Məhkəmə qərarları › İş №2(039)-1708/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1708/2020

16.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1708/2020 16.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 xx xxxxxx 2017ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, X5 onun həyat yoldaşı olmuşdur. X5 xx xxxxxx 2017-ci il traixdə yaşadıqları evdə vəfat etmiş və Ağdam rayon Səfərli kənd qəbirstanlığında dəfn rdilmişdir. Mərhum həyat yoldaşı X2 ölümü qeydiyyat orqanında qeyd edilməmişdir. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməyini bildirmişlər. Hazırda yaşı ilə əlaqədar əmək pensiyasına çıxması ilə əlaqədar olaraq mərhum həyat yoldaşı X2 ölüm şəhadətnaməsi tələb olunur. Mərhum həyat yoldaşı X2 xx xxxxxx 2017-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsində vəfat etməsini Təcili və X7 stansiyası tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi və şahidlər də təsdiq edə bilər. Ona görə də şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, ərizəçi onun uzun illərdir ki, qonşusudur. Ərizəçinin həyat yoldaşı X5 xx xxxxxx 2017-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçi onun uzun illərdir ki, qonşusudur. Ərizəçinin həyat yoldaşı X5 xx xxxxxx 2017-ci ildə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş, 1168 saylı məktubundan məlum olur ki, Ərizəçi X2 ölümü haqqında şəhadətnamə mərhumun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax RPŞ tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş, AZE ******** saylı, şəxsiyyət vəsiqənin surətindən məlum olur ki, Ərizəçi xx xxxx 1958-ci ildə Yevlax rayonu Salahlı kəndində anadan olmuş, Yevlax rayonu Aran qəsəbəsində kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax RPŞ tərəfindən xx xxxxxxxx 2014-cü il tarixdə verilmiş, AZE 14116342 saylı, şəxsiyyət vəsiqənin surətindən məlum olur ki, X1 rayonu Üçoğlan kəndində anadan olmuş, Yevlax rayonu Aran qəsəbəsində kəndində qeydiyyatdadır. İşəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2020-ci il tarixli N 1168 saylı nikah haqqında şəhadətnamədən məlum olur ki, X5 ilə X6 xx xxxxxxx 1979-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. İşəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2017-ci il tarixli, 12/3/4 saylı Təcili və X7 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən məlum olur ki, xx xxxxxx 2017-ci il saat 20:45-də X5 vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, X15 Hakimiyyəti Başçısının Aran qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il traixli, 639 saylı arayışından məlum olur ki, X4 həqiqətən Yevlax rayonu Aran qəsəbəsində yaşayır. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X5 xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Məhkəmə belə hesab edir ki, X2 xx xxxxxx 2017-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 xx xxxxxx 2017-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar