Məhkəmə qərarları › İş №2(039)-1773/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1773/2022

29.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1773/2022 29.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum övladları X3 25 mart 1987-ci il tarixdə və X2 06 may 1988-ci il tarixdə Yevlax rayonunda vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, övladları X6 25 mart 1987-ci il tarixdə və X5 06 may 1988-ci il tarixdə vəfat etmişlər. Lakin səhlənkarlıq ucbatından övladlarına ölüm şəhadətnaməsi almamışdır. Hazırda da Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Övladlarının ölümü haqqında şəhadətnamə ona sosial hüquqlarını həyata keçirmək üçün lazımdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin övladlarından biri 1987-ci ildə, biri isə 1988-ci ildə vəfat etmişlər. Bir qonşu kimi yasda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Onun iki qızı 1987-ci və 1988-ci illərdə vəfat etmişlər. Yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 29 iyun 2022-ci il tarixli 1598 saylı məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 08 iyun 2022-ci il tarixli 1462 saylı arayışından görünür ki, X8 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 08 iyun 2022-ci ilədək aparılmış və ailə tərkibi barədə aşağıdakı məlumatlar aşkar edilmişdir: həyat yoldaşı Ərizəçi xx.xx.1959, qızı X9 xx.xx.1979, oğlu X10 xx.xx.1980, qızı X11 xx.xx.1985, qızı X6 xx.xx.1987, qızı X5 xx.xx.1988 ölüb. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 29 iyun 2022-ci il tarixli arayışından görünür ki, X5 06 may 1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 29 iyun 2022-ci il tarixli arayışından görünür ki, X6 25 mart 1987-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin övladları X6 25 mart 1987-ci il tarixdə və X5 06 may 1988-ci il tarixdə vəfat etmişdir. Onların ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün övladlarının ölümü barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X3 25 mart 1987-ci il tarixdə və X2 06 may 1988-ci il tarixdə vəfat etmələri barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 25 mart 1987-ci il tarixdə və X2 06 may 1988-ci il tarixdə vəfat etmələri barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 və X2 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar