Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1205/2022 14.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, bacısı X3 08 mart 2007-ci il tarixdə Yevlax rayonu Kolanı kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəni belə əsaslandırmışdır ki, bacısı X6 08 mart 2007-ci il tarixdə Yevlax rayonu Kolanı kəndində yaşadığı evdə vəfat etmiş və Yevlax rayonu Malbinəsi kənd qəbirstanlığında dəfn edilmişdir. Mərhum X11nın ölümünü qeydiyyat orqanlarında qeyd etdirməmişlər. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməyini bildirmişlər. Hazırda miras qalmış əmlaka vərəsəlik işi açılması ilə əlaqədar mərhum bacısının ölüm şəhadətnaməsi tələb olunur. Mərhum X11nın 08 mart 2007-ci il tarixdə Yevlax rayonu Kolanı kəndində vəfat etməsini Yevlax şəhər İcra Hakimiyyəti Başçısının X12 Ərazi dairəsi üzrə nümayəndəsinin 21 aprel 2022-ci il tarixli, 200 nömrəli arayışı, qəbirüstü fotoşəkil və şahidlər də təsdiq edə bilər. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X1 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. X11 08 mart 2007-ci il tarixdə vəfat etmişdir və Yevlax rayonu Malbinəsi kənd qəbirstanlığında dəfn edilmişdir. Leylanın z ailəsi olmamışdır. X2 bildirmişdir ki, Əlövsət Qasımov onun qonşusudur. Ərizəçi X11 08 mart 2007-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. Yevlax şəhər İcra Hakimiyyəti başçısının X12 ərazi dairəsi üzrə nümayəndəsinin 200 №-li arayışında qeyd olunur ki, Ərizəçi Yevlax rayonu Malbinəsi kəndində yaşayır, mərhum bacısı X6 08 mart 2007-ci il tarixdə vəfat etmişdir və Yevlax rayonu Malbinəsi kənd qəbirstasanlığında dəfn edilmişdir. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubda qeyd edilir ki, mərhum bacınıza ölüm haqqında şəhadətnamə bacınızın ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ölüm haqqında şəhadətnamə verilə bilər. Leyla Qasımovanın qəbirüstü daşının fotosu təqdim edilmişdir. Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin bacısı X3 08 mart 2007-ci il tarixdə, Yevlax rayonu, Kolanı kəndində ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 08 avqust 1977-ci il tarixdə Kəlbəcər rayonunun Comard kəndində doğulmuş X3 08 mart 2007-ci il tarixdə, Yevlax rayonu, Kolanı kəndində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1205/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1205/2022
14.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver