Məhkəmə qərarları › İş №2(039)-1587/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1587/2025

04.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1587/2025 04.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1939-cu il təvəllüdlü atası X1 21 oktyabr 1991-ci ildə Yevlax şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xaahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, 1939-cu il təvəllüdlü atası X3 21 oktyabr 1991-ci ildə Yevlax şəhərində yaşadığı evdə xəstəlik səbəbindən ölmüşdür. Mərhum atası Yevlax rayonunun Yeni Çobankərə kənd qəbirstanlığında dəfn edilmişdir. Atası vəfat edən zaman o Rusiya Federasiyasında olmuş və həmin vaxt müvafiq icra hakimiyyəti orqanına müraciət etmədiklərindən atasının ölümü qeydə alınmamışdır. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən zəruri sənədlər olmadığından ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ona mərhum qızına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsnə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Marqlı şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçinin mərhum atası Hüseynağa Həsənovla qonşu olmuşlar və münasibətləri həmişə yaxşı olmuşdur. Ərizəçinin atası 1991-ci ildə Yevlax şəhərində ev şəraitində xəstəlik səbəbindən ölmüş və Yevlax rayonunun Yeni Çobankərə kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçinin mərhum atası Hüseynağa Həsənovla qonşu olmuşlar və münasibətləri həmişə yaxşı olmuşdur. Ərizəçinin atası 1991-ci ildə Yevlax şəhərində ev şəraitində xəstəlik səbəbindən ölmüş və Yevlax rayonunun Yeni Çobankərə kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1970-ci ildə doğulmuşdur, atası X3, anası X6r. İşdə olan Yevlax rayon Səmədabad kəndi İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 21 oktyabr 1991-ci ildə vəfat etmiş və Yevlax rayonunun Yeni Çobankərə kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi «Yevlax rayon Mərkəzi Xəstəxanası» X15 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 21 oktyabr 1991ci il tarixdə vəfat etmiş X2 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin 1939-cu il təvəllüdlü atası X3 xəstəlik səbəbindən 21 oktyabr 1991-ci ildə Yevlax şəhərində yaşadıqları evdə xəstəlik səbəbindən vəfat etmişdir. Müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərzəçiyə mərhum atasına ölüm haqqında şəhadətnamə almaq üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1939-cu ildə Yevlax rayonunun Səmədabad kəndində doğulmuş X1 21 oktyabr 1991-ci ildə Yevlax şəhərində xəstəlik səbəbindən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar