Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1171/2021 07.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X1 1991-ci ildə vəfat etməsi ilə əlaqədar ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, mərhum nənəsi X3 1991-ci ildə vəfat etmişdir. Lakin səhlənkarlıq ucbatından nənəsinə ölüm şəhadətnaməsi almamışdır. Hazırda da Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Nənəsinin ölümü haqqında şəhadətnamə ona sosial hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, ərizəçi ilə ailəvi dostdurlar. Onun nənəsi 1991-ci ildə vəfat etmişdir. Yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Yuxarı Qarxun ƏİD üzrə nümayəndəliyi tərəfindən 27 avqust 2020-ci il tarixdə verilmiş 424 saylı arayışdan görünür ki, X3 1991-ci ildə vəfat edib və Yevlax rayonu, Yuxarı Qarxun kənd qəbiristanlığında dəfn olunub. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 22 mart 1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi xx xxxx 1987-ci il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 26 iyul 1988-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X2 22 iyul 1988-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş, 974 saylı məktubdan məlum olur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin nənəsi X3 1991-ci ildə vəfat etmişdir. Lakin onun ölümü haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə belə hesab edir ki, X1 1991-ci ildə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 1991-ci ildə vəfat etmələri faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1171/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1171/2021
07.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver