Məhkəmə qərarları › İş №2(039)-1080/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1080/2023

10.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1080/2023 10.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun mərhum qardaşı X11 xx.xx.2013-cü il tarixdə Yevlax rayonu Hürüuşağı kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, onun qardaşı xx.xx.1989-cu il təvəllüdlü X11 xx.xx.20123-cü il tarixində Yevlax rayonu Hürüuşağı kənd tam orta məktəbinin qarşısında mübahisə zamanı bıçaqlanaraq alıdığı xəsarətlərdən vəfat etmiş və Yevlax rayonu Hürüuşağı kənd qəbistanlığında dəfn edilmişdir. Hüquqi savadsızlıq ucbatından mərhum qardaşı Elnur Məmmədovun ölüm faktını qeydiyyat orqanında qeyd etdirməmişlər. Yevlax rayonu Hürüruşağı kəndində miras qalmış əmlaka vərəsəlik işi açılması ilə əlaqədar mərhum qardaşı Elnur Məmmədovun ölüm haqqında şəhadətnaməsi ondan tələb olunur. Bu barədə aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 624 №li məktubda X8 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 741789 saylı xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Ərizəçi atası X6, anası isə X5r. Yevlax rayonu Tanrıqulular kənd sovetliyi tərəfindən verilmiş İİ-ИЕ ЖГ № 463207 saylı xx.xx.1989-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X7 atası X6, anası isə X5r. Yevlax rayonu Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 15 saylı arayışdan görünür ki, Yevlax rayonu Hürüuşağı kənd sakini Ərizəçi qardaşı X11 xx.xx.2013-cü il tarixdə Hürüuşağı tam orta məktəbinin qarşısında mübahisə zamanı bıçaqlanaraq aldığı xəsarətdən vəfat etmişdir. Mərhum X1 qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 və X9 ifadələrində ərizəçinin həmkəndlisi olduqlarını, ərizəçinin qardaşı X11 xx.xx.2013-cü ildə Yevlax rayonu, Hürüuşağı kəndində öldüyünü və Hürüuşağı kənd qəbirstanlığında dəfn olduğunu bildirmiş və müvafiq fotoşəkilləri təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, X11 xx.xx.2013-cü il tarixdə Yevlax rayonu Hürüuşağı kəndində ölmüşdür. Ərizəçi qardaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 xx.xx.2013-cü il tarixdə Yevlax rayonu Hürüuşağı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar