Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1563/2020 28.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X3 xx.xx.2020-ci il tarixdə Yevlax rayonu Köyük kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, mərhum həyat yoldaşı X8 ilə rəsmi nikah qeydindən keçməklə evlənib ailə həyatı qurmuşlar. xx xxxx 2020-ci i tarixdə mərhum həyat yoldaşı X8 naməlum səbəbdən intihar edərək dünyasını dəyişmiş, ancaq mərhum həyat yoldaşının ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və intihar etməsi ilə bağlı ekspert rəyi olmadığından mərhum həyat yoldaşı X4 ölüm haqqında şəhadətnamə ala bilməmişdir. O da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 1236 №li məktubda X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra onun adına ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. İş materiallarında olan AZE seriyalı 08179180 №li şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx xxxx 1976-cı il tarixdə Yevlax rayonunun Köyük kəndində anadan olmuşdur. İş materiallarında olan Təcili və X2 Stansiyası Xəbərdarlıq vəsiqəsindən görünür ki, X8 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx xxxxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İ 616861 №li nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X1 arasında bağlanmış nikah 2010-cu ilin sentyabr ayının 17-ci günündə Maraqlı şəxs akt qeydləri kitabında 368 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Səmədov, arvada isə Səmədova soyadı verilmişdir. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Qaramanlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X8 xx.xx.2020-ci il tarixdə vəfat edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X3 özünü öldürmə həddinə çatdırılması, qəsdən və ya ehtiyatsızlıqdan öldürülməsi faktı təsdiq olunmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X6 ifadələrində ərizəçinin qohumları olduqlarını, X3 xx xxxx 2020-ci ildə Yevlax Köyük kəndində yaşadığı evdə özünü asaraq öldürdüyünü və Yevlax rayonu Köyük kənd qəbristanlığında dəfn olunduğunu bildirdilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, xx.xx.1976cıildə Yevlax rayonu Köyük kəndində doğulmuş X8xx xxxx 2020-ci iltarixdə həmin kənddə ölmüşdür. Ərizəçi ərinin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1976-cıildə Yevlax rayonu Köyük kəndində doğulmuş X3 xx xxxx 2020-ci il tarixdə Yevlax rayonu Köyük kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1563/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1563/2020
28.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver