Məhkəmə qərarları › İş №2(039)-1624/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1624/2025

29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1624/2025 29.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” haqqında ərizəsi üzrə mülki işə 29 iyul 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, qayınatası X5 xx.xx.1969-cu il tarixdə Yevlax rayonunun Quşçu kəndində və qayınanası X2 12 aprel 1962-ci il tarixdə Yevlax rayonunun Quşçu kəndində ölmələri faktının müəyyən olunmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah et ki, o, Ərizəçi xx.xx.1952-ci il də Yevlax rayonunun Quşçu kəndində anadan olmuşdur.xx.xx.1974-cü ildə X23 ilə ailə qurmuşdur. Həyat yoldaşşı İbad Eyvazov xx.xx.2024-cü ildə rəhmətə getmişdir. Hazırda mərhum həyat yoldaşı X6 torpaq sahəsi və fərdi yaşayış evi miras qalmış və bununla bağlı mirasa vərəsəlik işi açılmışdır. Lakin, vərəsəlik işi ilə bağlı ondan qayınatasının X5 və qayınanası X2 ölüm haqqında şəhadətnamələri tələb olunur. Bununla bağlı o, Maraqlı şəxsnə qayınatası və qayınanaının ölüm faktıyla bağlı şəhadətnamə almaq üçün müraciət etmişdir. Maraqlı şəxsndən ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Buna görə də o, məcbur olub məhkəməyə müraciət edir. Onun qeyd etdiklərini məhkəməyə gətirəcəyi şahidlər təsdiq edə bilərlər. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçinin qayınatası X14 xx.xx.1969-cu il tarixdə və qayınanası X4 12 aprel 1962-ci il tarixdə vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçinin qayınatası X14 atasının əmisidir. Atasının əmisi Abbas Xəlilov xx.xx.1969-cu il tarixdə vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. Ərizəçinin qayınanası X2 yasında iştirak etməsə də vəfat etməsindən məlumatlıdır. Hətta dəfn edilərkən qəbirin üstü götürülmədiyi üçün dəfn olunduğu yeri belə tapa bilmirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli AZ- İİ 428710 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2024-cü il tarixində Xroniki böyrək xəstəliyindən Yevlax rayonunun Quşçu kəndində ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Yevlax Rayon Məhkəməsinə 100.40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nin Xaldan kənd İƏD üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 5-9-17/2- 105/2025 saylı Arayışdan məlum olur ki, mərhum X17 həqiqətən vəfat edən günədək Yevlax rayonunun Quşçu kəndində yaşamış və orada vəfat etmişdir. Vəfatında sonra arvadı Ərizəçi və vəfat etmiş, oğlu X18 adlı vərəsələri qalmışdır. Başqa ünvanda yaşayan ailə üzvləri: qızı X15, qızı X10, oğlu X19, qızı X8, qızı X9. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.1952-ci il tarixli, ИЕ-818219 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.1967-ci il tarixli, АЗ- 120844 saylı evlilik haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə Ərizəçi xx.xx.1970-ci il tarixdə ailə qurmuşlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli 911 saylı arayışdan məlum olur ki, X18 30 dekabr 1979-cu ildə Yevlax rayonu, Quşçu kəndində vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X11 ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir:

1. Əri (arvadı) - Ərizəçi;

2. oğlu - X18 (vəfat edib);

3. qızı - X15;

4. qızı X10;

5. oğlu X19;

6. qızı X8;

7. qızı X9: Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin qayınatası X14 xx.xx.1969-cu il tarixdə Yevlax rayonunun Quşçu kəndində və qayınanası X2 12 aprel 1962-ci il tarixdə Yevlax rayonunun Quşçu kəndində vəfat etmişlər. Onların ölüm haqqında şəhadətnamələri alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün ölüm barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X5 xx.xx.1969-cu il tarixdə və qayınanası X2 12 aprel 1962-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X5 xx.xx.1969-cu il tarixdə və qayınanası X2 12 aprel 1962-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 və X2 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar