Məhkəmə qərarları › İş №2(039)-1262/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1262/2023

25.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1262/2023 25.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 , Ərizəçi iştirakları ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qızı maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Mediasiya prosesi nəticəsində uşaqları xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 50 manat alimentin ödənilməsinə dair Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəsini belə əsaslandırmışdır ki, mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə aralarında xx.xx.2022-ci il tarixdə imzalanmış barışıq sazişinə əsasən o, birgə nikahdan olan övladları xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 50 (əlli) manat olmaqla, ümumilikdə 150 (iki yüz əlli) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürmüşdür. Yevlax Rayon Məhkəməsinin 2(039)-561/2022 №-li, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onunla cavabdeh arasında Yevlax rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahlarından olmuş xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X7 adlı uşaqları onun himayəsində saxlanılmaları qət edilmişdir. Maraqlı şəxs ilə aralarında imzalanmış barışıq sazişini könüllü icra etməli olmasına baxmayaraq sonuncu alimenti vaxtında ödəmir, gecikmələr yaranır. Odur ki, Hətəm Vəliyev ilə aliment ödənilməsinə dair aramızda imzalanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Sübutlar: Mediasiya prosesi nəticəsində Maraqlı şəxs qızı və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin 2.1.1 bəndinə görə övladları xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X7 anaları Ərizəçi himayəsində qalır; 2.1.2 bəndinə görə anası Ərizəçi övladları ilə birlikdə Yevlax rayon H.Əliyev pr, bina 51, ev 44-da yaşayacaq. (Maraqlı şəxs adına ona evdə); 2.1.3 bəndinə görə atası Maraqlı şəxs isə evi olan Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayacaq; 2.1.4 bəndinə görə uşaqların atası Maraqlı şəxs əvvəlki gündən xəbərdarlıq etməklə övladları ilə görüşə, gəzməyə apara və öz evində saxlaya bilər; 2.1.5 bəndinə görə ata övladlarının saxlanılması üçün hər ay hər uşaq üçün 50 (əlli) manat 3 (üç) uşaq üçün 150 (bir yüz əlli) manat məbləğində aliment ödəniləcək. Aliment elektron qaydada ödəniləcək. Tərəflər öhdəliyinə götürürlər ki, uşaqların mənafeyinə, şəxsiyyətinə, inkişafına xələl gətirən hərəkətlərə (hərəkətsizliyə) yol verməyəcəklər. Yevlax Rayon Məhkəməsinin 2(039)-561/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs qızı ilə cavabdeh Maraqlı şəxs arasında Yevlax rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahlarından olmuş xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013cü il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X7 adlı uşaqları onun himayəsində saxlanılmaları qət edilmişdir Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin arasında Mediasiya prosesi nəticəsində bağlanılmış 13 may 2022-ci il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Maraqlı şəxs qızı ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi təsdiq edilsin.

1. Tərəflərin uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X7 anaları Maraqlı şəxs qızının yanında qalsın.

2. Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 01 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla ümumilikdə 150 (bir yüz əllli) manat sabit pul məbləğində aliment Maraqlı şəxs qızının xeyrinə tutulsun.

3. Maraqlı şəxs 1 gün əvvəldən bildirildiyi halda övladları xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X7 ilə görüşə, gəzməyə apara və öz evində saxlaya bilməsi müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Kamil Əliyev:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar