Məhkəmə qərarları › İş №2(039)-163/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-163/2024

19.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-163/2024 19.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qiyməti 1300 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 11 qram olan 1 ədəd bilərziyin naturada özünün yaxud da dəyərinin; qiyməti 900 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 7 qram olan 1 ədəd üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 600 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 5 qram olan 1 ədəd üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 1000 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 8 qram olan 1 ədəd sırğanın naturada özünün yaxud da dəyərinin; qiyməti 6000 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 50 qram olan 1 ədəd Mafios sepin naturada özünün yaxud da dəyərinin; qiyməti 600 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 5 qram olan üzərində klon olan 1 ədəd böoyunbağının naturada özünün yaxud da dəyərinin; qiyməti 600 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 5 qram olan üzərində klon olan 1 ədəd boyunbağının naturada özünün yaxud da dəyərinin; qiyməti 400 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 4 qram olan 1 ədəd üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 2000 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 17 qram olan komplekt dəstin naturada özünün yaxud da dəyərinin; qiyməti 700 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 7 qram olan qolbağın naturada özünün yaxud da dəyərinin; qiyməti 3000 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 25 qram olan Mafios qolbağın naturada özünün yaxud da dəyərinin; qiyməti 600 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 5 qram olan üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 860 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 10 qram olan 1 ədəd Mafioz formalı qızıl qolbağın naturada özünün yaxud da dəyərinin; qiyməti 1176 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 12 qram olan 1 ədəd sadə qızıl sırğanın naturada özünün yaxud da dəyərinin; qiyməti 1274 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 13 qram olan 1 ədəd sadə qızıl boyunbağının naturada özünün yaxud da dəyərinin; qiyməti 588 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 6 qram olan 1 ədəd sadə qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 490 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 5 qram olan 1 ədəd sadə qızıl qolbağın naturada özünün yaxud da dəyərinin; qiyməti 160 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 2 qram olan 1 ədəd sadə qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 160 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 2 qram olan 1 ədəd sadə qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 720 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 6 qram olan 1 ədəd brilyant qaşlarla bəzədilmiş qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 392 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 4 qram olan sadə qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 490 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 5 qram olan 1 ədəd sadə qızıl qolbağın naturada özünün yaxud da dəyərinin; qiyməti 110 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 1 qram olan 1 ədəd uşaq üçün sadə qızıl qolbağın naturada özünün yaxud da dəyərinin; qiyməti 160 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 2 qram olan 1 ədəd uşaq üçün sadə qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 430 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 5 qram olan 1 ədəd sadə qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 490 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 5 qram olan yaşıl qaşlı üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 392 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 4 qram olan 1 ədəd işıqfor formasında qızıl sırğaının naturada özünün yaxud da dəyərinin; qiyməti 210 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 2 qram olan kişi üçün qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 160 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 2 qram olan 1 ədəd kişi üçün sadə qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 490 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 5 qram olan 1 ədəd barmaqcıl, qaşsız qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 490 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 5 qram olan 1 ədəd sadə qızıl üzüyün naturada özünün yaxud da dəyərinin, o cümlədən 170.83 manat dövlət rüsumunun, həmçinin qiymətləndirmə ilə bağlı ödədiyi 120 manat məbləğin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, iddia ərizəsində göstərilən qızılların bir hissəsi bacısı qızı Məryəmə məxsus olmuş bir hissəsi isə onun özünə. Məryəmdən qızılları alıb üstünə də öz qızıllarını qoyub Ləmana vermişdir. Müqabilində Cavabdeh faizə pul götürmüşdür. Sonradan pulun üstünü ödəyə bilmədiyi üçün aralarında mübahisə oldu. Qızılların Ləmanda olmasına dair yeganə sübutu prokurorluqda aparılman araşdırma materiallarıdır. Həmin materiallarda Ləmanla telefon yazışması var və qızılların Ləmanda olması həmin yazışmada öz əksini tapmışdır. Qızılların Ləmanda olmasına dair başqa sübutu yoxdur. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən məlum olur ki, İddiaçı 171 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 oktyabr 2023-cü il tarixli kassa mədaxil orderindən məlum olur ki, İddiaçı Əmlakın Qiymətləndirilməsi MMCyə 120 manat rüsum ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 11 oktybar 2023-cü il tarixli ƏQ-279/2023 saylı rəyindən məlum olur ki, 19 adda qızıl-zinət əşyası 9242 manat dəyərində qiymətləndirlilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 11 oktybar 2023-cü il tarixli ƏQ-279/2023 saylı rəyindən məlum olur ki, 19 adda qızıl-zinət əşyası 9242 manat dəyərində qiymətləndirlilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Prokuruluğunun 216c-21 saylı materialndan məlum olur ki, X3 raron prokuruluğuna ərizə ilə müraciət edərək, Cavabdeh ona məxsus qızılları geri qaytarmadığını bildirmişdir. 06 dekabr 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(039)-2007/2023 saylı qətnaməsindən məlum olur ki, iddiaçı X4 cavabdeh X2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 ona məxsus zinət əşyaları 1300 manat dəyərində olan 11 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd bilərzik, 900 manat dəyərində olan 7 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 1000 manat dəyərində olan 8 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd sırğa, 6000 manat dəyərində olan 50 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd mafios sep, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı üzərində klon olan 1 ədəd boyunbağı, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı üzərində klon olan 1 ədəd boyunbağı, 400 manat dəyərində olan 4 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 2000 manat dəyərində olan 17 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı komplekt dəst, 700 manat dəyərində olan 7 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd qolbaq, 3000 manat dəyərində olan 25 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd mafios qolbaq, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzüyün naturada özünün yaxudda dəyərinin, o cümlədən 145 manat dövlət rüsumunun, həmçinin qiymətləndirmə ilə bağlı ödədiyi 100 manat məbləğin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia təmin edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında mübahisə olmuş və tərəflər Yevlax rayon Prokururluğuna müraciət etmişlər. İddiaçı özünə məxsus qızılzinət əşyalarını cavabdehə verdiyini bildirərək, qızıl-zinət əşyası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd ediriki, qızılların cavabdehə verilməsinin Yevlax rayon Prokururluğunda arapılmış araşdırma materiallarında olmasını bildirmiş, lakin həmin araşdırma materiallarında iddiaçı tərəfindən cavabdehə qızılları girov qoyularaq faizə pul götürülməsinə dair hər hansı sübut yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı qızılların bir hissəsinin (iddia ərizəsində göstərilən ilk on üç adda qızıllar) bacısı qızı Məryəm Məmmədovaya məxsus olmasını, Məryəm Məmmədovadan alaraq cavabdehə verdiyini bildirsə də, Məryəm Məmmədova həmin qızılları Atabəy Mustafayevə verdiyini bildirərək, Atabəy Mustafayevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia təmin edilmiş, lakin qanuni qüvvəsini almamışdır. (qətnamədən apelyasiya şikayəti verilmişdir). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən cavabdehə qızıl-zinət əşyalarının verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar