Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1243/2021 30.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qeyd etməklə, şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, əri X1 01.04.2021ci il tarixdə Yevlax rayonu Əkşəm kəndinə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, mərhum əri X3 ilə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar. 01.04.2021-ci il tarixdə əri X3 intihar edərək dünyasını dəyişmişdir. Həyat yoldaşının adına torpaq sahəsi var. Həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyir. Həyat yoldaşının adına ölüm haqqında şəhadətnamə əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 19.05.2021-ci il tarixli, 965 №li məktubda X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. İş materiallarında olan AZE seriyalı 14116984 №li şəxsiyyət vəsiqəsindən görünür ki, X3 02.05.1964-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan 30 noyabr 1994-cü il tarixdə verilmiş Vİ-ЖГ 444430 №li nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X4 arasında bağlanmış nikah 1994-cü ilin noyabr ayının 03-cü günündə akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, X1 intihar etməsi faktında cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov Ayaz Məmməd oğlu ifadəsində ərizəçinin qaynı oğlu olduğunu, əmisi X1 01.04.2021-ci ildə yaşadığı evin həyətində olan yardımçı tikilidən elektrik kabeli ilə özünü asaraq öldürdüyünü və Yevlax rayonu Əkşəm kənd qəbirstanlığında dəfn olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadəsi və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, 02.05.1964-cü ildə doğulmuş X3 01.04.2021-ci il tarixdə Yevlax rayonu Əkşəm kəndində ölmüşdür. Ərizəçi ərinin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02.05.1954-cü ildə Yevlax rayonu Əkşəm kəndində doğulmuş X2 01.04.2021-ci il tarixində Yevlax rayonu Əkşəm kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1243/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1243/2021
30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver