Məhkəmə qərarları › İş №2(039)-1228/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1228/2020

28.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1228/2020 28.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, atası X1 xx xxxx 2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, mərhum atası X3 xx xxxxxx 1963-cü il tarixdə anadan olmuşdur. xx xxxx 2020-ci il tarixdə dünyasını dəyişmiş, ancaq məhrum atası X1 ölümü haqqında şəhadətnaməni əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Mərhum atasının ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi ona sosial müdafiə hüquqlarını həyata keçirmək üçün lazımdır. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, atası Şakir İsmayılov xx xxxx 2020-ci il tarixdə Yevlax rayonu Bünyadabad kəndində yaşadıqları evin həyətində özünü çardaqdan asaraq intihar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 297 №li məktubda X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. İş materiallarında olan AZE seriyalı 14440893 №li şəxsiyyət vəsiqəsindən görünür ki, X3 xx xxxxxx 1963-cü il tarixdə Yevlax rayonunun Telman kəndində anadan olmuşdur. İş materiallarında olan Təcili və X5 Stansiyası Xəbərdarlıq vəsiqəsindən görünür ki, X3 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Xİİ-ЖГ seriyalı 09 oktyabr nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1986-cı il təvəllüdlü Ərizəçi atası X3, anası isə X2r. İş materiallarında olan xx xxx 2020-ci il tarixli qərardan görünür ki, X1 özünü öldürmə həddinə çatdırılması, qəsdən və ya ehtiyatsızlıqdan öldürülməsi faktı təsdiq olunmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayılov Möysüm İsmayıl oğlu və X4 ifadələrində ərizəçinin əmisi olduqlarını, ərizəçinin atası X1 xx xxxx 2020-ci ildə Yevlax rayonunun Bünyadabad kəndində özünü asaraq öldürdüyünü və Bünyadabad kənd qəbristanlığında dəfn olunduğunu bildirdilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, xx xxxxxx 1963-cü ildə Yevlax rayonu Telman kəndində doğulmuş X3 xx xxxx 2020-ci il tarixdə Yevlax rayonu Bünyadabad kəndində ölmüşdür. Ərizəçi X8oğlu atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1963-cü ildə Yevlax rayonu Telman kəndindəd oğulmuş X1 xx xxxx 2020ci il tarixdə Yevlax rayonu Bünyadabad kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar