Məhkəmə qərarları › İş №2(039)-1289/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1289/2024

20.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1289/2024 20.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum övladı X2 12 dekabr 1998-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, qızı 1989-cu ildə anadan olmuşdur. Üç yaşına qədər müalicə etdirsələr də, 1998-cildə vəfat etmişdir. Lakin ölüm haqqında şəhadətnamə almamışlar. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun həyat yoldaşıdır. Övladları qüsurlu idi. 12 dekabr 1998-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Beş övladları olub. Biri qüsurlu olduğundan vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Aran qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 28 mart 2024-cü il tarixli 5-9-3/2-236/2024 saylı arayıçndan görünür ki, 08 mart 1989-cu il təvəllüdlü X3 12 dekabr 1998-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 29 mart 2024-cü il tarixli 846 saylı məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 10 avqust 1989-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 08 mart 1989-cu il tarixdə anadan olamuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin övladı X3 12 dekabr 1998-ci il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün övladının ölümü barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X2 12 dekabr 1998-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 12 dekabr 1998-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar