Məhkəmə qərarları › İş №2(039)-1351/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1351/2022

26.05.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1351/2022 26.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 , Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Mediasiya prosesi nəticəsində uşaqları Damla Hüseynlinin və Yağmur Hüseynlinin saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat ödənilməsinə dair Maraqlı şəxs ilə aralarında bağlanılmış 20 oktyabr 2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İşin halları: Ərizəsini belə əsaslandırmışdır ki, Mediasiya prosesi nəticəsində Maraqlı şəxsla aralarında 20 oktyabr 2021-ci il tarixdə imzalanmış barışıq sazişinə əsasən o, birgə nikahdan olan övladları 06 oktyabr 2017-ci il təvəllüdlü X5 və 28 iyun 2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürmüşdür. Yevlax Rayon Məhkəməsinin 2(039)- 2461/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxsla aralarında olan nikah pozulmuşdur. Maraqlı şəxsla aralarında imzalanmış barışıq sazişini könüllü icra etməli olmasına baxmayaraq alimenti vaxtında ödəmir, gecikmələr yaranır. Odur ki, Maraqlı şəxsla aliment ödənilməsinə dair aramızda imzalanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi Təranə Hüseynova məhkəmə baxışı zamanı ərizəsi qəbul edərək etirazı olmadığını bildirdi. Sübutlar: Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış barışıq sazişinin 2.1. bəndinə görə, tərəflər Saziş imzalandıqdan sonra "ikinci tərəf” aralarında olan nikahın pozulmasına razıdır və “birinci tərəf” hər ay xx.xx.2017-ci il təvəllüdlü X9. xx.xx.2020-ci il təvəllüdlü X7 adlı övladların saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində aliment vəsaitini “ikinci tərəfə” ödəyəcəkdir, Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin arasında Mediasiya prosesi nəticəsində uşaqları Damla Hüseynlinin və Yağmur Hüseynlinin saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat ödənilməsinə dair Maraqlı şəxs ilə aralarında bağlanılmış 20 oktyabr 2021-ci il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 20 oktyabr 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev: Hakim: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar