Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1517/2022 19.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X1 19 iyul 2001-ci il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm faktının müyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması 05 iyul 2022-ci il tarixə saat 09.40-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə baxılması 19 iyul 2022-ci il tarixə saat 09.30-ə təxirə salınmış, bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, Ərizəçi Maraqlı şəxsnə qarşı ««ölüm faktının müəyyən edilməsi» tələbinə dair iş üzrə tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1 və 260.4-cü maddələrinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 9.2-ci bəndində göstərilir ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı, üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda, məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ M : Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair iş üzrə tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, ərizə baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Yevlax rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1517/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1517/2022
19.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver