Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1403/2023 27.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən qiyməti 3,010 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, qızıl çəkisi 35 qram olan, qızıl boyunbağı və qızıl qolbaqdan ibarət dəst-kompleksin, qiyməti 547 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, qızılı çəkisi 7,2 qram olan, fıanit qaşlarla bəzədilmiş, “Damla” formasında olan qızıl sırqa-üzük dəstinin, qiyməti 550 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, qızıl çəkisi 5 qram olan brilyant qaşlarla bəzədilmiş, “Yarpaq” formalı bir ədəd qızıl üzüyün, qiyməti 297 manat olan, Rusiya istehsallı, qızıl çəkisi 3,3 qram olan, saili bir ədəd sadə üzüyün naturada özünün və yaxud da dəyərinin, həmçinin 65 manat dövlət rüsumunun alınıb qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçı tərəfindən təqdim edilən sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə: Maddə 149.2.4-1 ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Maddə 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. Maddə 152.1.6-1 “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 28.1 kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Təqdim edilmiş 06 fevral 2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən olunur ki, həmin müraciətdə mübahisənin predmeti kimi nikahın pozulması və aliment qeyd edilmişdir. Halbuki, hazırkı iddia əmlak tələbi ilə bağlıdır. Bu səbəbdən hazırkı iddia üzrə mediasiya prosesinə müraciət olunmadığı müəyyən olunur. Əmlak tələbi ilə bağlı mediasiya prosesində iştirakla bağlı tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq mediatora müraciət etməli, daha sonra isə qanunvericiliklə müəyyən edilmiş müvafiq məhkəməyə müraciət edilməlidir. İddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra, 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1403/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1403/2023
27.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver