Məhkəmə qərarları › İş №2(039)-1614/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1614/2022

20.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1614/2022 20.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bacısı X2 23 noyabr 1990-cı il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X12 ərizəni müdafiə edərək izah etdi ki, ərizəçinin bacısı X3 23 noyabr 1990-cı il tarixdə vəfat etmişdir. Lakin səhlənkarlıq ucbatından bacısına ölüm şəhadətnaməsi almamışdır. Hazırda da Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bacısının ölümü haqqında şəhadətnamə ərizəçiyə sosial hüquqlarını həyata keçirmək üçün lazımdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Onun bacısı X3 23 noyabr 1990-cı il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 02 iyun 2022-ci il tarixli 1426 saylı məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 24 may 2022-ci il tarixli AZ-T 197183 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1964-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 07 may 1990-cı il tarixli V-JQ 306201 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X4 07 may 1990-cı il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 31 may 2022-cı il tarixli 1403 saylı arayışından görünür ki, X3 09 avqust 1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Tanrıqulular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 01 iyun 2022-cı il tarixli 231 saylı arayışından görünür ki, X3 09 avqust 1966-cı il tarixdə doğulub 23 noyabr1990-cı ildə vəfat etmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin bacısı X3 23 noyabr 1990-cı il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün bacısının ölümü barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X2 23 noyabr 1990-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 23 noyabr 1990-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar