Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1559/2024 27.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 16 mart 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izah etdi ki, nikahları var. Mediasiyada barışıq sazişi bağlamışlar. Lakin aliment ödənilmir. Maraqlı şəxs məhkəmə iclasında izah etdi ki, birgə nikahlarından iki uşaqları var. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 mart 2024-cü il tarixli barışıq sazişindən məlum olur ki, birinci tərəf Ərizəçi bildirir ki, ikinci tərəf Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 24 yanvar 2014-cü il tarixdə Mingəçevir şəhər nikah evində, akt qeydlər kitabında 23 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 16 may 2015-ci il təvəllüdlü X1, 10 sentyabr 2020-ci il təvəllüdlü X3 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri müxtəlif səbəbdən pisləşmiş və nəticədə ayrılmağa qərar vermişlər. Birinci tərəf bunun üçün Bərdə 1 saylı Mediasiya Təşkilatına müraciət edərək, aralarında bağlanmış rəsmi nikahın pozulması və övladlarının saxlanılması üçün aliment tələbi ilə təklif vermişdir. Birinci tərəf qarşı tərəfin rəsmi və qeyri-rəsmi kifayət qədər gəlirlərinin olmasını əsas gətirərək qarşı tərəfdən bir uşaq üçün 500 manat, iki uşaq üçün isə ümumilikdə 1000 manat aliment məbləğini mart 2024-cü il tarix olmaq şərti ilə tələb edir. İkici tərəf ilkin Mediasiya prosesində bildirir ki, aralarında bağlanmış 24 yanvar 2014-cü il tarixdə Mingəçevir şəhər nikah evində. Akt qeydlər kitabında 23 nömrə ilə qeydə alınmış nikahın pozulmasına tam razıdır. Alimentlə bağlı övladlarının təhsil, tibbi xərcləri və digər təminatlarını qarşılamaq üçün və birinci tərəflə digər məsələlərlə bağlı qarşılıqlı müzakirə etdikdən sonra, belə bir qərara gəldilər ki, hər uşaq üçün 350 manat olmaqla ümumilikdə cəmi 700 manat alimentin məbləğinin mart 2024-cü il tarix daxil olmaq şərti ilə hər ayın sonuncu həftəsində ödəməyə gücünün çatdığını, öhdəliklərini vaxtında icra edəcəyini bildirdi. Nikahın pozulması isə məhkəmə qaydasında həlli ilə bağlı olan hissədə, birinci tərəf ikinci tərəfin bu təklifi ilə razılaşdı və barışıq sazişinin bağlanması barədə razılığa gəlmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 oktyabr 2020-ci il tarixli AZ-lV 500742 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 10 sentyabr 2020-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 iyun 2015-ci il tarixli AZ-lll 526043 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X1 16 may 2015-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 yanvar 2014-cü il tarixli AZ-l 918462 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Maraqlı şəxs ilə X2 arasında 24 yanvar 2014-cü il tarixdə nikah bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.4-cü maddəsinə əsasən Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355.26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər evlənmişlər. Birgə nikahlarından 16 may 2015-ci il təvəllüdlü X1 və 10 sentyabr 2020-ci il təvəllüdlü X3 adlı iki uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılıb ayrı yaşayırlar. Tərəflər mesiasiya prosesində barışıq sazişi bağlamışlar. Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında 16 mart 2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 16 mart 2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. 16 may 2015-ci il təvəllüdlü X1 və 10 sentyabr 2020-ci il təvəllüdlü X3 adlı uşaqların saxlanılması üçün 2024-cü ilin mart ayından başlayaraq, hər ay hər uşaq üçün 350 manat, cəmi 700 manat vəsaiti Maraqlı şəxs hər ay uşaqların 18 yaşı olana qədər alınaraq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1559/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1559/2024
27.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver