Məhkəmə qərarları › İş №2(039)-1150/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1150/2020

22.05.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1150/2020 22.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, sözügedən iddia ərizəsi Ərizəçi qaytarılmalıdır. Ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, ərizəyə əlavə olunmuş xx xxx 2020-ci il tarixli ********* saylı qəbzdən görünür ki, X1 tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1, 8.4.11-ci maddələrinə əsasən məhkəməyə yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələri verilərkən 10 manat dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçiyə izah edilməlidir ki, o, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra, təkrarən ümumi qaydada ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra, təkrarən ümumi qaydada ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar