Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1730/2025 17.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X3 09 dekabr 1973-cü il tarixdə və X1nun 11 aprel 2009-cu il tarixdə Yevlax şəhərində vəfat etmələri faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, bacısı X7 30 dekabr 1967-ci il tarixdə Yevlax şəhərində anadan olmuş və 09 dekabr 1973-cü il tarixdə Yevlax şəhərində ev şəraitində vəfat etmişdir. X1 02 iyul 1962-ci il tarixdə Yevlax şəhərində anadan olmuş və 11 aprel 2009-cu il tarixdə Yevlax şəhərində ev şəraitində xəstəlik səbəbindən vəfat etmişdir. Mərhum bacısı və qardaşı Yevlax şəhərində yerləşən Dəvəçi adlanan qəbiristanlıqda dəfn edilmişlər. Onlar, vəfat edərkən onlara baş daşı da qoyulmuşdur. Həmçinin bacı və qardaşı vəfat edərkən ailəsi tərəfindən yas mərasimi də verilmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən zəruri sənədlər olmadığından ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ona mərhum bacı və qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsnə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Marqlı şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin bacısı X7 09 dekabr 1973-cü il tarixdə Yevlax şəhərində və ərizəçinin X1 11 aprel 2009-cu il tarixdə Yevlax şəhərində vəfat etmişlər və onları Yevlax şəhəri Dəvəçi qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin bacısı X7 09 dekabr 1973-cü il tarixdə Yevlax şəhərində və ərizəçinin X1 11 aprel 2009-cu il tarixdə Yevlax şəhərində vəfat etmişlər və onları Yevlax şəhəri Dəvəçi qəbirstanlığında dəfn etmişlər. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxx 1972-ci ildə doğulmuşdur, atası X12, anası X8r. İşdə olan Yevlax şəhər VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30 dekabr 1967-ci ildə doğulmuşdur, atası X12, anası X8r. İşdə Yevlax şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli doğum akt qeydinin surətindən görünür ki, X10 02 iyul 1962-ci ildə doğulmuşdur, atası X12, anası X8r. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X5 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi «Yevlax rayon Mərkəzi Xəstəxanası» X24 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 və X5 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşdə olan Yevlax şəhər İHB-nın Evlər Komitəsi 33 saylı küçə müvəkkili tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X7 və X2 şəhəri Dəvəçi qəbiristanlığında dəfn edilmişdirlər. İşdə olan Yevlax şəhəri VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X11 17 iyun 2005-ci ildə nikahlarını bağlamışlar və burə barədə nikahın bağlanmsı haqqında akt qeydləri kitabında 234 saylı qeydiyyat aparılaraq, arvada Hüseynova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin bacısı X7 09 dekabr 1973-cü il tarixdə, X1 isə 11 aprel 2009-cu il tarixdə Yevlax şəhərində ev şəraitində vəfat etmişlər və Yevlax şəhəri Dəvəçi qəbirstanlığında dəfn edilmişlər. Müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərzəçiyə mərhum bacısına və qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 30 dekabr 1967-ci il təvəllüdlü X3 09 dekabr 1973-cü il tarixdə və 02 iyul 1962-ci il təvəllüdlü X5 11 aprel 2009-cu il tarixdə Yevlax şəhərində xəstəlik səbəbindən vəfat etmələri faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1730/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1730/2025
17.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver