiş) Rusiya istehsalı 583 əyyarlı 5.3 qram qızıl nişan üzüyü - 560 manat, sadə dördkünc formasında Rusiya istehsalı 583 əyyarlı 3.7 qram qızıl üzük - 340 manat, İtaliya istehsalı 750 əyyarlı 4 qram qadın üçün qızıl üzük - 410 manat dəyərində qiymətləndirlilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 08 yanvar 2024-cü il tarixli ƏQ-84/2024 saylı rəyindən məlum olur ki, “Eyfel” modelli (sırğa, üzük, boyunbağı, qolbağ) 585 əyyarlı 19 qram qızıl komplekt dəsti - 1900 manat, “Eyfel” modelli 583 əyyarlı, 5.3 qram qızıl nişan üzüyü - 530 manat, qadın üçün dördkünc formasında 583 əyyarlı 3.7 qram qızıl üzük - 340 manat, gül formalı 583 əyyarlı 3.9 qram üçün qızıl üzük - 360 manat dəyərində qiymətləndirlilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh evlənmişlər. Evlilik zamanı iddiaçıya qızıl-zinət əşyaları hədiyyə etmişdir. İddiaçı əmlak tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə iddianın nənəsi tərəindən hədiyyə edilmiş dördkünc formalı qızıl üzük hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəf üzüyünün mövcud olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə digər qızıllarla bağlı qeyd edir ki, həmin qızılların mövcud olmasını cavabdeh tərəf etiraf etmişdir. Həmin qızıllar toy mərasimindən olan video görüntüdə və fotoşəkillərdə öz əksini tapmışdır. Cavabdeh qızılların iddiaçının özü ilə apardığını bildirsə də, məhkəmə prosesində cavabdeh tərəfindən dəvət edilmiş şahid, cavabdehin anası olan X3 iddiaçının əmlaklarını apardıqdan sonra həmin gün geri qayıdaraq, qızıl qutusunun boş olmasını bildirərək, qızıllarını tələb etdiyini ifadəsində bildirmişdir. Məhkəmə hesab edir ki, qızılları iddiaçı aparmış olsaydı, evdən çıxdıqdan az müddət keçdikdən (həmin gün) sonra geri qayıdaraq qızıl tələb etməzdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh qızılların çəkisi və qiyməti ilə bağlı etirazını məhkəmə əsaslı hesab edir. Bu səbədən də, qızılları çəkisi və dəyəri iddiaçı tərəfindən təqdim edilmiş rəy əsasında yox, məhkəmə tərəfindən alınmış mütəxəssis rəyi əsasında qeyd edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “Eyfel” modelli (sırğa, üzük, boyunbağı, qolbağ) 585 əyyarlı 19 qram qızıl komplekt dəsti - 1900 manat, “Eyfel” modelli 583 əyyarlı, 5.3 qram qızıl nişan üzüyü - 530 manat, qadın üçün dördkünc formasında 583 əyyarlı 3.7 qram qızıl üzük - 340 manat, gül formalı 583 əyyarlı 3.9 qram üçün qızıl üzük - 360 manat naturada, əmlaklar naturada olmadıqda əmlakının dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməli, 150 manat qiymətləndirilmə rəyi üçün ödənilmiş rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Cavabdeh iddianın təmin еdilmiş hissəsinə münasib olaraq 51.30 mаnаt dövlət rüsumu аlınаrаq Dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, işə obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra, əldə edilən sübutlara hüquqi qiymət verərək iddiaçının iddia etdiyi tələblər üzrə nəticəyə gələrkən, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş, bilavasitəlik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh “Eyfel” modelli (sırğa, üzük, boyunbağı, qolbağ) 585 əyyarlı 19 qram qızıl komplekt dəsti - 1900 manat, “Eyfel” modelli 583 əyyarlı, 5.3 qram qızıl nişan üzüyü - 530 manat, qadın üçün dördkünc formasında 583 əyyarlı 3.7 qram qızıl üzük - 340 manat, gül formalı 583 əyyarlı 3.9 qram üçün qızıl üzük - 360 manat naturada, əmlaklar naturada olmadıqda əmlakının dəyəri alınaraq İddiaçı verilsin. Cavabdeh 150 manat əmlakın qiymətləndirilməsi üçün ödənilmiş rüsum alınaraq İddiaçı verilsin. Cavabdeh iddianın təmin еdilmiş hissəsinə münasib olaraq 51.30 mаnаt dövlət rüsumu аlınаrаq Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-107/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-107/2024
17.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver