Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1416/2025 12.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” haqqında ərizəsi üzrə mülki işə 12 iyun 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, mərhum anası X4 18 dekabr 1986-cı il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm faktının müəyyən olunmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah et ki, mərhum anası X3 25 avqust 1925-ci ildə anadan olmuş, 18 dekabr 1986-cı il tarixində vəfat etmişdir və həmin tarixdə də dəfn edilmişdir. O, anasının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubuna əsasən ölümü təsdiq sənəd olmadığı üçün həmin orqandan ona ölüm haqqında şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, qeyd olunan ölüm faktını başqa formada əldə edə bilmədiyindən, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. ərizəni müdafiə edir. Mərhum anası X4 vəfat etməsini təsdiq edən kifayət qədər şahidləri də vardır. Ona görə də, bu faktın məhkəmə qaydasında müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur, bir binada qalırlar. Ərizəçinin anası Klavdiya 1986-cı ilin dekabr ayında vəfat etmişdir. Həmin vaxt o Özbəkistan Respublikasında olsa da ərizəçiyə baş sağlığı vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşı arvadıdır. Ərizəçinin anası Klavdiya 1986-cı ilin dekabr ayında vəfat etmişdir. Dəfndə iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 1 saylı Mənzil-Təmir-İstismar sahəsi tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan məlum olur ki, qonşuların deməyinə görə X6 18 dekabr 1986-cı ildə vəfat etmişdir.vəfat edən günədək yevlax şəhəri, C.Cabbarlı küç., bina 5, m. 15 ünvanında yaşamışdır və həmin ünvanda da 18 dekabr 1986-cı ildə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 aprel 2025-ci il tarixli AZ-T 301709 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1958-ci il tarixində Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbir daşının foto şəklindən də görünür ki, X3 1986-cı ildə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Yevlax Rayon Məhkəməsinə 100.40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məzar daşlarının foto şəkillərindən görünür ki, X3 vəfat etmişlər. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin anası X3 18 dekabr 1986-cı il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün ölüm barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X3 xx.xx.1986-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X6 xx.xx.1986-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1416/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1416/2025
12.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver