Məhkəmə qərarları › İş №2(039)-1714/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1714/2023

11.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1714/2023 11.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 , Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Mediasiya prosesi nəticəsində uşağı xx.xx.2019-cü il təvəllüdlü X1 üçün hər ay 150 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə əlaqədar onunla Maraqlı şəxs aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəsini belə əsaslandırmışdır ki, o, həyat yoldaşı Maraqlı şəxs ilə mediasiya xidmətindən istifadə edərək, qarışılıqlı qaydada razılaşaraq azyaşlı oğlunun himayəsində saxlanılması uşağı üçün 150 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Razılaşmamın ilk anından etibarən Maraqlı şəxs alimenti ödəmədiyini, uşağı ilə bağlı ciddi çətinliklər çəkdiyini, Yusifovun işləyərək qazancı olduğunu, uşağın həkimə ehtiyac duyduğunu qeyd etmişdir. Etibar təstiq etdiyi sazişi icra etməyəcəyini bildirir. Sazişi bağlayarkən onu aldatmışdır. Onların arasında bağlanmış barışıq sazişinin aliment hissəsinin cavabdehin icra etməməsi səbəbindən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə baxışı zamanı ərizəni qəbul edərək hər ay cəmi 150 manat aliment ödənilməsinə etirazı olmadığını bildirdi. Sübutlar: Mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1. tərəflər nikahın pozulmasına razıdırlar. 2. Birinci tərəf bir uşağın-X3 ikinci tərəflə qabaqcadan razılaşdırılmaqla, uşağın maraq və mənafeyi çərçivəsində həftədə 2 dəfə olmaqla, görüşməsinə razıdır. 3. Həmçinin ikinci tərəf 1 övladının- X3 birinci tərəfin yanında qalmasına razıdır. 4. Birinci tərəf bir uşağın saxlanılması üçün ikinci tərəfdən 150 manat pul məbləğində aliment tələb edir. İkinci tərəf bir uşağın saxlanılması üçün 150 manat sabit pul məbləğinin ödəməyə razıdır. 5. Uşağın saxlanılması üçün pulu may ayından başlayaraq hər ayın 30-da birinci tərəfin açdırdığı kart hesabına ödənilsin. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi təsdiq edilsin.

1. Tərəflərin uşaqları xx.xx.2019-cü il təvəllüdlü X4 anası Ərizəçi yanında qalsın.

2. Maraqlı şəxs xx.xx.2019-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun.

3. Maraqlı şəxs uşağın maraq və mənafeyi çərçivəsində həftədə 2 dəfə olmaqla, görüşməsi və ünsiyyətdə olması müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar