Məhkəmə qərarları › İş №2(039)-1521/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1521/2025

21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1521/2025 21.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” haqqında ərizəsi üzrə mülki işə 21 iyul 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü ildə anadan olmuş X2 xx.xx.1984-cü il tarixində ölməsi faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah et ki, xx.xx.1984-cü il təvəllüdlü bacısı X3 şəhərində anadan olmuşdur. Bacısı körpə ikən X6 yüksək hərarətdən xx.xx.1984-cü ildə dünyasını dəyişmişdir. Bacısı vəfat etdikdən sonra ailə üzvləri tərəfindən dəfn edilmişdir. X2 ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, şöbənin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, ölümü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün şəhadətnamənin verilməsindən imtina edilmişdir. Həmçinin Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də şöbənin xx.xx.2025-ci il tarixli məktubuna əsasən imtina edilmişdir. O, qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ba faktı məhkəmə iclasında şahidlər təsdiq edə bilərlər. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin bacısı dünyaya gəldikdən üç ay sonra vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Yevlax Rayon Məhkəməsinə 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən göndərilən xx.xx.2025-ci il tarixli, 606 saylı məktubdan məlum olur ki, ərizəçinin müraciətinə imtina edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, 18-1-82/2-T-197-xx-xx/2025 saylı məktubda da ərizəçinin müraciətinə imtina edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 08 sentyabr 2017-ci il tarixli, AZ-İ 894233 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 may 2021-ci il tarixli, AZ-İİ 171052 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, 05/09İS/033075-25 saylı Arayışdan məlum olur ki, X5 ailə üzvləri X9, X6, X8 və Ərizəçidur. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin bacısı X6 xx.xx.1984-cü il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün ölüm barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X6 xx.xx.1984-cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X6 xx.xx.1984-cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar