Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1417/2023 09.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qeyd olunan 4 adda 4730 manat dəyərində qızıl-zinət əşyalarının, 10 adda 3350 manat dəyərində mebel əşyalarının, 13 adda 2520 manat dəyərində elektrik cihazı əşyalarının, 81 adda 6110 manat dəyərində qab-qacaq v ədigər əşyaların, birgə nikah müddətində ər-arvadın birgə əldə etdiyi, bəslədiyi 8 baş 7400 manat dəyərində iribuynuzlu heyvanların, 17 ədəd 85 manat dəyərində olan ev quşlarının (toyuq) ½ hissəsinin (3742 manatın), olmaqla isə cəmi dəyəri 20453 manat pulun və 163 manat dövlət rüsumunun, ümumulikdə cəmi 20616 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində göstərilən əmlakların bəziləri mövcud deyil. İddiaçının qızı-zinət əşyaları ilə bağlı tələbi əsassızdır. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, iddiaçı birgə mülkiyyətdə qeyd etdiyi əmlaklardan televizor və qaz peçindən başqa digər əşyaların iddiaçıya verilməsinə etiraz etmir. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, o, Cavabdeh ilə ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. 06 fevral 2023-cü il tarixdə uşaq xəstə olduğu üçün, Orxan onu atası evinə göndərdi. Evdən çxarkən uşağın paltarlarını belə götürməmişdir. Qızıllar sandıqda olurdu. Uşaq xəstə olduğundan evdən hazırlıqsız çıxmış və özü ilə heç nə götürməmişdir. Yəni atası evinə iki günlük gedirdi. Orxan onu aldadaraq evdən çıxarmış və sonradan evə qayıtmasına icazə verməmişdir. Hazırda birgə nikah dövründə əldə edilmiş əmlaklardan televizorla qaz peçinin Orxana verilməsinə və qalan əşyaların ona verilməsinə razıdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izah etdi ki, iddiaçıya sep və sırğa üzük dəsti hədiyyə edilmişdir. Digər qızılları Cəmilə anasının sandığından xəbərsiz götürüb taxmışdır. Həmin qızıllar hədiyyə olunmamışdır. Nişan üzüyü ümumuyyətlə olmayıb. O Cəmiləni qaçırmışdır. Bu səbəbdən də nişan üzüyü ümumiyyətlə olmamışdır. Qalan qızılları da Cəmilədə olmuşdur. Cavabdeh vəkili X6 məhkəmə iclasında izah etdi ki, göstərilən əşyalardan bəziləri göstərilən sayda deyil. Birgə nikah dövründə əldə edilmiş əşyalardan televizorun və qaz peçinin cavabdehə digər əşyaların isə iddiaçıya verilməsinə razıdılar. Qızıllar cavabdehdə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, Cəmilə onun qızıdır. 06 fevral 2023-cü il tarixdə Orxan qızını aldadaraq, ona 80 manat pul verib onlara göndərmişdir. Sonra da üzərinə böhtan atmışdır. Onlara gələndə Cəmilə özü ilə heç nə gətirməmişdir. Ev paltarında gəlmişdir. Uşaq xəstə idi. İki gün qalıb qayıtmalı idi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, Cəmilə onun baldızıdır. Orxan Cəmiləni qaçırmışdır. Barışıqa etmişlər. Barışıqa gedəndə Cəmilənin üzərində üzük-sırğa, sep, qolbağ var idi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, Cəmilə onun qardaşı qızıdır. Cəmilə ailə quranda barışıqa etmişlər. Cəmiləyə üzük-sırğa, sep, qolbağ hədiyyə olunmuşdur. Cəmilə atası evinə qayıdanda orada olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, Orxan onun qardaşıdır. Qızıllar analarından qalan qızıllar olub. Sep, sırğa, üzük və qolbağ idi. Qızılları qız özü sandıqdan götürmüşdür. Niyə götürdüyünü bilmir. Lakin icazəni Orxan vermişdir. Barışıqda olmuşdur. X10 razılığı ilə taxmlşdı. Sonradan o qızıllardan ona heç nə verilməyib. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək göstərdi ki, Cəmilə onun bibisi qızıdır. Goranboyda idi. Orxan ona zəng etdi ki, uşaq xəstə olduğu üçün onu aparmağımı istədi. Gedib Cəmiləni uşaqlarla götürdü. Orxan da onlarla gəlib yolda düşdü. Cəmiləni uşaq üçün iynə-dərman alıb evlərinə düşürtdü. Həmin vaxt fevral ayı idi. Cəmilənin sumkası yox idi, yəni özü ilə heç nə götürməmişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Goranboy rayon Qeydiyyat şöbəsinin 03 mart 2023-cü il tarixli arayışdan məlum olur ki, X11 13 avqust 2012-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Goranboy rayon Qeydiyyat şöbəsinin 03 mart 2023-cü il tarixli arayışdan məlum olur ki, X9 19 yanvar 2017ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Goranboy rayon Qeydiyyat şöbəsinin 03 mart 2023-cü il tarixli çıxarışından məlum olur ki, Cavabdeh ilə X4 arasında 04 iyul 2012-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 aprel 2023-cü il tarixli MŞM/MT031/2023-00377 saylı arayışdan məlum olur ki, İddiaçı əmlak tələbi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Smart Credit MMC-nin 10 mart 2023-cü il tarixli 0285 saylı rəyindən məlum olur ki, 1 ədəd stenka 500 manat, yataq otağında şifoner 500 manat, divan kreslo 500 manat, yataq mebeli taxt böyründə 2 tumba 600 manat, termə güzgü 300 manat, uşaq krovatı 200 manat, sandıq 100 manat, jurnal stolu 150 manat, televizor 100 manat, 1 stol, 6 stul (stol dəsti) 400 manat, tozsovran 200 manat, soba (duxovka) 2 ədəd 300 manat, ütü 50 manat, ütü stolu 50 manat, ət çəkən 200 manat, televizor 500 manat, qaz peçi (stol üstü) 50 manat, paltaryuyuan, biri kapron, biridə yuyub qurudan (avtomat) arçelik 600 manat, samsung telefon J2 150 manat, 3 ədəd lüstur 150 manat, tok samovarı 200 manat, DVD 40 manat, qızdırıcı piletka 30 manat, rumka bakal dəsti 15-50 manat, meyvə qabları 6 ədəd 30 manat, qazan şirəli 1 dəst 40 manat, qazan qırmızı 4 ədəd 40 manat, qazan sarı şirəli 20 manat, tava 2 ədəd, şirəli ləyən 2 ədəd 40 manat, şirəli vedrə 2 ədəd 40 manat, ləyən xamur 2 ədəd 100 manat, böyük xəngəl qazanı 20 manat, çaynik 2 ədəd 50 manat, dəm çayniki 1 ədəd 15 manat, güldan 8 ədəd 80 manat, vanna 2 ədəd 20 manat, qənd qabı 10 ədəd 50 manat, nəlbəki 15 ədəd 15 manat, podnos 5 ədəd 50 manat, boşqab 100 ədəd turşu, 100 ədəd salat, 1 adamlıq 10 ədəd, orta boşqab 10 ədəd 100 manat, kosmetika çantası (içi dolu) 50 manat, əl çantası 4 ədəd 50 manat, fen dəsti (qurudan, ütüləyən) 100 manat, tort üçün boşqab 1 dəst 30 manat, qətifə 2 ədəd 20 manat, xrustal stəkan 15 ədəd 20 manat, tort boşqabı qutuda 30 manat, stəkan dəsmalı 2 ədəd 25 manat, süfrə 5 ədəd 100 manat, yataq otağında pərdə (altının ağı) 50 manat, mətbəx pərdəsi (1 ağ, 1 parda) 30 manat, divan üstü dəsti 50 manat, gəvə 5 ədəd, daruşqa 3 ədəd 1500 manat, yük döşək 4 ədəd, yorğan 4 ədəd, balnıc 10 ədəd, döşəkcə 15 ədəd 300 manat, qoşa döşək, yorğan, üstünün örtüyü, balınc 2 ədəd, pakrıval, yataq dəsti tək 5 ədəd 200 manat, qoşa 2 ədəd 100 manat, palma ağacı 2 ədəd 100 manat, kakla 5 ədəd 100 manat, gül qabı içində 5 ədəd 50 manat, bir dəst gül 30 manat, kasa 8 ədəd, kül qabı 1 ədəd 15 manat, mürəbbə qabları 10 ədəd 15 manat, çay qaşığı 20 ədəd 20 manat, yemək qaşığı 30 ədəd kəfkir, çömçə 30 manat, çəngəl 20 ədəd 20 manat, yemək qaşığı 2 ədəd böyük 10 manat, divar saatı 1 ədəd 30 manat, uşaq üçün şkaf 2 ədəd 50 manat, məktəbli kitab rəfi, qələm qabı 10 manat, böyük üçün paltarlar, ayaqqablar 500 manat, uşaq üçün paltarlar, ayaqqablar 500 manat, uşaq kalyaskası, uşaq maneji 300 manat, bxov adyal 5 ədəd 100 manat, klyonka 2 ədəd 20 manat, xəmir süfrəsi 3 ədəd 30 manat, setka kravat 2 ədəd 40 manat, banka 3 kiloluq 20 ədəd 40 manat, tomat bankası 30 ədəd, banka 2 kiloluq 20 ədəd 30 manat, meşokda təmiz yunlar 25 manat, duağ-oxlaov 20 manat, pol ağacı 10 manat, şotka 2 ədəd 10 manat, pol silən kapron 10 manat, ərzaq yığımaq üçün qablar 3 ədəd 30 manat, araq rumkası 15 ədəd 20 manat, sok stəkanları 30 ədəd 40 manat, aşsüzən 2 ədəd 20 manat, tefalnı qazan 20 manat, uşaq ədyalı 2 ədəd 40 manat, can məhrəbası 30 manat, əl-üz məhrəbası 3 ədəd 15 manat, ıtir 1 ədəd 20 manat, vinetka, toy şəkilləri, kasetlər 50 manat, yeni il yolkası 30 manat, şelfi çubuğu 5 manat, ləmpə 30 manat, forsunka qaz 20 manat, soğan çəkən 15 manat, tək pərdə 6 ədəd 100 manat, spalni otaqda 2 ədəd karniz 60 manat, lambirinli karniz 20 manat, iynə sap qabı 5 manat, küks qabı 10 manat dəyərində qiymətləndirlilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nin Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 mart 2023-cü il tarixli 20 saylı arayışdan məlum olur ki, nümayəndəliyin təsərrüfat başına uçot kitabları 5 ildən bir dəyişir. Köhnə kitablar Yevlax rayon arxivinə təhvil verilmişdir. Onlarda olan kitablar 2021- 2025-ci illər əhatə edir. Odur ki, Tanrıqulular kənd sakini Cavabdeh İntiam oğlunun 2021-ci ildə 7 baş iribuynuzlu və 18 baş ev quşu olub. 2022-ci ildə 8 baş iribuynuzlu və 17 baş ev quşu olub. 2023-cü ildə 2 baş iribuynuzlu malı var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzlərindən məlum olur ki, İddiaçı 50 manat mediasiya rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzlərindən məlum olur ki, İddiaçı 163 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nin Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 may 2023-cü il tarixli 335 saylı arayışdan məlum olur ki, Cavabdeh İntiam oğlu həqiqətən Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır və yaşayır. Onun təsərrüfatında 2 baş (bir baş inək, bir baş bala) iribuynuzlu malqarası və 7 baş ev quşu var. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh evlənmişlər. Evlilik zamanı iddiaçıya qızıl-zinət əşyaları hədiyyə etmişdir. Həmçinin tərəflərin birgə nikanı dövründə əmlaklar əldə edilmişdir. İddiaçı əmlak tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qismən qəbul edir. Məhkəmə iddianın qızıl hissəsində qeyd edir ki, iddiaçı tərəf nişan üzüyünün mövcud olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Lakin qalan qızılların iddiaçıya hədiyyə edilməsi cavabdeh tərəfindən dəvət edilmiş şahid, cavabdehin qardaşı Babək Alıyev təsdiq etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının evdən çıxma şəraiti nəzərə alınmalıdır. Belə ki iddiaçının evdən birdəfəlik getmək niyyəti olmamış və özü ilə hər hansı bir əşya aparmamışdır. Eyni zamannda məhkəmə tərəflər birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı qeyd edir ki, tərəflər məhkəmə iclasında 500 manat dəyərində olan televizor və qaz peçinin cavabdehdə qalması, digər əmlakların isə iddiaçıya verilməsi ilə bağlı razılığa gəldiklərindən 500 manat dəyərində olan televizor və qaz peçi istisna olmaqla birgə nikah dövründə əldə edilmiş əmlaklar cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa məhkəmə cavabdehin iddia ərizəsinə etirazını əmlakların sayı ilə bağlı əsaslı hesab edir. Belə ki, tərəflərin ailəlik müddətini, əşyaların qırılmasını (sınmasını) və yararsız hala düşməsini nəzərə alaraq, həmin əmlakların sayı cavabdehin təqdim etdiyi etiraz nəzərə alınmaqla qeyd edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 583 əyyarlı qızıldan hazırlanmış 32 qram çəkidə olan sep – 1980 manat, 583 əyyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan bilərzik – 930 manat, 583 əyyarlı qızıldan hazırlanmış 15 qram çəidə olan brilyant qaşlı üzük – sırğa dəsti, fantaziya – 1120 manat, 1 ədəd stenka 500 manat, yataq otağında şifoner 500 manat, dvan kreslo 500 manat, yataq mebeli taxt böründə 2 tumba 600 manat, termo güzgülü 300 manat, uşaq krovatı 200 manat, sandıq 100 manat, jurnal stolu 150 manat, televizor altı 100 manat, 1 stol, 6 ədəd stul 400 manat, tozsovran 200 manat, soba (duxovka) 2 ədəd 300 manat, ütü 50 manat, ütü stolu 50 manat, ət çəkən 200 manat, paltaryuyan, biri kapron, biri də yuyub qurudan (avtomat) arçelik 600 manat, samsung markalı telefon J2 150 manat, lüstur 3 ədəd 150 manat, tok samovarı 200 manat, DVD 40 manat, qızdırıcı pletka 30 manat, rumka bakal dəsti 15 ədəd 50 manat, meyvə qabları 5 ədəd 30 manat, qazan şirəli 1 ədast 40 manat, qazan qırmızı 4 ədəd 40 manat, qazan sarı şirəli 20 manat, tava 2 ədəd, şirəli ləyən 1 ədəd 40 manat, şirəli vedrə 2 ədəd 40 manat, ləyən xamur 2 ədəd 60 manat, böyük xəngəl qazanı 20 manat, çaynik 1 ədəd 25 manat, dəm çayniki 1 ədəd 7.5 manat, güldan 5 ədəd 50 manat, vanna 2 ədəd 20 manat, qənd qabı 2 ədəd 10 manat, nəlbəki 15 ədəd 15 manat, podnos 3 ədəd 30 manat, boşqab 15 ədəd turşu, 15 ədəd salat, 1 adamlıq 10 ədəd, orta boşqab 10 ədəd 70 manat, kosmetika çantası 50 manat, əl çantası 2 ədəd 25 manat, fen dəsti 100 manat, tort üçün boşqab 1 dəst 30 manat, qətifə 2 ədəd 20 manat, xrustal stəkan 6 ədəd 10 manat, tort boşqabı qutuda 30 manat, stəkan dəsmalı 5 ədəd 25 manat, süfrə 5 ədəd 100 manat, yataq otağında pərdə 50 manat, mətbəx pərdəsi 30 manat, divan üstü dəsti 50 manat, gəvə 3 ədəd, daruşka 3 ədəd 1000 manat, yük döşək 4 ədəd, yorğan 4 ədəd, balınc 10 ədəd, döəkçə 15 ədəd 300 manat, qoşa döşək, yorğan, üstünün örtüyü, balınc 2 ədəd, pakrıval, yataq dəsti tək 5 ədəd 200 manat, qoşa döşək 1 ədəd 50 manat, palma ağacı 2 ədəd 100 manat, kukla 4 ədəd 80 manat, gül qabı içində 5 ədəd 50 manat, bir dəst gül 30 manat, kasa 5 ədəd, kül qabı 1 ədəd 12 manat, mürəbbə qabı 1 ədəd 2 manat, çay qaşığı 16 ədəd 16 manat, yemk qaşığı 15 ədəd, kəfkir, çömçə 20 manat, çəngəl 7 ədəd 7 manat, yemək qaşığı 2 ədəd böyük 10 manat, divar saatı 1 ədəd 30 manat, uşaq üçün şkaf 2 ədəd 50 manat, məktəbli kitab rəfi, qələm qabı 10 manat, böyük üçün paltarlar, ayaqqablar 500 manat, uşaq üçün paltarlar, ayaqqablar 500 manat, uşaq kalyaskası, uşaq maneji 300 manat, bxov adyal 5 ədəd 100 manat, klyonla 2 ədəd 20 manat, xəmir süfrəsi 3 ədəd 30 manat, setka kravat 2 ədəd 40 manat, banka 3 kiloluq 20 ədəd 40 manat, tomat bankası 30 ədəd 30 manat, banka 2 kiloluq 20 ədəd 30 manat, meşokda təmiz yunlar 25 manat, Duağ, oxlov 20 manat, pol ağacı 10 manat, şotku 2 ədəd 10 manat, pil silən kapron 10 manat, ərazq yığmaq üçün qablar 3 ədəd 30 manat, araq rumkası 15 ədəd 20 manat, sok stəkanları 30 ədəd 40 manat, aşsüzən 2 ədəd 20 manat, tefalnı qazan 20 manat, uşaq ədyalları 2 ədəd 40 manat, can məhrəbası 30 manat, əl-üz məhrəbası 1 ədəd 5 manat, ətir 1 ədəd 20 manat, vinatka, toy şəkiləri, kasetlər 50 manat, yeni il yolkası 30 manat,şelfi çubuğu 5 manat, ləmpə 30 manat, forsunka, qaz 20 manat, soğan çəkən 15 manat, tək pərdə 6 ədəd 100 manat, spalni otaqda 2 ədəd karniz 60 manat, lambirinli karniz 20 manat, iynə sap qabı 5 manat, keks qabı 10 manat, 1 baş inək 1500 manat, bir baş dana (bala) 400 manat, 7 baş ev quşu 35 manat naturada, əmlaklar naturada olmadıqda əmlakının dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməli, 163 dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, işə obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra, əldə edilən sübutlara hüquqi qiymət verərək iddiaçının iddia etdiyi tələblər üzrə nəticəyə gələrkən, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş, bilavasitəlik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. 583 əyyarlı qızıldan hazırlanmış 32 qram çəkidə olan sep – 1980 manat, 583 əyyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan bilərzik – 930 manat, 583 əyyarlı qızıldan hazırlanmış 15 qram çəidə olan brilyant qaşlı üzük – sırğa dəsti, fantaziya – 1120 manat, 1 ədəd stenka 500 manat, yataq otağında şifoner 500 manat, dvan kreslo 500 manat, yataq mebeli taxt böründə 2 tumba 600 manat, termo güzgülü 300 manat, uşaq krovatı 200 manat, sandıq 100 manat, jurnal stolu 150 manat, televizor altı 100 manat, 1 stol, 6 ədəd stul 400 manat, tozsovran 200 manat, soba (duxovka) 2 ədəd 300 manat, ütü 50 manat, ütü stolu 50 manat, ət çəkən 200 manat, paltaryuyan, biri kapron, biri də yuyub qurudan (avtomat) arçelik 600 manat, samsung markalı telefon J2 150 manat, lüstur 3 ədəd 150 manat, tok samovarı 200 manat, DVD 40 manat, qızdırıcı pletka 30 manat, rumka bakal dəsti 15 ədəd 50 manat, meyvə qabları 5 ədəd 30 manat, qazan şirəli 1 ədast 40 manat, qazan qırmızı 4 ədəd 40 manat, qazan sarı şirəli 20 manat, tava 2 ədəd, şirəli ləyən 1 ədəd 40 manat, şirəli vedrə 2 ədəd 40 manat, ləyən xamur 2 ədəd 60 manat, böyük xəngəl qazanı 20 manat, çaynik 1 ədəd 25 manat, dəm çayniki 1 ədəd 7.5 manat, güldan 5 ədəd 50 manat, vanna 2 ədəd 20 manat, qənd qabı 2 ədəd 10 manat, nəlbəki 15 ədəd 15 manat, podnos 3 ədəd 30 manat, boşqab 15 ədəd turşu, 15 ədəd salat, 1 adamlıq 10 ədəd, orta boşqab 10 ədəd 70 manat, kosmetika çantası 50 manat, əl çantası 2 ədəd 25 manat, fen dəsti 100 manat, tort üçün boşqab 1 dəst 30 manat, qətifə 2 ədəd 20 manat, xrustal stəkan 6 ədəd 10 manat, tort boşqabı qutuda 30 manat, stəkan dəsmalı 5 ədəd 25 manat, süfrə 5 ədəd 100 manat, yataq otağında pərdə 50 manat, mətbəx pərdəsi 30 manat, divan üstü dəsti 50 manat, gəvə 3 ədəd, daruşka 3 ədəd 1000 manat, yük döşək 4 ədəd, yorğan 4 ədəd, balınc 10 ədəd, döəkçə 15 ədəd 300 manat, qoşa döşək, yorğan, üstünün örtüyü, balınc 2 ədəd, pakrıval, yataq dəsti tək 5 ədəd 200 manat, qoşa döşək 1 ədəd 50 manat, palma ağacı 2 ədəd 100 manat, kukla 4 ədəd 80 manat, gül qabı içində 5 ədəd 50 manat, bir dəst gül 30 manat, kasa 5 ədəd, kül qabı 1 ədəd 12 manat, mürəbbə qabı 1 ədəd 2 manat, çay qaşığı 16 ədəd 16 manat, yemk qaşığı 15 ədəd, kəfkir, çömçə 20 manat, çəngəl 7 ədəd 7 manat, yemək qaşığı 2 ədəd böyük 10 manat, divar saatı 1 ədəd 30 manat, uşaq üçün şkaf 2 ədəd 50 manat, məktəbli kitab rəfi, qələm qabı 10 manat, böyük üçün paltarlar, ayaqqablar 500 manat, uşaq üçün paltarlar, ayaqqablar 500 manat, uşaq kalyaskası, uşaq maneji 300 manat, bxov adyal 5 ədəd 100 manat, klyonla 2 ədəd 20 manat, xəmir süfrəsi 3 ədəd 30 manat, setka kravat 2 ədəd 40 manat, banka 3 kiloluq 20 ədəd 40 manat, tomat bankası 30 ədəd 30 manat, banka 2 kiloluq 20 ədəd 30 manat, meşokda təmiz yunlar 25 manat, Duağ, oxlov 20 manat, pol ağacı 10 manat, şotku 2 ədəd 10 manat, pil silən kapron 10 manat, ərazq yığmaq üçün qablar 3 ədəd 30 manat, araq rumkası 15 ədəd 20 manat, sok stəkanları 30 ədəd 40 manat, aşsüzən 2 ədəd 20 manat, tefalnı qazan 20 manat, uşaq ədyalları 2 ədəd 40 manat, can məhrəbası 30 manat, əl-üz məhrəbası 1 ədəd 5 manat, ətir 1 ədəd 20 manat, vinatka, toy şəkiləri, kasetlər 50 manat, yeni il yolkası 30 manat,şelfi çubuğu 5 manat, ləmpə 30 manat, forsunka, qaz 20 manat, soğan çəkən 15 manat, tək pərdə 6 ədəd 100 manat, spalni otaqda 2 ədəd karniz 60 manat, lambirinli karniz 20 manat, iynə sap qabı 5 manat, keks qabı 10 manat, 1 baş inək 1500 manat, bir baş dana (bala) 400 manat, 7 baş ev quşu 35 manat naturada, əmlaklar naturada olmadıqda əmlakının dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 163 dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1417/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1417/2023
09.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver