Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-117/2022 13.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mərhum X1 15 avqust 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, anası X8 14 avqust 2021-ci il tarixində vəfat etmişdir. 15 avqust 2021-ci il tarixində isə dəfn edilmişdir. Onun qəbri hal-hazırda Ağdaş rayonu Ərəbşəki kənd qəbristanlığındadır. Anasının ölüm kağızını əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmişlər. Maraqlı şəxs 03.11.2021-ci il tarixli məktubuna əsasən ölümü təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün həmin orqandan onlara ölüm haqqında şəhadətnamə verməmişdir. Anasının ölümü ilə bağlı həkimə və xəstəxanaya müraciət etməmişlər, ancaq təcili yardıma müraciət edilmişdir. Həmin orqanın 14 avqust 2021-ci il tarixli arayışında ölüm faktı qeydə alınmışdır. Anasının dəfn olunduğu qəbrstanlıqdan onun baş və sinə daşını əks etdirən fotoşəkilləri hazırkı iddiaya əlavə edərək anasının dəfn olunduğu yeri baş daşının üzərində X8 15 03.1958 - 12.11.2017-ci il tarixi övladlarından xatirə yazıları əks olunmuş daş lövhənin foto çəkilişini hazırkı iddiaya əlavə etmişdir. Mən qeyd olunan ölüm faktını başqa formada əldə edə bilmədiyindən bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki bundan əvvəl Maraqlı şəxsnə müraciət etmişdir. Onların vermiş olduğu məktubda bildirilir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. Yuxarıda qeyd etdiyi kimi ölüm faktını başqa cürə əldə edə bilmədiyindən, hazırda məhkəməyə müraciət edir. Ona görə də iddiasında qəti və israrlıdır. İddiasını müdafiə edir. X1 vəfat etməsi ilə əlaqədar olaraq bu faktın məhkəmə qaydasında müəyyən edilməsini qanuni və əsaslı hesab edirş. Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. X4 bildirmişdir ki, Ərizəçi onun dayısı oğludur. Elnurun anası Gülzar Quliyeva 14 avqust 2021-ci il tarixdə vəfat etmiş, lakin 15 avqust 2021-ci il tarixdə Ağdaş rayonu Ərəbşəki kənd qəbristanlığında dəfn olmuşdur. Onun yas mərasimində iştirak etmişdir. X2 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Gülzar Quliyeva 14 avqust 2021-ci il tarixində yaşadığı evdə vəfat etmiş, 15 avqust 2021-ci il tarixində Ağdaş rayonu Ərəbşəki kənd qəbristanlığında dəfn etmişdirlər. Dəfn və yas məraismlərində iştirak etmişdir. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubunda qeyd edilir ki, mərhum ananız X3 ölümü haqqında şəhadətnamə ananızın ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra ölüm haqqında şəhadətnamə verilə bilər. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 15.03.1958-ci il tarixdə Ağdam rayonu Əlimədədli kəndində anadan olmuşdur. Təcili və X7 Stansiyasının Xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, ünvan 1 ünvanına X6 adına çağırış olmuş, həkimə qədər ölüm, qadın cinsli meyitin olması müəyyən eidlmişdir. Seriya AA3№411705 məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkündür. Yevlax Şəhər İHB-nın 9№-li Evlər Komitəsinin arayışında qeyd olunur ki, Alıyev X10 şəhəri, Bakı küçəsi 86 nömrəli evdə yaşayır. Mülki Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin X1 14 avqust 2021-ci il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə social müdafiə və vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilməmişdir, lakin Gülzar Quliyevanın ərizədə qeyd edildiyi kimi 15 avqust 2021-ci il tarixdə deyil, 14 avqust 2021-ci il tarixdə ölməsi təsdiqini tapdığından ərizə qismən təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. 15 mart 1958-ci il tarixdə Ağdam rayonu, Əlimədədli kəndinə doğulmuş X3 14 avqust 2021-ci il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilsin. Qalan hissədə ərizə təmin edilməsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-117/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-117/2022
13.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver