Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-156/2024 12.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1 və X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «qızıl-zinət əşyaları» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «qızıl-zinət əşyaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi çəkisi 32 qram, 583 əyarlı, Rusiya istehsalı, qiyməti 2560 manat olan qızıl komplekt dərsin – 12 qram çəkidə sepin, 5 qram çəkidə sırğanın, 7 qram çəkidə üzüyün və 8 qram çəkidə bilərziyin; ümumi çəkisi 12 qram, 583 əyalı, Rusiya istehsalı, qiyməti 960 manat olan 7 qram çəkidə qızıl ərəb sepin və 5 qram çəkidə qızıl aypara klonun; 5 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, qiyməti 400 manat olan sadə qaşlı qızıl üzüynün; 5 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 450 manat olan “tarkan” formasında qızıl üzüyün; cəmi 5000 manat məbləğində qızıl-zinət əşyalarının, bu əşyalar olmadığı təqdirdə onların dəyəri olan 5000 manat pulun cavabdehlər X1 və Cavabdeh1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, o, Cavabdeh1 ilə ailə həyatı qurmuşlar. Ailə qurduqdan sonra kənddə yaşamışlar. Sonradan Mingəçevir şəhərinə köçüb kirayədə yaşamışlar. Mingəçevir şəhərinə köçərkən özü ilə iki ədəd üzük aparmışdır. Onları da iddia ərizəsində qeyd etməmişdir. İddia ərizəsində qeyd olunan qızıllar qayınanasında olmuşdur. Sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Çehiz əşyaları ona qaytarılsa da, qızılları qaytarılmamışdır. Cavabdeh1 ona səs ataraq, qızılları qaytaracağını bildirsə də, qaytarmamışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izah etdi ki, toy olub və qızıllar hədiyyə edilmişdir. İki ədəd üzüyü kirayədə yaşayanda satmışlar. Kirayəyə çıxarkən Tacirə qızılları götürmüşdür. Səs ona məxsusdur. Səsdə qızılın yarısının onlarda qalmasını bildirmişdir. Ondan sonra bir neçə dəfə barışıq olmuşdur. Qızılları Tacirə aparıb. Cavabdeh X4 məhkəmə iclasında izah etdi ki, qızıllar hədiyyə edilmişdir. Sözsöhbətdən əvvəl evdən qızının qızılları oğurlanmışdr. Ona görə də qızıllar qızın özündə idi. Ayrıldıqlarından altı ay əvvəl kirayəyə çıxdılar. Evdən bəzi əşyaları götürdülər. Qız ondan qızılları istəyərkən qızılları vermişdir. Evdən çıxanda küsülü olmamışlar. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 oktyabr 2023-cü il tarixli 504 saylı arayışdan məlum olur ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. Mingəçevir şəhərində müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA 391207 saylı məcburi köçkün vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür və Mingəçevir şəhərində məskunlaşmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 may 2023-cü il tarixli AZ-l 435828 saylı atalığın müəyyən edilməi haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 İddiaçı doğulmuş X6 atası hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 aprel 2022-ci il tarixli AZ-lV 728732 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 20 mart 2022-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 iyun 2023-cü il tarixli MŞM/MT031/2023-00736 saylı arayışdan məlum olur ki, İddiaçı əmlak tələbi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 25 sentyabr 2023-cü il tarixli 148 saylı rəyindən məlum olur ki, komplekt dəst (sep 12 qr., sırğa 5 qr., üzük 7 qr., bilərzik 8 qr.) – ümumi 32 qr. çəkidə 583 əyyarlı Rusiya istehsalı olan 1 qram qıılın alış qiyməti 60 manat, satış qiyməti 80 manat olmaqla 32 qr. çəkidə olan qızılın qiyməti 2560 manat; nazik ərəb sepi (aypara klonla birlikdə - sep 7 qr. klon 5 qr.) ümumi – 12 qr. çəkidə 583 əyyarlı Rusiya istahsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 80 manat olmaqla 12 qr. çəkidə olan qızılın qiyməti – 960 manat; sadə qaşlı nişan üzüyü 5 qr. çəkidə 583 əyyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 80 manat olmaqla 5 qr. çəkidə olan qızılın qiyməti – 400 manat; üzük tarakan formalı 5 qr. çəkidə 585 əyyarlı Rusiya istahsalı olan 1 qram qızılın alış qiyməti 80 manat, satış qiyməti 90 manat olmaqla 5 qr. çəkidə olan qızılın qiyməti 450 manat; üzük tarakan formalı 7 qr çəkidə 585 əyyarlı Rusiya istahsalı olan 1 qram qızılın alış qiyməti 80 manat, satış qiyməti 90 manat olmaqla 7 qr. çəkidə olan qızılın qiyməti 630 manat dəyərində qiymətləndirlilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 evlənmişlər. Evlilik zamanı iddiaçıya qızıl-zinət əşyaları hədiyyə etmişdir. İddiaçı əmlak tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə qeyd edir ki, həmin qızılların mövcud olmasını cavabdeh tərəf etiraf etmişdir. Cavabdehlər qızılların iddiaçının özü ilə apardığını bildirsə də, məhkəmə prosesində cavabdeh X4 oğlu ilə gəlini evdən çıxarkən qızılları iddiaçıya verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, qızılları X4 tərəfindən saxlanılmışdır. Həmin qızılların X4 tərəfindən iddiaçıya təhvil verilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş audio səs yazısında Cavabdeh1 qızılların onlarda olmasını və geri qaytaracağını bildirməsi qızılların cavabdehlərdə qalmasını sübut edir. Həmçinin cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş videoyazıda iddiaçı tərəfindən cehiz əşyalarının götürülməsi öz əksini tapmışdır. Qızılla bağlı həmin videoyazıda hər hansı bir sübut mövcud deyil. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və X1 ümumi çəkisi 32 qram, 583 əyyarlı, Rusiya istehsalı, qiyməti 2560 manat olan qızıl komplekt dərsi – 12 qram çəkidə sepin, 5 qram çəkidə sırğanın, 7 qram çəkidə üzüyün və 8 qram çıkidə bilərzik; ümumi çəkisi 12 qram, 583 əyyalı, Rusiya istehsalı, qiyməti 960 manat olan 7 qram çəkidə qızıl ərəb sepi və 5 qram çəkidə qızıl aypara klonu; 5 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, qiyməti 400 manat olan sadə qaşlı qızıl üzük; 5 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 450 manat olan “tarkan” formasında qızıl üzük naturada, əmlaklar naturada olmadıqda əmlakının dəyəri alınaraq iddiaçıya verilməlidir. Cavabdehlər Cavabdeh1 və X1 iddianın təmin еdilmiş hissəsinə münasib olaraq 70 mаnаt dövlət rüsumu аlınаrаq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, işə obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra, əldə edilən sübutlara hüquqi qiymət verərək iddiaçının iddia etdiyi tələblər üzrə nəticəyə gələrkən, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş, bilavasitəlik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.3-cü maddəsinə əsasən Məhkəmə iclasında səs və video yazıların aparılmasına bu Məcəllənin 10.9 və 10.10-cu maddəsinin tələblərinə əməl edilməklə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 ümumi çəkisi 32 qram, 583 əyyarlı, Rusiya istehsalı, qiyməti 2560 manat olan qızıl komplekt dərsi – 12 qram çəkidə sepin, 5 qram çəkidə sırğanın, 7 qram çəkidə üzüyün və 8 qram çıkidə bilərzik; ümumi çəkisi 12 qram, 583 əyyalı, Rusiya istehsalı, qiyməti 960 manat olan 7 qram çəkidə qızıl ərəb sepi və 5 qram çəkidə qızıl aypara klonu; 5 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, qiyməti 400 manat olan sadə qaşlı qızıl üzük; 5 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 450 manat olan “tarkan” formasında qızıl üzük naturada, əmlaklar naturada olmadıqda əmlakının dəyəri alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və X1 iddianın təmin еdilmiş hissəsinə münasib olaraq 70 mаnаt dövlət rüsumu аlınаrаq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-156/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-156/2024
12.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver