Məhkəmə qərarları › İş №2(039)-138/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-138/2024

13.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-138/2024 13.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh3, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X3 qarşı cehizin, qızıl-zinət əşyasının və dövlət rüsumunun cavabdehlərdən alınması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X3 qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ona məxsus olan cehiz və qızılzinət əşyaları-50 manat dəyərində olan 1 ədəd qara və göy rənglərdə don, 30 manat dəyərində olan 1 ədəd qara rəngli don, 50 manat dəyərində olan 1 ədəd ağ rəngli don, 40 manat dəyərində olan 1 ədəd bənövşəyi rəngli don, 20 manat dəyərində olan 1 ədəd qara rəngli köynək, 15 manat dəyərində olan 1 ədəd ağ rəngli köynək, 35 manat dəyərində olan 1 ədəd ağ rəngli vadalaska, 40 manat dəyərində olan 1 ədəd güllü toxumalı kofta, 40 manat dəyərində olan 1 ədəd qara rəngli kofta, 20 manat dəyərində olan 1 ədəd ag və göy rəngli kofta, 20 manat dəyərində olan 1 ədəd ağ toqqalı kofta, 15 manat dəyərində olan 3 ədəd mayka, 40 manat dəyərində olan 1 ədəd bənövşəyi rəngdə hamam xalatı, 5 manat dəyərində olan 1 ədəd çay dəsmalı, 45 manat dəyərində olan 3 ədəd əl-üz dəsmalı, 5 manat dəyərində olan 1 ədəd qara rəngli vetnamka, 15 manat dəyərində olan 1 ədəd qara rəngli ket, 7 manat dəyərində olan 1 ədəd makyaj çantası, 1 ədəd lüsturun pultu, 40 manat dəyərində olan 1 ədəd süd rəngli jilet, 500 manat dəyərində olan 1 ədəd Palito olmaqla, cəmi 21 adda və 1032 (bir min otuz iki) manat dəyərində cehiz əşyaları, 1500 manat dəyərində olan 1 ədəd brilliyant qaşlarla bəzədilmiş qızıl dəsti (sep, klon, qolbaq, üzük, sırğa) - Türkiyə istehsallı, çəkisi 10 qram, 585 əyarlı, 700 manat dəyərində olan 1 ədəd qızıl sırğa – Rusiya istehsallı, çəkisi 5 qram olan, 583 əyarlı, 1200 manat dəyərində olan 1 ədəd boyunbağı klonu ilə birlikdə - Rusiya istehsallı, çəkisi 7 qram olan, 583 əyarlı,100 manat dəyərində olan 1 ədəd mirvari boyunbağı, 50 manat dəyərində olan 1 ədəd mirvari qolbaq olmaqla, cəmi 5 adda və 3550 (üç min beş yüz əlli) manat dəyərində qızıl-zinət əşyalarının, ümumilikdə dəyəri 4582 (dörd min beş yüz səksən iki) manat olan cehiz və qızıl zinət əşyalarının naturada özünün və yaxud dəyərinin, 900 (doqquz yüz) manat qız toyundan yığılan pul məbləğinin, 85 (səksən beş) manat məbləğində pulun, 220 (iki yüz iyirmi) manat hüquqi yardına görə vəkil bürosunun hesabına ödənilən məbləğin, iddia ərizəsi üçün banka ödədiyim 27 (iyirmi yeddi) manat dövlət rüsumunun və 50+10=60 (altmış) manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, sonradan məhkəmə iclası zamanı iddia tələbini dəqiqləşdirərək cavabdehlərdən cəmi 21 adda 1092 (bir min doxsan iki) manat dəyərində olmaqla - 50 manat dəyərində olan 1 ədəd qara və göy rənglərdə don, 30 manat dəyərində olan 1 ədəd qara rəngli don, 50 manat dəyərində olan 1 ədəd ağ rəngli don, 40 manat dəyərində olan 1 ədəd bənövşəyi rəngli don, 20 manat dəyərində olan 1 ədəd qara rəngli köynək, 15 manat dəyərində olan 1 ədəd ağ rəngli köynək, 35 manat dəyərində olan 1 ədəd ağ rəngli vadalaska, 40 manat dəyərində olan 1 ədəd güllü toxumalı kofta, 40 manat dəyərində olan 1 ədəd qara rəngli kofta, 20 manat dəyərində olan 1 ədəd ağ və göy rəngli kofta, 20 manat dəyərində olan 1 ədəd ağ toqqalı kofta, 15 manat dəyərində olan 3 ədəd mayka, 40 manat dəyərində olan 1 ədəd bənövşəyi rəngdə hamam xalatı, 5 manat dəyərində olan 1 ədəd çay dəsmalı, 45 manat dəyərində olan 3 ədəd əl-üz dəsmalı, 5 manat dəyərində olan 1 ədəd qara rəngli vetnamka, 15 manat dəyərində olan 1 ədəd qara rəngli ket, 7 manat dəyərində olan 1 ədəd makyaj çantası, 65 manat dəyərində olan 1 ədəd lüstur və lüsturun pultu, 40 manat dəyərində olan 1 ədəd süd rəngli jilet, 500 manat dəyərində olan 1 ədəd Palito olmaqla, cehiz əşyalarının və cəmi 4 adda 2350 (iki min beş yüz əlli) manat dəyərində olmaqla - 1500 manat dəyərində olan 1 ədəd brilliyant qaşlarla bəzədilmiş qızıl dəsti (sep, klon, qolbaq, üzük, sırğa) - Türkiyə istehsallı, çəkisi 10 qram, 585 əyarlı, 700 manat dəyərində olan 1 ədəd qızıl sırğa – Rusiya istehsallı, çəkisi 5 qram olan, 583 əyarlı, 100 manat dəyərində olan 1 ədəd mirvari boyunbağı, 50 manat dəyərində olan 1 ədəd mirvari qolbaq olmaqla, qızıl zinət əşyalarının naturada özünün və yaxud dəyərinin, 900 (doqquz yüz) manat qız toyundan yığılan pul məbləğinin, 85 (səksən beş) manat məbləğində pulun, 220 (iki yüz iyirmi) manat hüquqi yardına görə vəkil bürosunun hesabına ödənilən məbləğin, iddia ərizəsi üçün banka ödədiyi 27 (iyirmi yeddi) manat dövlət rüsumunun və 50+10=60 (altmış) manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 18 fevral 2023-cü il tarixdə el adəti ilə Cavabdeh1 ilə faktiki ailə qurub evlənməklə cavabdehlərin yaşadığı evə gəlin köçmüşdür. Bütün cehizlərini və digər əmlaklarını həmin evə yerləşdirmişdir. Toydan sonra ona məxsus bütün qızıl-zinət əşyalarını qaynanası əlindən alaraq özündə saxlamışdır. 15 mart 2023-cü il tarixdə aralarında olan narazılığa görə o, ata evinə qayıtmışdır. Lakin bütün cehizləri və qızıl-zinət əşyaları ər evində, yəni cavabdehlərin evində qalmışdır. Hal-hazırda o, ata evində yaşayır. Dəfələrlə cavabdehlərdən bu günədək ona məxsus cehizlərini və qızıl-zinət əşyalarını özünə qaytarılmasını xahiş etsə də, qaytarmaqdan imtina edirlər. O, cehiz və qızıl-zınət əşyalarını məhkəmə qaydasında cavabdehlərdən tələb edir. Cehiz əşyaları 1 ədəd qara və göy rənglərdə don - 50 manat dəyərində, 1 ədəd qara rəngli don – 30 manat dəyərində, 1 ədəd ağ rəngli don – 50 manat dəyərində, 1 ədəd bənövşəyi rəngli don – 40 manat dəyərində, 1 ədəd qara rəngli köynək – 20 manat dəyərində, 1 ədəd ağ rəngli köynək – 15 manat dəyərində,1 ədəd ağ rəngli vadalaska – 35 manat dəyərində, 1 ədəd güllü toxumalı kofta – 40 manat dəyərində, 1 ədəd qara rəngli kofta – 40 manat dəyərində, 1 ədəd ag və göy rəngli kofta – 20 manat dəyərində, 1 ədəd ağ toqqalı kofta – 20 manat dəyərində, 3 ədəd mayka – cəmi 15 manat dəyərində, 1 ədəd bənövşəyi rəngdə hamam xalatı – 40 manat dəyərində, 1 ədəd çay dəsmalı – 5 manat dəyərində, 3 ədəd əlüz dəsmalı – hər biri 15 manat dəyərində, cəmi - 45 manat, 1 ədəd qara rəngli vetnamka – 5 manat dəyərində, 1 ədəd qara rəngli ket – 15 manat dəyərində, 1 ədəd makyaj çantası – 7 manat dəyərində, 1 ədəd lüsturun pultu, 1 ədəd süd rəngli jilet – 40 manat dəyərində, 1 ədəd Palito – 500 manat dəyərində, cəmi 1031 manat təşkil edir. Qızıl-zinət əşyaları 1. 1 ədəd brilliyant qaşlarla bəzədilmiş qızıl dəsti (sep, klon, qolbaq, üzük, sırğa) - Türkiyə istehsallı, çəkisi 10 qram, 585 əyarlı qiyməti 1500 manat, 2. 1 ədəd qızıl sırğa – Rusiya istehsallı, çəkisi 5 qram olan, 583 əyarlı qiyməti 700 manat, 3. 1 ədəd boyunbağı klonu ilə birlikdə - Rusiya istehsallı, çəkisi 7 qram olan, 583 əyarlı qiyməti 1200 manat, 4. 1 ədəd mirvari boyunbağı – 100 manat dəyərində, 5. 1 ədəd mirvari qolbaq – 50 manat dəyərində cəmi 3550 manat təşkil edir. Bu qızıl-zinət əşyaları ona toy hədiyyəsi olaraq verilmişdir. Qeyd olunan zinət əşyalarının sonrakı taleyindən heç bir məlumatı yoxdur. Həmin zinət əşyalarının mövcud olmasını məhkəməyə təqdim etdiyi diskdə olan fotoşəkillərlə, eləcədə şahidləri sübut edəcəkdir. Eyni zamanda cavabdehlər qız toyundan yığılan puldan 900 manat aldılar ki, qaytaracağıq onu da qaytarmadılar. Cavabdeh hazırda da, həmin əşyaları ona verməməkdədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddiasında qeyd etdiyi 21 adda əşyadan 7 adda olanını, habelə və bir ədəd ağ rəngli 100 manat dəyərində mirvari boyunbağının və bir ədəd ağ rəngli 50 manat dəyərində mirvari qolbağın məhkəmə prosesləri zamanı (müvafiq qəbzləri məhkəməyə təqdim edir) cavabdehlərdən götürdüyünü, 10 qram çəkidə 585 əyarlı qızıl dəstinin qiymətinin hazırda 800 manat və 1 ədəd qızıl sırğanın dəyərinin isə 168 manat, həmçinin iddianın 19-cu sırasında qeyd etdiyi 1 ədəd lüstr və lüsturun pultunun onda olduğunu bildirmiş və məhkəmədən iddianın digər hissədə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi (müvafiq ərizə təqdim edir). Məhkəmə iclasında iştirak edən cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh3 iddia tələbini qəbul etmədiyini İddiaçı ərizədə qeyd olunan sayda və qiymətlərdə əşyaların alınmadığını, özlərinin məhdud imkanlara malik ailə olduqlarını, toyda iddiaçıya hədiyyə olunmuş sirkon qaşlarla bəzədilmiş qızıl dəst olan az dəyərli qızılların isə iddiaçı gedərkən özü tərəfindən aparıldığını, bir sıra geyim əşyalarının yəni yeddi adda paltarların və bir ədəd ağ rəngli 100 manat dəyərində mirvari boyunbağının və bir ədəd ağ rəngli 50 manat dəyərində mirvari qolbağın isə hazırkı məhkəmə icraatı zamanı İddiaçı qaytarıldığını bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, iddiaçının ərizəsində göstərdiyi 700 manat dəyərində olan 1 ədəd qızıl sırğa – Rusiya istehsallı, çəkisi 5 qram olan, 583 əyarlı olan qızıl əşəyasının reallıqda əyarının 585 olmaqla 2,10 qr çəkidə və 117,60 manat dəyərdə olmuş və həmin əşya da oğlu Pərvin tərəfindən 2023-cü ilin iyul ayında rayon ərazisində olan kredit təşkilatlarından birinə girov qoyulmuşdur (müvafiq sənədi təqdim edir).Məhkəmədən qey olunanları nəzərə alaraq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddia tələbini qəbul etmədiyini, iddiaçıya toyda hədiyyə olunaraq üzərinə taxılan iki adda qızıl əşyaları olan qızıl sırğa və sirkon qaşlarla bəzədilmiş qızıl dəst olan qızıl-zinət əşyalarının özündə olduğunu, iddiada göstərilən paltarların isə İddiaçı məxsus olmadığını, iddiaçının onların evinə gələrkən cehiz gətirmədiyini, iddiasında qeyd olunan əşyaların və pulların reallığı əks etdirmədiyini, hazırkı məhkəmə icraatı zamanı bir sıra geyim əşyalarının yəni yeddi adda paltarların və bir ədəd ağ rəngli 100 manat dəyərində mirvari boyunbağının və bir ədəd ağ rəngli 50 manat dəyərində mirvari qolbağın isə İddiaçı qaytarıldığını bildirərək məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Zaur Bərxudarov iddiaçı ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən mütəxəssis qismində dindirilmiş Əmlakın Qiymətləndirilməsi MMC-nin baş direktor (qiymətləndirici) vəzifəsində işləyən X6 izahatında bildirmişdir ki, tərəfindən tərtib olunmuş rəydəki əşyaların siyahısı, ölçüləri, göstəriciləri və qızıl əşyalarının fotoşəkilləri iddiaçı tərəfindən ona təqdim olunmuş və o da öz növbəsində həmin məlumatlar əsasında hazırkı bazar qiymətləri nəzərə alınmaqla müvafiq rəy vermişdir. Məhkəmənin sualına cavab olaraq fotoşəkildə göstərilən 1 ədəd brilliyant qaşlarla bəzədilmiş qızıl dəsti (sep, klon, qolbaq, üzük, sırğa) - Türkiyə istehsallı, çəkisi 10 qram, 585 əyarlı qiyməti 1500 manat olan qızıl əşyasının birillyant qaşlı olmasını iddiaçının deməsinə görə bilmiş, hazırda həmin göstəricilərlə olan lakin sadə sirkon qaşlarla bəzədilmiş qızıl dəstinin qiymətinin 800 manat civarında olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb və tərəflərin izahatlarını, dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli, saylı MŞY/MT031/2023-00447 arayışdan məlum olur ki, İddiaçı əmlak tələbi ilə bağlı mediatora müraciət etmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsində göstərilən bir ədəd ağ rəngli 100 manat dəyərində mirvari boyunbağını və bir ədəd ağ rəngli 50 manat dəyərində mirvari qolbağı cavabdehlərdən qəbul etmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 50 manat dəyərində qara və göy rəngli don, 30 manat dəyərində qara rəngli don, 35 manat dəyərində ağ rəngli vadalaskanı, 40 manat dəyərində güllü toxmalı koftanı, 5 manat dəyərində çay dəsmalını, 40 manat dəyərində süd rəngli jileti və 15 manat dəyərində qara rəngli keti qəbul etmişdir. "xxxx" MMC-nin ƏQ-269/2023 saylı xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki,10 qram çəkidə 585 əyarlı Türkiyə istehsalı olan qızıl komplekt dəst (boyunbağı, klon qolbağı, sırğa-üzük dəst, brilyant qaşlarla bəzədilmiş, dörd künc formasında olan) dəyəri 1550 manat, 5 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızıl sırğa (uzunsov formasında) dəyəri 700 manat, Rusiya istehsalı olan mirvari boyunbağı dəyəri 100 manat, Rusiya istehsalı olan mirvari qolbağı dəyəri 50 manat, 1 ədəd Türkiyə istehsalı olan qara və göy rənglərdə don dəyəri 50 manat, 1 ədəd Türkiyə istehsalı olan qara rəngli don dəyəri 30 manat, 1 ədəd Türkiyə istehsalı olan ağ rəngli don dəyəri 50 manat, 1 ədəd Türkiyə istehsalı olan bənövşəyi rəngli don dəyəri 40 manat, 1 ədəd Türkiyə istehsalı olan qara rəngli köynək dəyəri 20 manat, 1 ədəd Türkiyə istehsalı olan ağ rəngli köynək dəyəri 15 manat, 1 ədəd Türkiyə istehsalı olan vadalaska qadın üçün ağ rəngli dəyəri 35 manat, 1 ədəd Türkiyə istehsalı olan kofta (qadın üçün güllü toxumalı) dəyəri 40 manat, 1 ədəd Türkiyə istehsalı olan kofta (qadın üçün qara rəngli) dəyəri 40 manat, 1 ədəd Türkiyə istehsalı olan kofta (qadın üçün ağ və göy rəngli) dəyəri 20 manat, 1 ədəd Türkiyə istehsalı olan kofta (qadın üçün ağ toppalı olan) dəyəri 20 manat, 1 ədəd Türkiyə istehsalı olan mayka qadın üçün dəyəri 15 manat, 1 ədəd Türkiyə istehsalı olan hamam xalatı (qadın üçün bənövşəyi rəngli) dəyəri 40 manat, 1 ədəd Türkiyə istehsalı olan çay dəsmalı dəyəri 5 manat, 3 ədəd Türkiyə istehsalı olan əl-üz dəsmalı hər birini qiyməti 15 manat olmaqla, 45 manat, 1 ədəd Türkiyə istehsalı olan vetnamka (qadın üçün qara rəngli) dəyəri 5 manat, 1 ədəd Türkiyə istehsalı olan ket (qadın üçün qara rəngli) dəyəri 15 manat, 1 ədəd Türkiyə istehsalı olan makiyaj çantası dəyəri 7 manat, 1 ədəd Türkiyə istehsalı olan çılçıraq (pultu ilə birlikdə) dəyəri 60 manat, 1 ədəd Türkiyə istehsalı olan jilet (qadın üçün süd rəngli) dəyəri 40 manat və 1 ədəd Türkiyə istehsalı olan palto (qadın üçün) dəyəri 500 manat xx.xx.2023-cü il tarixə qızıl-zinət və müxtəlif geyim əşyaların cəmi real bazar qiyməti 3492 manat müəyyən edilir. Tədqiqatın dəyəri 150 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci və 76.2-ci maddələrin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 106.1-ci maddəyə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad. 77.1). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır (mad. 217). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər İddiaçının cavabdehlərdən tələb etdiyi 2 adda olan 1) 585 əyarlı, 2,10 qr çəkidə, 117,60 manat dəyərində olan qızıl sırğanın və 2) 585 əyarlı, 10 qram çəkidə 800 manat dəyərində olan qızıl dəstin (1 cüt sırqa, üzük, qolbağ, boyunbağı və klon) - qızıl-zinət əşyalarının toy mərasimində ona hədiyyə olunması iddiaçının izahatı ilə yanaşı, cavabdehlərin etirafı ilə də işin mübahisəsiz halı kimi təsdiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının ərizəsində qeyd etdiyi 21 adda olan geyim əşyaları ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehlər həmin əşyalardan 7 adda - 1 ədəd qara və göy rənglərdə don - 50 manat, 1 ədəd qara rəngli don – 30 manat, 1 ədəd ağ rəngli Türkiyə istehsalı, vadalaska qadın üçün dəyəri 35 manat, 1 ədəd Türkiyə istehsalı, kofta (qadın üçün güllü toxumalı) dəyəri 40 manat, 1 ədəd Türkiyə istehsalı, çay dəsmalı dəyəri 5 manat, 1 ədəd Türkiyə istehsalı, ket (qadın üçün qara rəngli) dəyəri 15 manat, 1 ədəd Türkiyə istehsalı, jilet (qadın üçün süd rəngli) dəyəri 40 manat dəyərində olan geyimləri, habelə 1 ədəd mirvari boyunbağı – 100 manat, 1 ədəd mirvari qolbaq – 50 manat dəyərində olan zinət əşyaları məhkəmə icraatı dövründə İddiaçı qaytarılmış, 1 ədəd Türkiyə istehsalı olan dəyəri 65 manat olan çılçırağı (pultu ilə birlikdə) iddiaçı gedərkən özü ilə aparmışdır. İddiaçı iddiasında qeyd etdiyi digər 13 adda olan geyim əşyaları, qız toyundan yığılan 900 (doqquz yüz) manat pul məbləği və 85 (səksən beş) manat məbləğində pulu tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, cavabdehlər isə qeyd olunan geyimlərin və pul məbləğlərinin mövcud olmadığını bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, tələb olunan 585 əyarlı, 2,10 qr çəkidə, 117,60 (yüz on yeddi manat altmış qəpik) manat dəyərində olan qızıl sırğa və 585 əyarlı, 10 qram çəkidə, 800 (səkkiz yüz) manat dəyərində olan qızıl dəstin (1 cüt sırqa, üzük, qolbağ, boyunbağı və klon) - qızılzinət əşyaları, olmadıqda onların dəyəri, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 alınıb İddiaçı xeyrinə verilməli, iddia tələbi digər hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 manat məbləğində pulun, hüquqi yardım üçün vəkil xidmətinə ödədiyi 220 manat pulun və 60 manat mediasiya xərcinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda əmlakların qiymətləndirilməsi ilə bağlı məsrəflər olan 150 manat pulun 100 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 müştərək qaydada, 50 manatı isə İddiaçı alınaraq "xxxx" MMC-nin Azərbaycan Respublikası Yevlax şəhərinin hesabına (VÖEN:**********, "xxxx" ASC Yevlax filialı Kod: VÖEN:********** (bankın VÖENİ) Hesab: AZ 61BRES********************; M/h AZ80NABZ******************** SWİFT: BRESAZ722 köçürülsün. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. 585 əyarlı, 2,10 qr çəkidə, 117,60 (yüz on yeddi manat altmış qəpik) manat dəyərində olan qızıl sırğa və 585 əyarlı, 10 qram çəkidə, 800 (səkkiz yüz) manat dəyərində olan qızıl dəstin (1 cüt sırqa, üzük, qolbağ, boyunbağı və klon) - qızıl-zinət əşyaları, olmadıqda onların dəyəri, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 alınıb İddiaçı verilsin. Ödənilmiş rüsumunun əvəzi olaraq 27 manat məbləğində pulun, hüquqi yardım üçün vəkil xidmətinə ödədiyi 220 manat pulun, banka ödədiyi 27 manat dövlət rüsumunun və 60 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 alınıb İddiaçı xeyrinə tutulsun. Əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 150 manat pulun 100 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 müştərək qaydada, 50 manatı isə İddiaçı alınaraq "xxxx" MMC-nin Azərbaycan Respublikası Yevlax şəhərinin hesabına (VÖEN:**********, "xxxx" ASC Yevlax filialı Kod: VÖEN:********** (bankın VÖENİ) Hesab: AZ 61BRES********************; M/h AZ80NABZ******************** SWİFT: BRESAZ722 köçürülsün. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar