Məhkəmə qərarları › İş №2(039)-132/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-132/2025

17.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-132/2025 17.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı Mansırova (Həşimli) Günel Zahid qızının, onun vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Mansırova (Həşimli) Günel Zahid qızının Cavabdeh qarşı alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi və əmlakın əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Mansırova (Həşimli) Günel Zahid qızı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın əvvəlki vəziyyətə qaytarılması, payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 onun (iddiaçının) həyat yoldaşıdır. Onunla rəsmi nikaha xx.xx.2010-cu il tarixdə daxil olmuşdur. Bu nikahdan üç uşaqları doğulmuşdur. Həyat yoldaşı xx.xx.2022-ci ildə kəskin transmoral infarktdan vəfat etmişdir. Birgə nikah dövründə «Ford Kuga» markalı, ** RF *** qeydiyyat nişanlı avtomobilləri olmuşdur. Həmin avtomoibili ona (iddiaçıya) bildirmədən xx.xx.2022-ci il tarixində Yevlax rayonu Cırdaxan kənd sakini həyat yoldaşının əmisi Cavabdeh nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında guya satılmışdır. Halbuki, həmin avtomobilin yarısı onun (iddiaçının) əmlakıdır. Alqı-satqı müqaviləsi onun razılığı olmadan edilmişdir. Bütün bunları onun (iddiaçının) həyat yoldaşı bilərəkdən etmişdir. Ancaq bağlanmış alqısatqı müqaviləsi bağlandığı andan etibarsızdır. Çünki, həmin müqavilə ona iid əmlak üzərində edilmişdir. Qeyd edilən avtomobil xx.xx.2021-ci il tarixdə alınmışdır. Həmin dövrdə onlar ailə münasibətində olmuşlar. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, , Cavabdeh ilə mərhum həyat yoldaşı X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsinə, nəqliyyat vasitəsinin mülkiyyətçisinin əvvəlki vəziyyətinə qaytarılmasına, həmin əmlak üzərində onun (iddiaçının) payının müəyyən edilməsinə, 153 (bir yüz əli üç) manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat vəsaitin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiçı X7 ərizə verərək, Cavabdeh ilə həyat yoldaşı X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsinə, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına tərtib edilmiş şəhadətnamənin ləğv edilməsinə və mülkiyyətin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmaını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddinın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, özünə məxsus mal-qarasını sataraq qardaşı oğlu mərhum X4 «Ford Kuga» markalı, ** RF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 21000 (iyirmi bir min) manata almışdır. Həmin nəqliyyat vasitəsinin alqı-satqısına dair müqaviləni Azərbaycan Respublikası DİN BDYPİ-nin Yevlax RQİ və TBŞ-də rəsmiləşdirmişlər, lakin alqı-satqı zamanı iddiaçı X7 iştirak etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası DİN BDYPİ-nin Yevlax RQİ və TBŞnin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxs Azərbaycan Respublikası DİN BDYPİ-nin Yevlax RQİ və TBŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş üzrə sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 ilə İddiaçı xx.xx.2010-cu ildə nikahlarını rəsmiləşdirmişlər və arvada Mansırova soyadı verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Kuga” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 mülkiyyətində olmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X6 mülkiyyətində olan “Ford Kuga” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh 21000 (iyirmi bir min) manata satmışdır. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Kuga” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı X7 ilə mərhum əri X6 birgə nikahda olduqları zaman, yəni 26 yanvar 2021-ci il tarixdə “Ford Kuga” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almışlar. X1 iddiaçının məlumatı və razılığı olmadan həmin nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satmış və nəqliyyat vasitəsi üzərində sonuncunun mülkiyyət huququ qeydə alınaraq, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. İddiaçı birgə nikah dövründə əldə edilmiş həmin nəqliyyyat vasitəsinin onun məlumatı və razılığı olmadan satıldığını, həmin nəqliyyat vasitəsində onun payının olduğunu göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına kecməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsnə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmcinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Belə halda məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Ford Kuga” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair mərhum X6 ilə Cavabdeh arasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Yevlax RQİ və TBŞ-də bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə, həmin müqaviləs əsasında Cavabdeh verilmiş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməsinə və əmlakın əvvəlki vəziyyətinə qaytarılmasını dair qətnamə çıxarılmalıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. “Ford Kuga” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqısatqısına dair X6 ilə Cavabdeh arasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Yevlax RQİ və TBŞ-də bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh verilmiş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilsin və həmin əmlak əvvəlki vəziyyətinə qaytarılsın. Cavabdeh 153 (bir yüz əlli üç) manat dövlət rüsumu alınıb iddiaçı Mansırova (Həşimli) Günel Zahid qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar