Məhkəmə qərarları › İş №2(039)-1511/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1511/2025

03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1511/2025 03.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X9 28 avqust 1987-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra onu Yevlax rayonu Dəvəçi qəbirstanlığında dəfn etmişlər. Qardaşı vəfat edən zaman 21 yaşı olmuşdur. Qardaşını elketrik cərəyanı vurmuş, vurandan sonra 3 gün yaşamış, sonra isə vəfat etmişdir. X1 ölümündən sonra 40 gün yas verilmiş və el adəti ilə dəfn edilmişdir. Qardaşının ölümündən sonra Maraqlı şəxsnə müraciət etmişdir. Həmin şöbənin xx.xx.2025-ci il tarixli, 615 saylı məktubu ilə ona rəsmən bildirilmişdir ki, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Ölüm faktının müəyyən edilməsi qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün zəruridir. Buna görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq 08 fevral 1966-cı ildə doğulmuş qardaşı X6 28 avqust 1987-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X10ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Marqlı şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. X2 subay olmuş və 28 avqust 1987-ci ildə elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Mərhum qardaşını Yevlax rayonu Dəvəçi qəbirstanlığında dəfn etmişlər. Həmin vaxt müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən qardaşının ölümü barədə akt qeydi aparılmamışdır. Faktın müəyyən edilməsi ərizəçiyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün zəruridir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qaynıdır. Ərizəçinin mərhum X2 subay olmuş və 1987-ci ildə elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. X18 Yevlax rayonu Dəvəçi qəbirstanlığında dəfn etmişlər. Həmin vaxt müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən onun ölümü barədə akt qeydi aparılmamışdır. Faktın müəyyən edilməsi ərizəçiyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün zəruridir. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 08 fevral 1966-cı ildə doğulmuşdur, atası X12, anası X4r. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 15 avqust 1967-ci ildə doğulmuşdur, atası X12, anası X4r. İşdə olan fotoşəkildən görünür ki, məzar daşının üzərində X6 ölüm tarixi 1987-ci il qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X6 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi «Yevlax rayon Mərkəzi Xəstəxanası» X25 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1987-ci il tarixdə vəfat etmiş X9 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin 08 fevral 1966-cı il təvəllüdlü qardaşı X9 28 avqust 1987-ci ildə elektrk cərəyanı vurması nəticəsində ölmüş və Yevlax şəhərində dəfn edilmişdir. Müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərzəçiyə mərhum qrdaşına ölüm haqqında şəhadətnamə almaq üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08 fevral 1966-cı ildə Yevlax rayonunda doğulmuş X6 28 avqust 1987-ci ildə elektrik cərəyanı vurması nəticəsində Yevlax şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar