Məhkəmə qərarları › İş №2(039)-1164/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1164/2025

29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1164/2025 29.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hər iki şəxsin vəfat etməsi faktının təsdiq edilməsinə dair” haqqında ərizəsi üzrə mülki işə 29 may 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı “hər iki şəxsin vəfat etməsi faktının təsdiq edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onu qızlarının- xx.xx.2018-ci il təvəllüdlü X5 28 dekabr 2024-cü il tarixdə vəfat etməsi faktının, xx.xx.2020-ci il təvəllüdlü X6 03 yanvar 2025-ci il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili X8 ərizəni müdafiə edərək izah etdi ki, ərizəçinin qızları. xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 anadangəlmə şikəst olmaqla (serebral iflic) ev şəraitində vəfat etmişlər. Ərizəçinin qızı Gülnar 28 dekabr 2024cü il tarixdə, digər qızı Gülnaz isə 03 yanvar 2025-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin qızları adət-ənənəyə görə dəfn edilmişlər. Ərizəçinin qızlarının ölüm faktının təsdiqi ailə üzvlərinin sırasından çıxarılması və sağ olan şəxs sıralarından çıxarılmaları üçündür. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçinin qızı Gülnar 2024-cü il tarixdə, digər qızı Gülnaz isə 2025-ci il tarixdə vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, ərizəçinin qızları serebral iflic xəstəliyindən əziyyət çəkirdilər. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, ərizəçinin atasının dostudur. Ərizəçinin bir qızı 2024-cü il tarixdə, digər qızı isə 2025-ci il tarixdə vəfat etmişdir. Dəfində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağcabədi “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 noyabr 2022-ci il tarixli, AZ-İV 805832 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağcabədi “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 noyabr 2022-ci il tarixli, AZ-İV 805831 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Yevlax Rayon Məhkəməsinə 100.40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məzar daşlarının foto şəkillərindən görünür ki, X9 və X10 vəfat etmişlər. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin qızları X9 və X10 28 dekabr 2024-cü il və 03 yanvar 2025-ci il tarixdə vəfat etmişdir. Onların ölüm haqqında şəhadətnamələri alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün ölüm barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X9 və X6 28 dekabr 2024-cü il və 03 yanvar 2025-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X5 28 dekabr 2024-cü il tarixdə və X6 03 yanvar 2025-ci il tarixdə vəfat etmələri barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 və X6 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar