Məhkəmə qərarları › İş №2(039)-1626/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1626/2025

31.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1626/2025 31.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi nümayəndəsi (vəkil) X3 iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X7 04 iyul 2024-cü il tarixdə ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkil) X8 verdiyi izahatında göstərmişdir ki, ərizəçi ilə mərhum əri X10 ilə 16 iyul 1980-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar. Ərizəçinin həyat yoldaşı X10 04 iyul 2024-cü il tarixdə ev şəraitində xəstəlik səbəbindən vəfat etmişdir. Aydın Məmmədov vəfat edən zaman təcili tibbi yardım çağırılmamış və bu səbəbdən onun ölümünü təsdiq edən tibbi sənəd yoxdur. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi ərizəçinin mərhum əri X5 miras qalmışdır. Ərizəçi qeyd edilən miras əmlaka qanun üzrə vərəsəlik işi açılmasını istəyir. Buna görə də ərizəçinin mərhum əri Aydın Məmmədovun ölümü haqqında şəhadətnamə lazımdır. Həmin sənədin olmaması səbəbindən vərəsəlik işinin açılması mümkün deyildir. Ərizəçi məhkəməyə müraciət etməmişdən əvvəl Maraqlı şəxsnə müraciət edərək, ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin xahişi təmin edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Faktın müəyyən edilməsi ərizəçiyə mərhum ərindən miras qalmış əmlak qanun üzrə vərəsə tanınması üçün lazımdır. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Marqlı şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, X10 onun qaynatası olmuşdur. Aydın Məmmədov xəstə olmuş və 04 iyul 2024-cü ildə xəstəlik səbəbindən Yevlax şəhərində yaşadığı evdə ölmüşdür. X11 Yevlax şəhər qəbirstanlığında dəfn etmişlər, lakin ölümü haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçini mərhum əri X10 ilə qohum olmuşlar. Aydın Məmmədov xəstə olmuş və 04 iyul 2024-cü ildə xəstəlik səbəbindən Yevlax şəhərində yaşadığı evdə ölmüşdür. X11 Yevlax şəhər qəbirstanlığında dəfn etmişlər, lakin ölümü haqqında şəhadətnamə alınmamışdır. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1980-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X9 10 iyul 1980-ci ildə nikahlarını bağlamışlar və arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X7 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış evinin 2/6 hissəsi X7 mülkiyyətindədir. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X7 ölüm tarixi 04 iyul 2024-cü il kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin həyat yoldaşı X10 04 iyul 2024-cü ildə xəstəlik səbəbindən Yevlax şəhərində yaşadığı evdə vəfat etmiş, lakin müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərzəçiyə mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq və ondan miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması üçün üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1951-ci ildə Yevlax şəhərində doğulmuş X7 04 iyul 2024-cü ildə Yevlax şəhərində xəstəlik səbəbindən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar