Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1469/2022 16.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mərhum həyat yoldaşı X4 10 fevral 2021-ci il tarixdə Yevlax rayonunda vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəni belə əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X7 ilə rəsmi nikah qeydindən keçməklə evlənib ailə həyatı qurub. 10 fevral 2021-ci il tarixdə mərhum həyat yoldaşı X7 çəkdiyi ağır xəstəlik səbəbindən dünyasını dəyişmiş, ancaq onun ölüm haqqında şəhadətnaməsini almaq üçün müəyyən olunmuş qaydada və müddətdə müvafiq orqanlara müraciət edə bilməmişdir. Sonradan müraciət etdikdə isə ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnaməni verə bilmədiklərini və yalnız məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Qeyd olunan faktın məhkəmə qaydasında müəyyən edilməsi sosial müdafiə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar lazımdır. Tərəflərin izahatı: Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, texniki səhv olaraq ərizəsində ölüm tarixi kimi 10 fevral 2021-ci il tarixi qeyd edilmişdir, belə ki, həmin tarix 02 oktyabr 2021-ci il tarixi kimi qeyd edilməlidir. Ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X1 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Nəzakətin əri Əhmədalı Məmmədov 02 oktyabr 2021-ci il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. X10 rayonu Yuxarı Qarxun kəndində dəfn edilmişdir. X3 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Əhmədalı Məmmədov 02 oktyabr 2021-ci il tarixində Yuxarı Qarxun kəndində yaşadığı evdə vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi oğluna ünvanlanmış məktubunda qeyd edilir ki, mərhum yoldaşınız X4 ölümü haqqında şəhadətnamə yoldaşınızın ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra ölüm haqqında şəhadətnamə verilə bilər. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 xx.xx.1971-ci il tarixdə Yevlax rayonu Yuxarı Qarxun kəndində anadan olmuşdur. Vİİ-ЖГ268204№-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 ilə Ərizəçi 28 iyun 1995-ci il tarixdə Yevlax rayonu Yuxarı Qarxun kənd soveti nümayəndəliyində nikahlarını qeyd etdirmişlər. Yevlax Şəhər İHB-nın Yevlax rayonu Yuxarı Qarxun kənd inzibati ərazi Dairəsi üzrə nümayəndəliyinin 297 №-li arayışında qeyd olunur ki, Məmmədova X6 rayonu Yuxarı Qarxun kəndində yaşayır. Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin həyat yoldaşı X4 10 fevral 2021-ci il tarixdə deyil, 02 oktyabr 2021-ci il tarixdə, Yevlaxı rayonu, Yuxarı Qarxun kəndində ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə social müdafiə hüquqlarının həyata keçirilməsi üçün gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə qismən təmin edilməlidir. Belə ki, ərizədə onun ölüm tarixi səhv qeyd edilmiş, ölüm yeri isə dəqiq qeyd edilməmişdir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. 29 yanvar 1971-ci il tarixə, Yevlax rayonu, Yuxarı Qarxun kənində doğulmuş X4 02 oktyabr 2021-ci il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində ölməsi faktı müəyyən edilsin. Qalan hissədə ərizə təmin edilməsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1469/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1469/2022
16.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver