Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1273/2021 29.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili X4 İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, nümayəndəsi və vəkili X5 iştirakı ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı «əmlak və pul» və Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlak və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aşağıdakı əşyaların 31-ci məhəllədə yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı mənzil qiymətinin 25000 manat, avtomobil Hunday ELENTRA markalı, qara rəngli qiyməti 27000 manat, mətbəx mebeli qiyməti 150 manat, 1 ədəd plazma televizor qiyməti 750, 1 ədəd plazma televizor qiyməti 550, kondisioner 60 kv.m qiyməti 750 manat, kondisioner 80 kv.m qiyməti 900 manat, divan kreslo və yazı stolu qiyməti 1500 manat, qonaq dəsti ağ rəngdən ibarət 2 ədəd servant, 1 termo, 1 ədəd televizor altı, 1 ədəd orta stolu, 4 ədəd oturaq stolu qiyməti 2200 manat, 2 ədəd gül qabı qiyməti 50 manat, 1 ədəd 10 minlik elektrogücləndirici (stabilizator) qiyməti 250 manat, 1 ədəd krosnu aparatı və boşqabı qiyməti qiyməti 70 manat, 1 ədəd İtaliya istehsalı, 750 əyyarlı, çəkisi 5 qram olan briliyant qaşlı üzük qiyməti 600 manat, 1 ədəd İtaliya istehsalı, 750 əyyarlı, çəkisi 4.2 qram olan briliyant qaşlı üzük qiyməti 470 manat, 1 ədəd Rusiya istehsalı, 583 əyyarlı, çəkisi 25 qram olan mafyoz sep qiyməti 2500 manat, 1 ədəd İtaliya istehsalı, 750 əyyarlı, çəkisi 7 qram olan qaşlı kulon qiyməti 1540 manat, 1 ədəd Rusiya istehsalı, 583 əyyarlı, çəkisi 21 qram olan mafyoz sep qiyməti 2100 manat olmaqla naturada, istifadəyə yararlı olan hissədə özünün və yaxudda dəyərinin, o cümlədən 700 manat pulun alınmasına və ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh İddiaçı ona borclu olduğu 11000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. İddiaçı izah etdi ki, 11 iyun 2015-ci ildə həbs edilmişdir. Onun bankda girovda olan Hyundai Elantra markalı avtomobili var idi. Həbsdə olduğu müddətdə bacısı Kifayət onun yanına gəlib gedirdi. Kifayət onun yanına gələn zaman bildirmişdir ki, avtomobillə bağlı problemlər var və o Kifayətə həmin avtomobilini onun adından satmaq üçün etibarnamə vermişdir. Lakin etibarnamənin ümumi olmasını bilməmişdir. Kifayət isə onun avtomobilini, Yevlax şəhərində yerləşən evini və evin əmlaklarını satıb pulunu mənimsəmişdir. Hazırda pulunu və əmlaklarını geri istə də, cavabdeh qaytarmaqdan imtina edir. O həbsdə olan zaman Kifayət onun yanına gəlsə də, ona heç vaxt pul verməmişdir. Ona görə Kifayət heç bir xərcə düşməmişdir. Qarşılıqlı iddia əsassızdır. İddiaçı məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X8 izah etdi ki, iddiaçı həbsdə olan zaman cavabdehə etibarnamə vermişdir. Cavabdeh etibarnamə ilə iddiaçının evini, evin əşyalarını və avtomobilini satmışdır. Lakin pulları iddiaçıya qaytarmamışdır. Hazırda iddiaçı əmlaklarını və ya dəyərini tələb edir. İddiaçı vəkili X8 məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izah etdi ki, Əskinaz ona etibarnamə vermişdir. Lakin həmin etibarnamədən o istifadə etməmişdir. Belə ki, avtomobili və evi Əskinazın qızı satmış və pulu da o almışdır. Evin əmlaklarını yığıb qardaşı X9 evinə aparılmasına və oraya yerləşdirilməsinə kömək etmişdir. Lakin əmlakların sonrakı aqibətini bilmir. Əskinaz həmçinin ondan 700 manat pul tələb edir. Bu da əsassızdır. Belə ki, Əskinaz həbsdə olan zaman onun yanına gedib-gəlmiş, onun vəkil və digər xərclərini çəkmişdir. Ümumikində 11000 manat Əskinazın ona borcu var. Hazırda pulunu tələb etsə də, Əskinaz qaytarmaqdan imtina edir. Cavabdeh ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X10 izah etdi ki, İddiaçı hazırda iddia ərizəsində qeyd edir ki, cavabdehə etibarnamə verərək guya cavabdehlə razılaşıb ki, cavabdeh onun avtomobilini satsın. Halbuki, Əskinaz cavabdehə etibarnamə verməmişdən əvvəl özü öz avtomobilini satmışdır. Eyni zamanda o, cavabdehi şərləyir ki, guya onun ev əşyalarını satmışdır. Həbsdə olduğu müddətdə cavabdeh tez-tez bacısının yanına gedib gəlmişdir və onu həbsdən azad olunmasına çalışmışdır. O həbsdən azad olunduqdan bir müddət sonra cavabdehin özünün də maddi imkanı yaxşı olmadığı üçün Əskinazdan olan 11000 borcunu qaytarmasını xahiş etmişdir. Cavabdeh ondan hər dəfə borcunu qaytarmasını xahiş etdikcə cavabdehə demişdir ki, bir az səbrli olsun, ona bir az da vaxt versin borcunu düzəldib verəcək, lakin verməmişdir. Bir müddət sonra cavabdeh xəbər tutmuşdur ki, özünə avtomobil alıb. Cavabdeh nümayəndəsi və vəkili X10 ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək göstərdi ki, Əskinazın evi satılan zaman evdə olan bütün əmlakları yığıb evinə aparmışdır. Mebel, divan, kreslo, mətbəxt mebeli, stol-stul və digər ev əmlakları onun evində ayrı bir otağa yerləşdirmişdir. Həmin əmlaklar onun evində qalsa da, onların sonrakı aqibətini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, bacısı Əskinaz həbsdə olanda ona kömək edən və onun arxası ilə düşən Kifayət olmuşdur. Kifayət Əskinaz üçün pul xərcləmişdir. Bidiyinə görə Kifayətin 11000 manat xərci çıxıb. Əskinaz isə onun pulunu qaytarmır. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, Kifayətlə Əskinaz onun bibiləridir. Əskinaz həbsdə olanda Kifayət ona 11000 manat pul xərcləyib. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X21 bildirmişdir ki, o avtomobil alverçisidir. Əskinaz həbsdə olan zaman Kifayət onun avtomobilini satırdı. Gəlib avtomobilə baxan zaman məlum oldu ki, avtomobil bankda girovdadır. Kifayətə 2500 manat pul verib avtomobili götürüb aparmışlar. Bankın nümayəndəsinin köməyi ilə adına rəsmiləşdirmişlər. Etibarnaməni və digər sənədləri ona bankın nümayəndəsi vermişdir. Avtomobili alan zaman Kifayət ona bacısı həbsdə olduğundan təcili pul lazım olduğu üçün avtomobili satdığını demişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin və qarşılıqlı iddialar rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon 1 saylı notariat ofisinin 17 avqust 2021-ci il tarixli 628 saylı məktubundan məlum olur ki, Yevlax rayon 1 saylı notariat ofisində İddiaçı tərəfindən 2009-cu ildən hal-hazıra kimi Yevlax şəhəri, Bakı prospekti 10B, 6 saylı mənzilin satılmasına dair Elektron notariat və X1 notariat hərəkəti aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RQİ və TBŞ-nin 31 iyul 2021-ci il tarixli 309-921-1221 saylı məktubundan məlum olur ki, Hyundai Elantra markalı 99FU189 dövlət qeydiyyat nişanlı avtomobil DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən 13.04.2016-cı il tarixdə DİN-nin Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində İddiaçı qeydiyyatından çıxarılaraq alqı-satqı müqaviləsi əsasında vətəndaş X14 adına rəsmiləşdirilmişdir və dövlət qeydiyyat nişanı dəyişdirilərək 90OU307 dövlət qeydiyyat nişanı verilmişdir. Bundan başqa həmin avtomobil 06.09.2016cı il və 04.09.2018-ci il tarixlərdə alqı-satqı müqaviləsi əsasında digər şəxslərin adına rəsmiləşdirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 sentyabr 2016-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, X6 Elantra markalı avtomobili X2. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 iyun 2016-cı il tarixli etibarnamənin surətindən məlum olur ki, İddiaçı Cavabdeh 1 il müddətinə etibarnamə vermişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 2016-ci ildə həbs edilmişdir. Cəzaçəkmə müəsisəsində olarkən bacısı Cavabdeh etibarnamə vermişdir. Hazırda iddia qaldıraraq, bacısının həmin etibarnamədən istifadə edərək ona məxsus avtomobili,mənzili sataraq əldə etdiyi mələği geri tələb edir. Həmçinin bacısının ev, məişət və qızıl əşyalarını da sataraq pulunu mənimsədiyini birdirərək ya naturada, ya da dəyərini tələb edir. Cavabdeh qarşılıqlı iddia qaldıraraq bacısına həbsdə olarkən 11000 manat borc verdiyini bildirərək, həmin pulu tələb edir. Məhkəmə qeyd edir ki, Yevlax rayon 1 saylı notariat ofisində İddiaçı tərəfindən 2009-cu ildən hal-hazıra kimi Yevlax şəhəri, Bakı prospekti 10B, 6 saylı mənzilin satılmasına dair Elektron notariat və X1 notariat hərəkəti aşkar olunmamışdır. Həmçinin həmin mənzilin öz mükiyyətində olmasına dair sübut təqdim etməmişdir. Eyni zamanda tələbin nəqliyyat vasitəsinə dair hissədə qeyd edir ki, İddiaçı sahibliyində olmuş Hyundai Elantra markalı 99FU189 dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil 06 sentyabr 2016-cı il tarixdə X15 tərəfindən nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında X17 3000 manata satılmışdır. Tələbin 700 manat pul, ev, məişət və qızıl əşyalarına dair hissəsində məhkəmə qeyfd edir ki, iddiaçı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin şahid qismində iddiaçının qardaşı X13 ifadə verərək bildirmişdir ki, Əskinazın evi satılan zaman evdə olan bütün əmlakları yığıb evinə aparmışdır. Mebel, divan, kreslo, mətbəxt mebeli, stol-stul və digər ev əmlakları onun evində ayrı bir otağa yerləşdirmişdir. Həmin əmlaklar onun evində qalsa da, onların sonrakı aqibətini bilmir. Həmçinin əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X21 avtomobili 2500 manata aldığını və həmin pulu Kifayətə verdiyini bildirsə də, alqı-satqı müqaviləsində Cavabdeh iştirakı qeyd olunmamışdır. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının ona 11000 manat borcu olduğunu bildirsə də, buna dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, cavabdeh tərəfindən dəvət edilmiş şahidlər iddiaçının cavabdehə 11000 manat borcu olmasını bildirsələr də, həmin borcun nə vaxt verilməsinin bilavasitə görməmişlər. Borcun olmasını cavabdehin dediklərinə əsaslanaraq bildiklərini izah etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, işə obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra, əldə edilən sübutlara hüquqi qiymət verərək iddiaçının iddia etdiyi tələblər üzrə nəticəyə gələrkən, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş, bilavasitəlik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsində göstərilir ki, məhkəmə əmlakın natura şəkilində alınmasını qət etdikdə onun adını, alınmalı əmlakı qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlkin və qarşılıqlı iddia rədd edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1273/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1273/2021
29.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver