Məhkəmə qərarları › İş №2(039)-1586/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1586/2025

24.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1586/2025 24.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” haqqında ərizəsi üzrə mülki işə 24 iyul 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, X2nun xx.xx.2025-ci il tarixində Yevlax rayonu, Qoyunbinəsi kəndində ölməsi faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah et ki, X2 12 mart 2025-ci il tarixdə saat 23:15 radələrində Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən yaşadıqları evdə həyətyanı sahəsində intihar edərək ölmüş və Yevlax rayonu, Qoyunbinəsi kənd qəbristanlığında dəfn edilmişdir. Yevlax rayon prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 20 mart 2025-ci il tarixli qərarı ilə X3 intihar edərək ölməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Mərhum X2nun ölümü qeydiyyat orqanında qeyd edilməmişdir. Müəyyən mülki hüquqlarının həll edilməsi ilə əlaqədar olaraq mərhumX2nun ölüm haqqında şəhadətnaməsi lazımdır. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyi üçün tələbi təmin edilməmiş və məhkəməyə müraciət etməsini bildirmişlər. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçinin atası 12 mart 2025-ci il tarixdə intihar etmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçinin atası 12 mart 2025-ci il tarixdə intihar etmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən göndərilən xx.xx.2025-ci il tarixli, 1068 saylı məktubdan məlum olur ki, ərizəçinin müraciətinə imtina edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 oktyabr 1984-cü il tarixli, İХ-ЖГ 272836 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuşdur. X2, anası isə X6r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, 25- 3-2-2-459-0277-1 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, X3 ölməsi faktına görə toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Mərkəzi X7 Şəxs tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, 18-1-82/2-N-186-xx-xx/2025 saylı məktubda da ərizəçinin müraciətinə imtina edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənxx.xx.2025-ci il tarixli, 5-9- 10/2-91/2025 saylı Yevlax şəhəri İcra Hakimiyyəti başçısının Qoyunbinəsi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışda qeyd olunmuşdur ki, həqiqətən X8 xx.xx.2025-ci ildə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbir daşının foto şəklindən də məlum olur ki, X8 vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Yevlax Rayon Məhkəməsinə 100.4 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin X2 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün ölüm barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X8 xx.xx.2025-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X13 xx.xx.2025-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar