Məhkəmə qərarları › İş №2(039)-1233/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1233/2025

30.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1233/2025 30.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas lazında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində uşağı X1 saxlanılması üçün hər ay ona 150 (bir yüz əlli) manat ödənilməsi barədə Maraqlı şəxs ilə aralarında bağlanmış 06 fevral 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(039)-3126/2017 saylı qətnaməsinə əsasən cavabdeh Maraqlı şəxs 09 avqust 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaı üçün hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Mediasiya prosesi nəticəsində cavabdehlə aralarında 06 fevral 2023-cü il tarixdə bağlanmış barışıq sazişinə əsasən o 2023-cü ilin fevral ayından başlayaraq, 150 (bir yüz əlli) manat məbləğində alimenti ona ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs aralarında bağlanmış barışıq sazişini könüllü icra etməli olduğu halda alimenti tam şəkildə ona ödəmir. Ona görə də, barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmşlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs 2023-cü ilin fevral ayından başlayaraq ödədiyi aylıq 136 (bir yüz otuz altı) manat aliment məbləğini 14 (on dörd) manat artıraraq 150 (bir yüz əlli) manata çatdırmağı və aylıq 150 (bir yüz əlli) manat aliment məbləğini tələbkarın anasının kart hesabına ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Maraqlı şəxs 2023-cü ilin fevral ayından başlayaraq ödədiyi aylıq 136 (bir yüz otuz altı) manat alimentin məbləğini 14 (on dörd) manat artıraraq 150 (bir yüz əlli) manata çatdırması və aylıq 150 (bir yüz əlli) manat aliment məbləğini tələbkarın anasının kart hesabına ödəməyi öhdəsinə götürməsi barədə Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar