Məhkəmə qərarları › İş №2(039)-1695/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1695/2023

03.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1695/2023 03.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin (2 nəfərin) vəfat etməsi faktının təsdiq edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin (2 nəfərin) vəfat etməsi faktının təsdiq edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 18 dekabr 2003-cü il tarixində Yevlax şəhərində vəfat etməsi faktının təsdiq edilməsinə və bacısı Rzayeva (Məmmədova) Gülnarə Hacalı qızının 07 aprel 1989-cu il tarixdə Yevlax şəhərində vəfat etməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək izah etdi ki, ərizəçinin anası X4 18 dekabr 2003-cü il tarixdə və bacısı Rzayeva (Məmmədova) Gülnarə Hacalı qızının 07 aprel 1989-cu il tarixdə vəfat etmişlər. Lakin səhlənkarlıq ucbatından onlara ölüm şəhadətnaməsi almamışdır. Hazırda da ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Anasının və bacısının ölümü haqqında şəhadətnamə ona sosial hüquqlarını həyata keçirmək üçün lazımdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Onun anası 2003-cü ildə bacısı isə 1989-cu ildə vəfat etmişlər. Bir qohum kimi yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 02 may 2023-cü il tarixli 1178 saylı məktubundan görünür ki, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən 11 may 2023-cü il tarixli ********** saylı çıxarışından görünür ki, X3, X5 və X9 ünvan 1 ünvanında ümümü birgə torpaq sahəsi və fərdi yaşayış evi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 03 may 2023-cü il tarixli arayışından görünür ki, X7 xx xxxxxxx 1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 03 may 2023-cü il tarixli çıxarışından görünür ki, X11 ilə X7 27 yanvar 1987-ci il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 03 may 2023-cü il tarixli arayışından görünür ki, X8 23 noyabr 1969-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 26 may 2023-cü il tarixli 1408 saylı arayışından görünür ki, X10 23 iyul 2013-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 26 may 2023-cü il tarixli 1407 saylı arayışından görünür ki, X10 ilə X6 24 fevral 1970-ci il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 26 may 2023-cü il tarixli 1409 saylı arayışından görünür ki, X21 ilə X8 12 mart 1989-cu il tarixdə evlənmişlər. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin anası X4 18 dekabr 2003-cü il tarixdə və bacısı Rzayeva (Məmmədova) Gülnarə Hacalı qızının 07 aprel 1989-cu il tarixdə vəfat etmişdir. Onların ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün anasının və bacısının ölümü barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X2 18 dekabr 2003-cü il tarixdə və Rzayeva (Məmmədova) Gülnarə Hacalı qızının 07 aprel 1989-cu il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 18 dekabr 2003-cü il tarixdə və Rzayeva (Məmmədova) Gülnarə Hacalı qızının 07 aprel 1989-cu il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 və Rzayeva (Məmmədova) Gülnarə Hacalı qızının Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar