Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-17/2023 06.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Yevlax Rayon Tanrıqulular Bələdiyyəsinın sədri X1, Cavabdeh iştirakları ilə İddiaçı Yevlax Rayon Tanrıqulular Bələdiyyəsinın Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və zəbt edilmiş torpaqdan çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Yevlax Rayon Tanrıqulular Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən və Yevlax rayon Tanrıqulular Bələdiyyəsi mülkiyyətinə aid olan 130 kv.m torpaq sahəsində Cavabdeh Zilfı oğlu tərəfindən aparılmış qanunsuz tikintinin sökülməsi və Cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Yevlax Rayon Tanrıqulular Bələdiyyəsinın nümayəndəsi Əli Hüseynov məhkəmə iclas zamanı ərizə təqdim edərək aralarında olan mübahisənin qaldırıldığını qeyd edərək iddia tələbindən imtina etdiyinin göstərib işə xitam verilməsini xahiş etmişdir. Cavabdeh iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Mülki Prosessual Məcəllə: Maddə 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən bu imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri iddiaçıdan Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Yevlax Rayon Tanrıqulular Bələdiyyəsinın Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və zəbt edilmiş torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri iddiaçıdan Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-17/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-17/2023
06.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver