Məhkəmə qərarları › İş №2(039)-1110/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1110/2023

02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1110/2023 02.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, həyat yoldaşı X2 07 avqust 2013-cü il tarixdə Yevlax rayonu Xanabad kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəni belə əsaslandırmışdır ki, X4 həyat yoldaşı olmuş, 07 avqust 2013-cü il tarixdə Yevlax rayonu Xanabad kəndində yaşadığı evdə vəfat etmiş və Yevlax rayonu Xanabad kənd qəbristanlığında dəfn edilmişdir. Mərhum həyat yoldaşı X2 ölüm faktı qeydiyyat orqanında qeydə alınmamışdır. Hazırda miras qalmış əmlaka vərəsəlik işi açılması zərurəti ilə əlaqədar mərhum həyat yoldaşı X2 ölüm şəhadətnaməsi tələb olunur. Ölüm şəhadətnaməsinin verilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etsə də tələbi təmin edilməmiş və məhkəməyə müraciət etməyimi bildirmişlər. Mərhum həyat yoldaşını X2 07 avqust 2013-cü il tarixdə Yevlax rayonu Xanabad kəndində vəfat etməsini Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 125 №-li, 13 mart 2023-cü il tarixli arayışı, şahidlər və qəbirüstü fotoşəkil də təstiq edə bilər .Ona görə də şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X3 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi həyat yoldaşı Rəsimə 07 avqust 2013-cü il tarixdə Yevlax rayonu Xanabad kəndində yerləşən evlərində vəfat etmişdir. Onun da iştirakı ilə Yevlax rayonu Xanabad kənd qəbirstanlığında dəfn edilmişdir. X1 bildirmişdir ki, Ərizəçi onun həmkəndlisi və qohumudur. Onun həyat yoldaşı Rəsimə həqiqətən 07 avqust 2013-cü il tarixdə Yevlax rayonu Xanabad kəndində yerləşən evlərində vəfat etmişdir. Onun yas və dəfn mərasimlərində özü şəxsən iştirak etmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubda qeyd edilir ki, övladının ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra ölüm haqqında şəhadətnamə verilə bilər. AZE 13094546 №-li, 04 iyun 2013-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 21 oktyabr 1960-cı il tarixdə Ağdaş şəhərində doğulmuşdur. İİ-жг 271422 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi ilə X7 29 noyabr 1978-ci il tarixdə nikah bağlamaqla akt qeydləri kitabında 48 № ilə qeydə alınmışdır. Ərəbbəsrə kənd İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 mart 2023-cü il tarixdə verilmiş 125 №li arayışda qeyd edilir ki, mərhum X4 xx.xx.2013-cü ildə Yevlax rayonu Xanabad kəndində vəfat etmiş və kənd sakinləriinin iştirakı ilə Yevlax rayonu Xanabad kənd qəbirstalığında dəfn olunmuşdur. Hüquqi məsələlər: Mülki-Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11 qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin arvadı X2 07 avqust 2013-cü il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə miras qalmış əmlaka vərəsəlik işi açılması ilə bağlı gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 21 oktyabr 1960-cı il tarixdə Ağdaş şəhərində doğulmuş X2 07 avqust 2013-cü il tarixdə Yevlax rayonu Xanabad kəndində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar