Məhkəmə qərarları › İş №2(039)-1648/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1648/2025

14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1648/2025 14.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” haqqında ərizəsi üzrə mülki işə 14 iyul 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, mərhum bacısı X3 18 mart 1996-cı il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm faktının müəyyən olunmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah et ki, mərhum bacısı X5 xx.xx.1991-ci ildə anadan olmuş, 18 mart 1996-cı il tarixində vəfat etmişdir və həmin tarixdə də kənd qəbristanlığında dəfn edilmişdir. O, müəyyən hüquqların həyata keçirilməsi məqsədilə zərurət olduğundan bacısının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubuna əsasən ölümü təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün həmin orqandan ona bacısının ölümü haqqında şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 izahat verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin bacısı X5 1996-cı il tarixdə vəfat etmişdir. Dəfndə iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 izahat verərək göstərdi ki, ərizəçi onun qızıdır. X5 onun qızı olmuşdur. 1996-cı il tarixdə vəfat etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, qızı baş ağrısından şikayət etmiş və vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Yevlax Rayon Məhkəməsinə 100.40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 13 fevral 1991-ci il tarixli, XİV-ЖГ saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25 yanvar 1991ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 yanvar 1979-cu il tarixli, İV-ЖГ saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 1979-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Şəhər İHB-nın Yuxarı Qarxun kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 17 mart 2025-ci il tarixli Aktda kənd sakinlərinin şahidliyi ilə təsdiq edilmişdir ki, 18 mart 1996-cı il tarixdə X5 vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin anası X5 18 mart 1996-cı il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün ölüm barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X5 18 mart 1996-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X5 xx.xx.1996-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar