Məhkəmə qərarları › İş №2(039)-1521/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1521/2023

18.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1521/2023 18.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanmış 27 dekabr 2022ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izah etdi ki, o, Maraqlı şəxs ilə ailəli olmuşdur. Birgə nikahlarından iki uşaqları olmuşdur. Hazırda ayrılmışlar və uşaqlar onun yanındadır. Maraqlı şəxs ilə mediasiya prosesində barışıq sazişi imzalamışlar. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir. Maraqlı şəxs məhkəmə iclasında izah etdi ki, Ərizəçi ilə aralarında barışıq sazişi bağlansa da, həmin şərtlərlə hazırda razı deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 dekabr 2022-ci il tarixli barışıq sazişindən məlum olur ki, tərəflər uşaqların (X3 15 yanvar 2011-ci il təvəllüdlü, X5 04 dekabr 2011-ci il təvəllüdlü) kimin yanında qalması aşağıdakı kimi razılaşdırırlar: tərəflər arasında bu müqavilənin bağlanmasına qədər X5 1 tərəfin (ana) yanında, X3 isə 2 tərəf (ata) ilə qalması razılaşdırılmış və hazırda hər iki uşağın 1 tərəfin yanında qalması razılaşdırılır. X2 özünün razılığı nəzərə alınmaqla 1 tərəf (ana) ilə qalmasına 2 tərəf (ata) etiraz etmir və razıdır. Tərəflər 2-ci tərəfin uşaqla görüşünə 1-ci tərəfin istirahət günlərində, 1 gün əvvəldən məlumat verməklə, uşaqların razılığını nəzərə alaraq, 1-ci tərəfin özünün iştirakı olmaqla razılaşdırılır. Uşaqların saxlanılması üçün aliment tələbi hər uşağa görə 100 manat, cəmi 200 manat vəsaiti 2-ci tərəf hər ay (uşaqların 18 yaşı olana qədər) ödəməyi üzərinə götürür. Bu sazişin 5-ci bəndi bağlandıqdan 18 ay sonra istənilən vaxt alimentin qaldırılması üçün 1 tərəfin müraciət etmək hüququnu məhdudlaşdırılmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(039)-1946/2019 saylı qətnaməsindən məlum olur ki, iddiaçı Ərizəçi ilə Maraqlı şəxs arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış 03 fevral 2010-cu il tarixli nikah qeydi pozulması; nikah pozularkən tərəflərin birgə nikahlarından 15 yanvar 2011-ci il doğum tarixli X3 və 04 dekabr 2011-ci il doğum tarixli X7 oğlu adlı uşaqlar iddiaçı Ərizəçi himayəsində saxlanılması; cavabdeh Maraqlı şəxs 05 avqust 2019-cu il tarixdən başlayaraq, 15 yanvar 2011-ci il doğum tarixli X2 və 04 dekabr 2011-ci il doğum tarixli X7 oğlunun 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində aliment iddiaçı Ərizəçi xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.4-cü maddəsinə əsasən Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355.26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər evlənmişlər. Birgə nikahlarından 15 yanvar 2011-ci il doğum tarixli X3 və 04 dekabr 2011-ci il doğum tarixli X7 oğlu adlı iki uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılıb ayrı yaşayırlar. Tərəflər mesiasiya prosesində barışıq sazişi bağlamışlar. Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında 27 dekabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 27 dekabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Tərəflər arasında bu müqavilənin bağlanmasına qədər X1 Səba Şirzad qızının yanında, X3 isə Maraqlı şəxs ilə qalması razılaşdırılmış və hazırda hər iki uşağın Ərizəçi yanında qalması müəyyən edisin. Tərəflər Maraqlı şəxs uşaqla görüşünə Ərizəçi istirahət günlərində, 1 gün əvvəldən məlumat verməklə, uşaqların razılığını nəzərə alaraq, Ərizəçi özünün iştirakı olmaqla müəyyən edilsin. Uaşqların saxlanılması üçün aliment tələbi hər uşağa görə 100 manat, cəmi 200 manat vəsaiti Maraqlı şəxs hər ay uşaqların 18 yaşı olana qədər alınaraq Ərizəçi ödənilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar