Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1292/2024 08.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 19 mart 1973-cü ildə anadan olmuş mərhum X2 20 aprel 1973-cü il tarixdə vəfat etməsi faktının, habelə 11 noyabr 1970-ci ildə anadan olmuş mərhum X3 04 avqust 1995-ci il tarixdə vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 ərizəni müdafiə edərək izah etdi ki, mərhumlar onun baldızlarıdır. Gülbəniz 1973-cü ildə, Sevinc isə 1995-ci ildə vəfat etmişdir. Ərizəçi1 məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək göstərdi ki, Gülbəniz o vaxtı qızdırmadan vəfat etmişdir. Sevinc isə naxoş idi 1995-ci ildə vəfat etmişdir. Hüzürdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Onun baldızları vəfat etmişlər. Gülbəniz 1973-cü ildə, Sevinc isə 1995-ci ildə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 30 mart 2024-cü il tarixli 05/Q-860 saylı məktubundan görünür ki, Ərizəçi2 məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 28 mart 2024-cü il tarixli 838/1 saylı arayışından görünür ki, X4 19 mart 1973-cü ildə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 28 mart 2024-cü il tarixli 838/2 saylı arayışından görünür ki, X5 11 noyabr 1970-ci ildə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Havarlı Bələdiyyəsinin 08 may 2024-cü il tarixli 31 saylı arayışından görünür ki, X5 04 avqust 1995-ci il tarixdə və X4 20 aprel 1973-cü il tarixdə Yevlax rayonu, Havarlı kəndi “Kömür” adlanan kənd qəbiristanlığında öz ana qohumlarının məzarlarının yanında dəfn olunmuşlar. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin baldızları vəfat etmişlər. Onların ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün baldızlarının ölümü barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X2 20 aprel 1973-cü il tarixdə, X3 04 avqust 1995-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 20 aprel 1973-cü il tarixdə, X3 04 avqust 1995-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 və X3 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1292/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1292/2024
08.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver