Məhkəmə qərarları › İş №2(039)-1268/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1268/2023

20.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1268/2023 20.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, uşaqları Cəlil Bəşirovun və Diləfruz Bəşirovanın himayəsinə verilməsinə dair X2 ilə aralarında bağlanmış 16 mart 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izah etdi ki, o, Maraqlı şəxs ilə ailəli olmuşdur. Birgə nikahlarından iki uşaqları olmuşdur. Hazırda ayrılmışlar və uşaqlar onun yanındadır. Maraqlı şəxs ilə mediasiya prosesində barışıq sazişi imzalamışlar. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, o, məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5-ci mаddəsinə əsаsən, işə maraqlı şəxsin iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli 2(039)-880/2015 saylı qətnaməsinin surətindən məlum olur ki, tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqlar anasının yanında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 mart 2023-cü il tarixli barışıq sazişindən məlum olur ki, birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs mənzildən çıxarılması tələbi ilə məhkəməyə edəcəklərini qarşılıqlı razılığa gəldilər. Uşaqların atanın himayəsinə verilməsi üçün ikinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi tələbi: təyin olunmuş ünvanlı sosial yardımın hər iki tərəfin arasında 50-50-yə bölünməsidi. Birinci tərəf Ərizəçi sosial yardım aldığı tarixdən aldığı məvacibi bölüb eyni miqdarda ikinci tərəf Maraqlı şəxs verəcəyini bildirdi. Hər iki tərəf qarşılıqlı söhbət zamanı yuxarıda göstərilən şərtlərə Ərizəçi əməl etdiyi müddətdə azyaşlı övladları Bəşirov Cəlil Bəhruz oğlu 2008-ci il təvəllüdlü, X1 2010-cu il təvəllüdlü atanın himayəsində qalmağına razılşdılar və barışıq sazişini imzaladılar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.4-cü maddəsinə əsasən Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355.26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər evlənmişlər. Birgə nikahlarından 20 aprel 2008-ci il təvəllüdlü Bəşirov Cəlil Bəhruz oğlu və 28 aprel 2010-cu il təvəllüdü X1 adlı iki uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılıb ayrı yaşayırlar və uşaqlar analarının himayəsində saxlanılmışdır. Tərəflər mesiasiya prosesində barışıq sazişi bağlamışlar. Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında 16 mart 2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 16 mart 2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Uşaqların atanın himayəsinə verilməsi üçün Maraqlı şəxs Ərizəçi tələbi: təyin olunmuş ünvanlı sosial yardımın hər iki tərəfin arasında 50-50-yə bölünsün. Ərizəçi sosial yardım aldığı tarixdən aldığı məvacibi bölüb eyni miqdarda Maraqlı şəxs versin. Yuxarıda göstərilən şərtlərə Ərizəçi əməl etdiyi müddətdə azyaşlı övladları Bəşirov Cəlil Bəhruz oğlu 2008-ci il təvəllüdlü, X1 2010-cu il təvəllüdlü atanın himayəsində qalsın. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar