Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1543/2025 29.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X2 02 fevral 2010-cu ildə Ağdaş rayonu Ağcaqovaq kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xaahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, 1992-ci ildə doğulmuş oğlu X5 doğulduğu vaxtdan xəstə olmuş və 02 fevral 2010-cu ildə Ağdaş rayonunun Ağcaqovaq kəndində ölmüşdür. X10 Ağdaş rayonu Ağcaqovaq kənd qəbirstanlığınıda dəfn etmişlər. Həmin vaxt müvafiq icra hakimiyyəti orqanına müraciət etmədiklərindən qızının ölümü qeydə alınmamışdır. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən zəruri sənədlər olmadığından ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ona mərhum qızına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsnə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Marqlı şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, ərizçiə ilə həmkəndli və qonşudurlar. Ərizəçinin 1992-ci il təvəllüdlü oğlu Xəqani Yusifov xəstə olmuş və 02 fevral 2010-cu ildə yaşadığı evdə ölmüşdür. Uşağı Ağdaş rayonu Ağcaqovaq kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşının oğlu Xəqani Yusifov doğulduğu vaxtdan xəstə olmuş və 02 fevral 2010-cu ildə yaşadıqları evdə ölmüşdür. Uşağı Ağdaş rayonu Ağcaqovaq kənd qəbirstanlığında dəfn etmişlər. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 27 avqust 1992-ci ildə doğulmuşdur, atası Ərizəçi, anası X1r. İşdə olan Ağdaş rayon Eymur kəndi İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025ci il tarixli arayışdan görünür ki, X5 02 fevral 2010-cu ildə vəfat etmiş və Ağcaqovaq kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi «Yevlax rayon Mərkəzi Xəstəxanası» X13 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 02 fevral 2010-cu il tarixdə vəfat etmiş X2 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin 27 avqust 1992-ci il təvəllüdlü oğlu X5 xəstəlik səbəbindən 02 fevral 2010-cu ildə Yevlax rayonunun Ağcaqovaq kəndində vəfat etmişdir. Müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərzəçiyə mərhum oğluna ölüm haqqında şəhadətnamə almaq üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 27 avqust 1992-ci ildə Yevlax rayonunda doğulmuş X2 02 fevral 2010-cu ildə Yevlax rayonunun Ağcaqovaq kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1543/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1543/2025
29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver