Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1460/2025 04.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2nun 20 aprel 2025-ci il tarixdə Yevlax rayonu Nemətabad kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, Yevlax rayonunun Nemətabad kəndində yaşayır. X2 ürək xəstəliyindən əziyyət çəkmiş və 20 aprel 2025-ci il tarixdə Nemətabad kəndində yas yerində olarkən ürək tutmasından vəfat etmişdir. Atasını Yevlax rayon Nemətabad kənd qəbirstanlığında dəfn etmişlər. Atasının ölümü ilə əlaqədar təcili tibbi yardım stansiyasına məlumat verilmədiyindən, onun ölümü barədə tibbi arayışın alınması mümkün olmamş və müvafiq icra hakimiyyəti orqanında qeydiyyat aparılmamışdır. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən zəruri sənədlər olmadığından ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi mərhum atasına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsnə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Marqlı şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun mərhum qardaşı Maarif İsmayılovun oğludur. X1 ürək xəstəliyindən əziyyət çəkmiş və 20 aprel 2025-ci il tarixdə Nemətabad kəndində yas yerində olarkən ürək tutmasından vəfat etmişdir. Mərhum qardaşını Yevlax rayon Nemətabad kənd qəbirstanlığında dəfn etmişlər. Qardaşının ölümü ilə əlaqədar təcili tibbi yardım stansiyasına məlumat verilmədiyindən, onun ölümü barədə tibbi arayışın alınması mümkün olmamş və müvafiq icra hakimiyyəti orqanında qeydiyyat aparılmamışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi və onun mərhum atası ilə həmkəndli və qonşu olmuşlar. Ərizəçinin X2 20 aprel 2025-ci il tarixdə Nemətabad kəndində yas yerində olarkən ürək tutmasından vəfat etmişdir. Ərizəçinin mərhum atasını Yevlax rayon Nemətabad kənd qəbirstanlığında dəfn etmişlər. İşdə olan Yevlax RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE 15297486 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 01 yanvar 1965-ci ildə Yevlax rayonunun Yəldili kəndində doğulmuşdur. İşdə olan Yevlax rayon Nemətabad kənd soveti tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə doğulmuşdur, X2, anası X4r. İşdə olan Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Nemətabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 20 aprel 2025-ci il tarixdə Yevlax rayonu Nemətabad kəndində vəfat etmiş və Nemətabad kənd qəbirstanlığında dəfn edilmşdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 959 saylı məktubdan görünür ki, X3 ölümü haqqında tibbi şəhadətnamə olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X16 Şəxsi Yevlax rayon X9 Hüquqi Şəxsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İsmayılov 20 aprel 2025-ci il tarixdə vəfat etmiş X5 üçün X6 Yardım Stansiyasına çağırış daxil olmadığından və adıçəkilən qurum tərəfindən müvafiq arayış verilmədiyindən mərhum barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin X2 20 aprel 2025-ci il tarixdə xəstəlik səbəbindən Yevlax rayonu Nemətabad kəndində vəfat etmişdir. Müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərzəçiyə mərhum atasına ölüm haqqında şəhadətnamə almaq üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 yanvar 1965-ci ildə Yevlax rayonunda doğulmuş X3 20 aprel 2025-ci il tarixdə Yevlax rayonunun Nemətabad kəndində xəstəlik səbəbindən ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1460/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1460/2025
04.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver