Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1305/2025 28.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Şəlalə Məmmədova, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mediasiya prosesi nəticəsində uşaqları xx.xx.2005-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 yanvar 2025-ci il tarixindən başlamaqla hər ay 280 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə əlaqədar onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təstiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəsini belə əsaslandırmışdır ki, o, həyat yoldaşı Maraqlı şəxs ilə mediasiya xidmətlərindən istifadə edərək, qarşılıqlı qaydada razılaşaraq azyaşlı uşaqları xx.xx.2005ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılması, uşaqları üçün hər ay hər uşaq üçün 280 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Bu barədə Mediasiya şurasında barışıq sazişi imzalamışlar. Hər bir tərəf qarşılıqlı qaydada bu sazişi tərtib edərək razılaşmışdır ki, 280 manat aliment məbləğini cavabdeh uşaqlarına ödəyəcəkdir. Qeyd etdiyi hal imzalanmış barışıq sazişində öz həqiqi əksini tapmışdır. Cavabdeh yanvar ayından etibarən uşaqların alimentini ödəmir. Artıq yanvar, fevral, mart, aprel aylarının aliment məbləği ödənmədiyindən o hazırki ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məsələ budur ki, bu gün uşaqları ilə bağlı ciddi çətinliklər çəkir. Şəxs işləyir, fərdi əməklə məşğuldur. Təsdiq etdiyi sazişi icra etmir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Maraqlı şəxs məhkəməyə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Maraqlı şəxs məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Sübutlar: AZ-İİ seriyalı 120324 nömrəli və AZ-İİİ seriyalı 072140 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü Elcan və xx.xx.2013-cü il təvəllüdlü Elmir adlı uşaqları var. Mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər- birinci tərəf Ərizəçi iki övladı – X3 və X4 üçün aliment tələbini qoymuş, ikinci tərəf Maraqlı şəxs iki övladları – X3 və X4 üçün hər birinə 140 manatdan – cəmi 280 manat aliment pulu ödəməyə razılıq vermiş, qarşılıqlı razılaşma əsasında iki uşaq üçün 280 manat aliment pulu iyun ayının 1-dən etibarən hər ayın 15-dək qarşı tərəfə ödəyəcəkdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.1 Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat (iki yüz səksən) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1305/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1305/2025
28.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver