Məhkəmə qərarları › İş №2(039)-114/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-114/2025

18.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-114/2025 18.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi (vəkil) Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 ilə 11 iyul 2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 19 may 2023-cü ildə X7 anadan olmuşdur. Tərəflər bir müddət normal münasibətdə yaşamışlar, sonradan aralarında olan münsibətlər pisləşməyə başlamışdır. Aralarında yaranmış narazılığa görə İddiaçı valideynlərinin yaşadığı ünvana qayıtmışdır. İddiaçıya məxsus qızıl-zinət əşyaları saxlanc üçün daim keçmiş qaynanası Cavabdeh2 olmuşdur. İddiaçı evdən çıxarkən ona məxsus qızıl-zinət əşyaları və digər əşyalar cavabdehlərə məxsus evdə qalmışdır. İddiaçının anası Zəminə Orucova, qardaşı Rəhim Orucov və atası Rəhman Orucov cehiz əşyalarının, qızıl-zinət əşyalarının və digər əşyaların götürülməsi ilə əlaqədar xx.xx.2023-cü ildə cavabdehlərin yaşadığı Yevlax rayonunun Dəlləklər kəndinə getmişlər. Həmin vaxt Cavabdeh1 onları yaşadığı ünvandan qovaraq mübahisə yaratmış və əmlakların həmn evdən çıxarılmasına maneçilik törətmişdir. Bundan osnra Cavabdeh1 qanınsuz hərəkətləri barədə Yevlax rayon Polis Şöbəsinə şikayət verilmişdir. Yevlax rayon Polis Şöbəsində Cavabdeh1 yazılı izahat verərək, bildirmişdir ki, o qaynatası Rəhman Orucovu, qaynanası Zəminə Orucovanı, qaynı Rəhman Orucovu balta, bıçaqla və silahla hədələməmişdir. Heç vaxt arvadı İddiaçı döyməmiş, işgəncə verməmişdir. Əlavə olaraq izahatında qeyd etmişdir ki, İddiaçı məxsus cehizlərin və qızıl-zinət əşyalarının götürülməsinə etiraz etmir. Yevlax rayon Polis Şöbəsinin 28 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən X2 müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qəbul edilmişdir. Təxminən hadisədən 2 gün sonra iddiaçının anası zəminə Orucova, qardaşı Rəhman Orucov, atası Rəhman Orucov və digər şəxslər cehiz əşyalarının və qızıl əşyalarının götürülməsi üçün yenidən yaşadığı ünvana getmişlər.Həmin gün iddiaçıya məxsus cehiz əmlakları, digər əşyalar götürülmüşdür. Cavabdehlərdən qızılzinət əşyaları tələb olunmuş, cavabdehlər isə qızıl-zinət əşyalarını qaytarmamışlar. Həmn vaxt ərazi üzrə xidmət aparan polis əməkdaşı orada olmuş, hətta onun iştirakı ilə Rəhman Orucov ərizə yazmış və ərizədə qeyd etmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyalarından başqa əmlaklar götürülmüşdür. Həmin əmlaklar fəhlələrin köməkliyi ilə avtomobilə yığılaraq cavabdehlərə məxsus evdən çıxarılmışdır. Əmlaklar çıxarılarkən cavabdehlər tərəfindən qızıl-zinət əşyalarına məxsus boş qabları evinə içərisinə dağıdılışdır. Cavabdehlər həmn vaxt bildirmişlər ki, qızıl-zinət əşyaları yoxdur, qızıl-zinət əşyalarını maddi ehtiyyacları olduğu üçün 2023-cü ilin avqust ayının əvvəlində girov qoyaraq pul götürmüşlər. Keçən müddət ərzində cavabdehələrə dəfələrlə qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı müraciət olunmuş, lakin bir nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşlar. Cavabdehlərdən tələb olunun qızıl-zinət əşyaları 3133 manat dəyərində 24.1 qramlıq 583 əyar qızıl boyunbağı, brilyant qaşlı üzük-sırğadan ibarət qızıl dəsti, 800 manat dəyərində 3.5 qramlıq 583 əyar brilyant qaşlı qızıl nişan üzüyü, 270 manat dəyərində 3 qramlıq 583 əyar qızıl üzük, 720 manat dəyərində 583 əyar 8 qramlıq qızıl qolbağı, 225 manat dəyərində 583 əyar 2.5 qramlıq qızıl üzük, 360 manat dəyərində 583 əyar 4 qramlıq qızıl klon (kitab formalı), 180 manat dəyərində 583 əyar 2 qramlıq qızıl üzükdən ibarətdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinə istinad edərək, cavabdehlərdən iddia ərizəsinin təsviri hissəsində göstərilən qızıl-zinət əşyalarının, həmin əşyaların naturada alınması mümkün olmadıqda onların pul ilə dəyərinin, cəmi 5688 (beş min altı yüz səksən səkkiz) manat pulun, hüquqi yardıma görə ödənilmiş 300 manat vəkil xərcinin, 50 manat mediasiya xərcinin, 27 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia ərizəsində qızıl-zinət əşyalarının 1-ci siyahısında göstərilmiş qızıl əşyalarının 3133 manat dəyərində 24.1 qramlıq 583 əyar qızıl boyunbağı, qolbağı, brilyant qaşlı üzük-sırğadan ibarət qızıl dəsti kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiçının nümayəndəsi (vəkil) Vəkil iddianı müdafi edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddanı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə 2022-ci ildə ailə qurmuşlar. Aralrında olan narazılıqlara görə iddiaçı ilə ayrılmışlar. İddiaçıya məxsus cehiz əşyalarını iddiaçı tərəf aparan zaman iddiaçıya məxsus qızıl-zinət əşyaları onlarda (cavabdehlərdə) qalmışdır. İddiaçıya məxsus qızıl-zinət əşyaları qızıl boyunbağı, brilyant qaşlı üzük-sırğa, qolbağı olmuş, həmn əşyaları o özü almış və dəyəri 1000 manatdan artıq olmuşdur. Həmin əşyaların çəkisini xatırlamır. Qızıl nişan üzüyü də brilyant qaşlı olmuş, həmin üzüyü 430-440 manat almış, lakin üzüyün çəkisini xatırlamır. 225 manat dəyərində qızıl üzük də olmuş, qızıl klon isə iddiaçının özünə məxsus olmuş və iddiaçı gedərkən özü ilə aparmışdır. Bacısı Rəqsanə tərəfindən də iddiaçıya 150 manat dəyərində qızıl üzük hədiyyə edilmişdir. İddiaçının ayrıca qızıl qolbağısı isə olmamışdır. O (cavabdeh) evdə olmadığı zaman iddiaçının ailə üzvləri onların (cavabdehlərin) yaşadıqları evə gəlmiş və anası (cavabdehin) mövcudluğunu etiraf etdiyi qızıl-zinət əşyalarını həmn şəxslərə vermişdir. İddiaçıya məxsus heç bir qızıl-zinət əşyası onlarda qalmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək, iddianın əsassız olduğundan təmn edilməməsinə dair qətnamə çıçxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmn edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X8 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun qızıdır. Avqsut ayında qızına məxsus cehiz əşyalarını gətirmək üçün cavabdehlərin yaşadıqları evə getmişlər. Həmin vaxt qızıl-zinət əşyalarını tələb etsələr də, cavabdeh qızıl-zinət əşyalarını məhkəmədə verəcəklərini bildirmişdir. Cehiz əşyalarını gətiodikdən sonra bir daha cavabdehlərin yaşadıqları evə getməmişdirlər. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 şahid X3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 şahid X3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayonunun Dəlləklər kəndində cavabdehlərlə qonşudurlar. Cavabdeh2 xahişi ilə kömək etmək üçün Gülzadənin evinə getmişdir. Evdə olan zaman maşın dayanmış, lakin o (şahid) maşını görməmişdir. Gülzadə içəri keçmiş və içəridən nəsə götürmüşdür. Gülzadədən nə oldğunu soruşmuş, Gülzadə də qızıl olduğunu, qızılın dalınca gəldiklərini gemişdir. Gülzadəyə qızılları verməməsini, Mahiri gözləməsini demiş, lakin Gülzadə qızılları aparıb gələn şəxslərə vermişdir. Gələn şəxsləri özü görməmiş, Gülzadədən soruşduqda sonuncu ona həmin şəxslərin gəlinin anası və qardaşı olduğunu bildirmişdir. Həmin vaxt qızıllar dəsmalın arasında olmuş, qızıllara baxmaq istəmiş, lakin Gülzadə qızılları ona göstərməmişdir. Dəsmalın arasında hansı qızılların olduğunu görməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismindi dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, Mahirin həyətində ağacların budaqlarını kəsən zaman qapının qarşısında maşın dayandığını, maşından xanım və oğlanın düşdüyünü görmüşdür. Gülzadə xanım onun (şahidin) yanından keçən zaman ondan hara getdiyini soruşmuş, Gülzadə də qız tərəfin gəldiyini və qızılları aparıb verəcəyini demişdir. Həmin vaxt qızıllar dəsmalın içində olmuş, lakin o (şahid) həmn qızılları görməmişdir. İşdə olan “X6” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 24 qramlıq 583 əyar qızıl boyunbağı, brilyant qaşlı üzük-sırğa dəsti 3133 manat, 1 ədəd 3.5 qramlıq 583 əyar brilyant qaşlı qızıl nişan üzüyü 800 manat, 1 ədəd 3 qramlıq 583 əyar qızıl üzük 270 manat, 1 ədəd 8 qramlıq 583 əyar qızıl qolbağı 720 manat, 1 ədəd 2.5 qramlıq 583 əyar qızıl üzük 225 manat, 1 ədəd 4 qramlıq 583 əyar kitab formalı qızıl klon 360 manat, 1 ədəd 2 qramlıq 583 əyar qızıl üzük 180 manat qiymətləndirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərin evindən gedən zaman iddiaçıya məxsus 3133 manat dəyərində 24.1 qramlıq 583 əyar qızıl boyunbağı, qolbağı, brilyant qaşlı üzük-sırğadan ibarət qızıl dəsti, 800 manat dəyərində 3.5 qramlıq 583 əyar brilyant qaşlı qızıl nişan üzüyü, 270 manat dəyərində 3 qramlıq 583 əyar qızıl üzük, 225 manat dəyərində 583 əyar 2.5 qramlıq qızıl üzük, 360 manat dəyərində 583 əyar 4 qramlıq qızıl klon (kitab formalı), 180 manat dəyərində 583 əyar 2 qramlıq qızıl üzük cavabdehlərdə qalmışdır. Cavabdehlər qeyd edilən qızıl-zinət əşyalarını qaytarmaqdan imtina etdiklərinə görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci madəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında bir ədəd 8 qramlıq 720 manat dəyərində qızıl qolbağı istisna olmaqla digər qızıl-zinət əşyalarının mövcudluğu öz təsdiqini tapmışdır. Həmin əşyaların mövcudluğu işdə olan tərəflərin izahatları, şahid ifadələri, işdə olan foto və video görüntü ilə öz təsdiqini tapmışdır. Məhkəmə mövcudluğu təsdiq edilmiş həmn qızıl-zinət əyşalarının çəkisi, dəyəri və əyarı ilə bağlı iddiaçı tərəfin göstərdiklərini daha inandırıcı, real və işin hallarına uyğun hesab edir. Həmin hal iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə də öz təsdiqini tapır. İddiaçı tərəfindən məhkəməyə 1 ədəd 8 qramlıq 720 manat dəyərində qızıl qolbağının mövcudluğunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Mövcudluğu məhkəmə iclasında təsdiq edilmiş qızıl-zinət əşyalarının kimdə qalması ilə bağlı məsələyə qiymət verərək, məhkəmə hesab edir ki, həmin əşyalar cavabdehlərdə qalmışdır. Belə ki, cavabdehlər tərəfindən həmin qızıl-zinət əşyalarının iddiaçının ailə üzvlərinə qaytarılması, həmçinin 1 ədəd qızıl klonun iddiaçının özü tərəfindən evdən gedən zaman apalımasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehlərin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahidlər isə ifadələrində həmin qızıl-zinət əşyalarının dəsmalın arasında olduğunu, həmin qızıl əşyalarını görmədiklərini, Cavabdeh2 deməsi ilə dəsmalın arsında olan əşyaların qızıl olduğunu bildiklərini göstərmişlər. Həmin şahid ifadələri qeyd edilən halın, yəni qızılların iddiaçının ailə üzvlərinə qaytarılmasını təsdiq edilməsi üçünkifayət deyildir. İşdə olan qəbzlərdən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar mediasiya prosesində iştirak etmək üçün 50 manat, hüquqi yardım göstərilməsi üçün vəkilə 300 manat və iddia ərizəsinin verilməsi üçün 27 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehlərdən 3133 manat dəyərində 24.1 qramlıq 583 əyar qızıl boyunbağı, qolbağı, brilyant qaşlı üzük-sırğadan ibarət qızıl dəsti, 800 manat dəyərində 3.5 qramlıq 583 əyar brilyant qaşlı qızıl nişan üzüyü, 270 manat dəyərində 3 qramlıq 583 əyar qızıl üzük, 225 manat dəyərində 583 əyar 2.5 qramlıq qızıl üzük, 360 manat dəyərində 583 əyar 4 qramlıq qızıl klon (kitab formalı), 180 manat dəyərində 583 əyar 2 qramlıq qızıl üzük, həmin əşyalar olmadıqda onların dəyərinin, 50 manat mediasiya xərcinin və 300 manat vəkil üçün ödənilmiş xidmət haqqının alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 27 (iyirmi yeddi) manat dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3133 manat dəyərində 24.1 qramlıq 583 əyar qızıl boyunbağı, qolbağı, brilyant qaşlı üzük-sırğadan ibarət qızıl dəsti, 800 manat dəyərində 3.5 qramlıq 583 əyar brilyant qaşlı qızıl nişan üzüyü, 270 manat dəyərində 3 qramlıq 583 əyar qızıl üzük, 225 manat dəyərində 583 əyar 2.5 qramlıq qızıl üzük, 360 manat dəyərində 583 əyar 4 qramlıq qızıl klon (kitab formalı), 180 manat dəyərində 583 əyar 2 qramlıq qızıl üzük, həmin əşyalar olmadıqda onların dəyəri, 50 manat mediasiya xərci, 300 manat vəkil üçün ödənilmiş xidmət haqqı və 27 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmn edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar