Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1436/2020 17.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 1973-cü il tarixdə anadan olmuş mərhum övladı X1 xx xxxxxxxx 1973-cü il tarixdə və xx xxxxxx 1986-cı il tarixdə anadan olmuş mərhum övladı X3 xx xxxxxx 1993-cü il tarixdə vəfat etmələri faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, mərhum övladı X2 xx xxxxxxxx 1973cü il tarixdə, X7 isə xx xxxxxx 1993-cü il tarixdə vəfat etmişlər. Lakin səhlənkarlıq ucbatından övladlarına ölüm şəhadətnaməsi almamışdır. Hazırda da Maraqlı şəxsnə müraciət etsə də, ona məhəkəməyə müraciət etməsi bildirilmişdir. Övladlarının ölümü haqqında şəhadətnamə ona sosial hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Onun oğlu Rasim 1993-cü ildə vəfat etmişdir. Mərhumun yas mərasimində iştirka etmişdir. Bildiyinə görə ərizəçinin qızı da 1973-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçi qohumudur. Onun qızı 1973-cü ildə, oğlu isə 1993-cü ildə vəfat etmişlər. Hər ikisinin yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax RPŞ-si tərəfindən xx xxxxx 2003-cü il tarixdə verilmiş AZE seriyalı, 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX 1947-ci il tarixdə Kəlbəcər rayonu, Şaplar kəndində anadan olmaqla, Yevlax şəhəri, Hacıbəyov küçəsi 151-də qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs xx xxxx 2020ci il tarixli 05/Q-1138/5/70 saylı arayışından məlum olur ki, X7 xx xxxxxx 1986-cı il tarixdə anadan olmuş, atası X8 ilə Ərizəçidır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs xx xxxx 2020ci il tarixli 05/Q-1138/4/70 saylı arayışından məlum olur ki, X2 xx xxxxxxxx 1973-cü il tarixdə anadan olmuş, atası X8 ilə Ərizəçidır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx xxxxx 1972-ci il tarixli AZ 238730 saylı evlənmək haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 oğlu ilə X6 arasında xx xxxxx 1972-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş, 1138 saylı məktubdan məlum olur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi mərhum X8 ilə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. Onların birgə nikahından xx xxxxxxxx 1973cü il tarixdə X2 və xx xxxxxx 1986-cı il tarixdə X7 adlı uşaqları olmuşdur. X2 xx xxxxxxxx 1973-cü il tarixdə, X7 isə xx xxxxxx 1993-cü il tarixdə vəfat etmişlər. Lakin onların ölümü haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə belə hesab edir ki, X1 xx xxxxxxxx 1973-cü il tarixdə və X3 xx xxxxxx 1993-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx xxxxxxxx 1973-cü ildə anadan olmuş X1 xx xxxxxxxx 1973-cü il tarixdə və xx xxxxxx 1986-cı ildə anadan olmuş X3 xx xxxxxx 1993-cü il tarixdə vəfat etmələri faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1436/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1436/2020
17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver