Məhkəmə qərarları › İş №2(039)-1191/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1191/2025

02.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1191/2025 02.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi1, Ərizəçi2 vəkili X5 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” haqqında ərizəsi üzrə mülki işə 02 iyun 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi1 və Ərizəçi2 maraqlı orqan Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, 1928-ci ildə anadan olmuş anası X9 xx.xx.2020-ci il tarixində vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 ərizəni müdafiə edərək izah et ki, X14 onun anasıdır. Anası 28 noyabr 2020ci il tarixində xərçəng xəstəliyindən vəfat etmişdir. Hamı kimi onu da Qarxun qəbiristanlığında dəfn etmişlər. Anasının ölümünə dair Maraqlı şəxsnə müraciət edilmiş, ancaq bu barədə aidiyyatı sənəd onlara verilməmişdir. Bu sənəd onlara lazımdır. Vərəsəlik qaydasında iddia qaldırmaq istəyir. Ancaq ananın ölümünə dair sənədi başqa cür əldə edə bilmirlər. Ərizəçi1 məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi2 vəkili X7 ərizədə göstərilənləri bir daha təsdiq edərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X22 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur, bir binada qalırlar. Ərizəçinin anası Sənəm pandemiya dövründə 2020-ci ilin noyabr ayında vəfat etmişdir. Dəfn mərasimində iştirak etmişdir Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərdi ki, molla işini icra edir. Ərizəçinin anası Sənəm 28 noyabr 2020-ci il tarixdə, pandemiya dövründə vəfat etmişdir. Həmin tarixdə saat 17:00 radələrində dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçinin anası Sənəm onun əmisi arvadıdır. Pandemiya dövründə 28 noyabr 2020-ci il tarixdə rəhmətə getmişdir. Dəfnində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 20 fevral 2025-ci il tarixli, 385 nömrəli məktubundan görünür ki, X11 ölümü haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən Ərizəçi1 ərizəsi təmin edilməmiş, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Yevlax Rayon Məhkəməsinə 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2008-ci il tarixli AZE 06154064 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 XX.XX.1928-ci il təvəllüdlü olmaqla ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin anası X14 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün ölüm barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X14 xx.xx.2020-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X9 xx.xx.2020-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X2 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə AZƏRBAYCAN RESPUBLİKASİ YEVLAX RAYON MƏHKƏMƏSİ AZ-6600, Yevlax şəhəri, C.Cabbarlı küçəsi 9 Tel: (022336) 6-13-80, 6-31-76, 6-31-80, 6-47-66 Faks: (02233) 6-47-66 Elektron ünvan www.yevlakhcourt.gov.az 27 fevral 2025-ci il İş № 2(039)-1191/2025 Ərizəçi1 və Ərizəçi2 Yevlax rayonu, Malbinəsi kəndi Surəti: Maraqlı şəxsnə Yevlax Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2(039)-1191/2025 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Məhkəmənin Hakimi: Ruslan Əlizadə İş № 2(039)-1191/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi1 və Ərizəçi2nın iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2nın Maraqlı şəxsnə qarşı «ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” haqqında işə 27 fevral 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 10:00-da açıldı. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 178-ci maddəsinə əsasən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclasının katibi Azərbaycan Respublikası MPM-nin 179.1-ci maddəsinə əsasən məruzə edərək bildirir ki, Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasına gəlmiş, Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi gəlməmiş məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişlər. Sədrlik edən maraqlı şəxsin nümayəndənin iştirakı olmadan işə baxılmasına ərizəçinin etirazının olub-olmamasını soruşur. Etiraz daxil olmur. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 179.2-ci maddəsinə əsasən ərizəçinin şəxsiyyətini müəyyənləşdirir. Ərizəçi : Ərizəçi1 və Ərizəçi2 – xx.xx.1950-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 182-ci maddəsinə əsasən məhkəmə tərkibini elan edir. Hakim R.Ə.Əlizadə, məhkəmə iclas katibi R.E.Cəlilov. Ərizəçi hakimə və məhkəmə iclas katibinə etirazlarının olub-olmamasını soruşur. Hakimə və məhkəmə iclas katibinə etiraz daxil olmadı. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 183-cü maddəsinə əsasən ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 47-ci maddəsi ilə müəyyən olunmuş hüquq və vəzifələrini izah edir. Ərizəçi: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən Azərbaycan Respublikası MPM-in 184-ci maddəsinə əsasən ərizəçidən vəsatətlərin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən Azərbaycan Respublikası MPM-in 190-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının başlandığını bildirir və irəli sürülmüş tələb barədə ərizəçinin mülahizəsini aydınlaşdırır. Ərizəçi: - ərizəmi müdafiə edirəm. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 192-ci maddəsinə əsasən ərizəçinin izahatını alır. Ərizəçi1 və Ərizəçi2nın izahatı: -Möhtərəm Hakim! anam X14 və X15 28 dekabr 2024-cü il və 03 yanvar 2025-ci il tarixdə vəfat etmişdir. Yevlax rayonunun Səmədabad kənd qəbiristanlığında dəfn olunmuşdur. Onun ölümü barədə şəhadətnamə almamışam. Sədrlik edənin sual cavabı : Xeyir ölümü haqqında şəhadətnamə almamışam. Əlavə suallar daxil olmadı. Ərizəçinin təşəbbüsü ilə məhkəmə iclasına şahid dəvət olunur. Sədrlik edən şahidin şəxsiyyətini müəyyənləşdirir. Şahid: X20 – 13 noyabr 1958-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır. Sədrlik edən şahidə hüquq və vəzifələrini izah edir. Şahid: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən şahidə ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297 və 298-ci maddələrində nəzərdə tutulmuş məsuliyyəti elan edir və ondan bu barədə iltizam alır. Sədrlik edən şahidə iş üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. Sədrlik edən şahidin sərbəst ifadəsini kəsməməyi tərəflərin nəzərinə çatdırır. Şahid X3 ifadəsi: Cənab Hakim, ərizəçi mənim qonşumdur. Ərizəçinin oğlu 1989-cu ilin payız aylarında vəfat etmişdir. Dəfində iştirak etmişəm. Sədrlik edənin s/c: Ərizəçinin oğlu epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Bəli dəfndə iştirak etmişdim. Sədrlik edən ərizəçidən əlavə vəsatətlərinin olub-olmamasını soruşur. Ərizəçinin təşəbbüsü ilə məhkəmə iclasına şahid dəvət olunur. Sədrlik edən şahidin şəxsiyyətini müəyyənləşdirir. Şahid: X16 – 02 iyun 1963-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır. Sədrlik edən şahidə hüquq və vəzifələrini izah edir. Şahid: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən şahidə ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297 və 298-ci maddələrində nəzərdə tutulmuş məsuliyyəti elan edir və ondan bu barədə iltizam alır. Sədrlik edən şahidə iş üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. Sədrlik edən şahidin sərbəst ifadəsini kəsməməyi tərəflərin nəzərinə çatdırır. Şahid X1 ifadəsi: Cənab Hakim, ərizəçi, ailəsi ilə birlikdə mənim evimdə kirayədə qalmışlar. Onun oğlu epilepsiya xəstəliyindən əziyyət çəkirdi. 1989-cu ildə vəfat etmişdir. Yas mərasimində iştirak etmişəm. Sədrlik edənin s/c: Bəli dəfndə iştirak etmişdim. Sədrlik edən ərizəçidən əlavə vəsatətlərinin olub-olmamasını soruşur. Vəsatət daxil olmur. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 209-cu maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığını elan edir. Sədrlik edən məhkəmə çıxışlarının başlandığını bildirir və ərizəçiyə çıxış üçün söz verir. Ərizəçi1 və Ərizəçi2nın çıxışı: Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. Sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edir. Məhkəmə qətnamənə çıxarılması üçün müşavirə otağına gedir. Məhkəmə müşavirə otağından qayıdır və sədrlik edən qətnaməni elan edir. Sədrlik edən qətnamənin məzmununu, ondan şikayət vermə müddət və qaydasını izah edir. Məhkəmə iclası saat 10:20-də bağlı elan olunur. Sədrlik edən: Məhkəmə iclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar